Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-101/2025 13.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişinin icra edilməsi və maddi zərərə görə pul tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı barışıq sazişinin tələblərinə riayət edilməsi və dəymiş mənəvi zərərə görə 3600 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində idddiaçı iddia tələblərini dəqiqləşdirmiş, Cavabdeh barışıq sazişinin tələblərinə riayət etməsi və cavabdehdən dəymiş maddi zərərə görə 3600 manatın alınaraq, ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Elmi-Təqdiqat İnsititutnda kiçik tibb bacısı işləmişdir. Cavabdeh Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini Cavabdeh keçirdiyi avto-qəza nəticəsində tanımışdır. Avtomobil qəzası zamanı ağır bədən xəsarəti səbəbindən Travmatologiya İnstitunda ilkin yardım alaraq, Bakı İstanbul NS Özəl Klinikasında əməliyyat keçirmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstə olmuşdur. Xəstəliyi ilə əlaqdar işləyə bilməmişdir. Buna görə də yaxınlarından sağlamlığını bərpa etmək üçün borc almışdır. Qəza ilə əlaqədar polis orqanları tərəfindən istintaq tədbirləri aparılmış və araşdırma nəticəsində cavabdeh təqsirli bilinmişdir. Onun zərərçəkmiş qismində tanınmasına baxmayaraq, cavabdeh onunla 4-5 ay müddətdə əlaqə saxlamamış, maraqlanmamış, hec bir maddi yardım göstərməmişdir. Ona dəymiş maddi ziyanın az bir hissəsini ödəmək üçün cavabdehlə Bakı Şəhər 14 sayılı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalamış, cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən 10 ay ərzində hər ay 400 manat ödəmək öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəməyə teleqram göndərərək, onun iştirakı olmadan mülki işə baxılaraq, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 10 iyun 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş Barışıq Sazişinin surətindən görünür ki, İddiaçı dəymiş zərəri qarşılamaq üçün Cavabdeh 10 iyul 2024-cü il tarixdən başlayaqraq, 10 ay ərzində hər ay 400 manat olmaqla 4000 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Qəbzdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsaəsn isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 10 iyun 2024-cü il tarixdə barışıq sazişi bağlamış, Cavabdeh İddiaçı vurduğu zərərin əvəzi kimi 10 iyul 2024cü il tarixdən başlayaraq, 10 ay ərzində hər ay 400 manat olmaqla 4000 manat ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərini yerinə yetirməmişdir. Bununla belə, iddiaçı tərəfindən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə əlaqədar maddi zərərə məruz qalması halı sübut edilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, cavabdehin üzərinə barışıq sazinə əməl etməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddiа tələbləri qismən təmin edilsin. Cavabdeh üzərinə 10 iyun 2024-cü il tarixdə İddiaçı ilə bağladığı Barışıq Sazişinin tələblərinə riayət etməsi vəzifəsi qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-101/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-101/2025
13.01.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver