Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1013/2023 14.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X7ndan miras qalmış, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X36 ilə X11nın birgə nikahından o, X29, X26, X33, X30, X27 və X23 adında 7 övladı olmuşdur. X11 xx.xx.2012ci ildə, atası X36 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. X3, X29 və X23 vəfat etmişdir. X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. Qardaşı X1 onun adına xüsusi mülkiyyət hüququ ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndində həyətyanı torpaq sahələri, həmin torpaq sahəsində fərdi yaşayış evi və Gədəbəy rayonu, Qaraməmmədli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi tam pay olaraq xüsusi mülkiyyət hüququ əsasında X12 adına qeydiyyata alınmışdır. Bu barədə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən A Na 797954 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət hüququ əsasında X12 adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportu X12 adma tərtib edilmişdir. DƏDRX tərəfindən verilmiş xx.xx.2021 ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay olaraq xüsusi mülkiyyət hüququ əsasında X12 adına qeydiyyata alınmışdır. Bu barədə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən A № 641202 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Göründüyü kimi, mərhum X7ndan qalmış miras əmlaka Gədəbəy rayonu Qızıltorpaq kəndində yerləşən 0.2642 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi, 0.1107 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0.0725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Mərhum X7 ailə qurmamış, subay olmuşdur. Subaylıq arayışı ərizəyə əlavə olunur. X12 ölümündən sonra ondan qalmış miras əmlak olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahələrini, fərdi yaşayış evini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq o qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişdir. O, X4 vəfatından sonra ondan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəmkir Notariat Ofisinə müraciət etmiş, lakin digər qardaşı mərhum X17 oğlu Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Şəmkir Notariat Ofisi ona xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Odur ki, Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edirəm ki, hazırki Cavabdeh X10 qalmış miras əmlaka münasibətdə ikinci növbə vərəsəliyi istisna olunur. Göründüyü kimi, miras qoyan X12 vərəsəsi, yəni o, qardaşı X26 və bacılarım sağ olduğu üçün onun digər qardaş-bacılarının uşaqları və onların uşaqlarının vərəsəliyi istisna olunur. Belə olan halda hazırki Cavabdeh X10 miras qalmış əmlaka Vərəsə ola bilməz. Həmçinin, mərhum X12 vərəsə ola biləcək sağ olan qardaş və bacıları ondan qalmış miras əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. X5 qalmış miras əmlakdan mənim xeyrimə imtina etmişlər. İmtina ərizələri işə əlavə olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayır. 1990-cı il tarixdə ailə quraraq hazırda yaşadığı fərdi yaşayış evinə köçmüşdür. Cavabdeh onun qardaşı oğludur. Cavabdehin atası vəfat etdikdən sonra atası və qardaşı ilə birlikdə cavabehə Şəmkir rayonunda ev inşa etmişdir. F.Namazov ailə qurmamışdır və övladları yoxdur. Qardaşı, cavabdehin atası X29 vəfat etdikdən sonra atası və qardaşları sonuncunun arvadını və uşaqlarını Şəmkir rayonunda inşa edilmiş evdə tək qalmamaları üçün Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən fərdi yaşayış evində saxlamışdır. X7 8 il həbsdə olmuşdur. F.Namazov vəfat etdikdən sonra cavabdeh gələrək evə və evin həyətində yerləşən tövləyə daxil olub evi və tövləni dağıdıb əşyalarını aparmışdır. 0.26 ha torpaq sahəsini cavabdeh istifadə etmişdir, F.Namazov vəfat etdikdən sonra həmin torpaq sahəsini kimin istifadə etdiyini bilmir. Fərdi yaşayış evində heçkəs yaşamış, evin açarı cavabdehdədir. F.Namazov 2020-ci il tarixdə həbsdən çıxıb yaşadığı kəndə gəlmişdir. Cavabdeh F.Namazovu həmin evdə yaşamağa qoymamışdır. F.Namazov iki il müddətində Şəmkir rayonunda kirayədə yaşamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, mərhum F.Namazovun adına iki ev mövcud olmuşdur. Mərhum həmin evdən birini X2. Digər ev isə ata yurdudur. O, həmin ata yurdları olan evdə doğulmuş, böyümüş, ailə qurmuş və övladları olmuşdur. 2020-ci il tarixdə həmin evdən çıxmış və özünə məxsus vaqonda yaşamağa başlamışdır. Həmçinin ata yurdunu təmir etdirmişdir. Həmin evin açarları hazırda ondadır. 2020-ci il tarixdən sonra həmin evdə yaşamamışdır. Hazırda da həmin evdə heç kim yaşamır.Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun əmisi qızı, cavabdeh isə əmisinin nəvəsidir. Cavabdehin atası vəfat etmiş, cavabdeh və anası əmisi Zal Namazovun himayəsində yaşamışdır. X23 ailə həyatı qurmamışdır. F.Namazov bir müddət həbs həyatı yaşamışdır. F.Namazov həbsdən çıxıb gəldikdən sonra özünə məxsus olan pay torpaq sahəsini satmışdır. Cavabdeh mübahisəli fərdi yaşayış evində doğulub, böyümüşdür. Hazırda mübahisəli evdə heçkəs yaşamır. Şahid X18 məhkəmə iclasında Şahid X13 ilə eyni məzmunlu izahat verdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədədəy rayon Notariat ofisinə, X19 və X24 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Allahverdiyeva (Namazova) Cəmilə Zal qızı xx.xx.1966-cı il tarixdə anadan olmuş, atası qrafasında X36, anası qrafasında X31 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş sutərindən görünür ki, X23 xx.xx.1973-cü il tarixdə anadan olmuş, atası qrafasında X36, anası qrafasında X31 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 adına nikah akt qeydi aşkar edilməmiş və öldüyü xx.xx.2022-ci il tarixədək subay olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X23 xx.xx.2022-ci ildə, X31 xx.xx.2012-ci il tarixdə, X36 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********84 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi X12 adına qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********29 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.0725 ha torpaq sahəsi X12 adına qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********87-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi və 0.1107 ha torpaq sahəsi X12 adına qeydə alınmışdır. İşdə olan Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olan İddiaçı tərəfindən notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı bildirmişdir ki, X12 ölümündən sonra nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul etmişdir. İşdə olan Gədəbəy rayonu, Kəsəmən kəndində qeydiyyatda olan X26 tərəfindən notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Z.Namazov bildirmişdir ki, o, X12 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan bacısı İddiaçı xeyrinə imtina edir. İşdə olan Şəmkir rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli notarial hərəkətin aparılmasından imtina edilməsi barədə qərardan görünür ki, X12 ölümündən sonra qalmış miras əmlakın qəbulu ilə bağlı İddiaçı notaria ofisinə müraciət etmiş və mirasın bölünməsi ilə əlaqədar miras şəriki İddiaçı tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə zidd olduğu üçün notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X10 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, X36 ilə X16 birgə yaşadıqları dövrdə İddiaçı, X29, X26, X33, X30, X27 və X23 adında 7 övladları olmuşdur. X31 xx.xx.2012-ci ildə, X36 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. Onların övladlarından X33, X29 və X23 da vəfat etmişdir. X23 xx.xx.2022-ci ildə vəfat etmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsi tam pay olaraq xüsusi mülkiyyət hüququ əsasında X12 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə hesab edir ki, X12 ölümündən sonra ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi, xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin əmlaklar X10 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X10 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən mirasın qəbul edilibedilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, X23 yaşadığı müddət ərzində ailə qurmamış və övladı olmamış, ata və anası vəfat etmişdir. Miras qoyanın qanun üzrə vərəsə ola biləcək X3 və X29 da vəfat etmişdir. Digər qardaşı X26 və bacıları X30 və X8 Fəxrəddin Zal oğlunun ölümündən uzun müddət əvvəl ayrılaraq başqa təsərrüfata köçmüş və hazırda da başqa təsərrüfatda yaşayırlar. Həmçinin, X26 notarial qaydada ərizə verərək X12 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan bacısı İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Bununla da məhkəmə onların mirası qəbul etməməsini nəzərə alır və hesab edir ki, onlar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərindən mərhum qardaşları F.Namazovdan miras qalmış əmlaka vərəsə olmaq hüququnu itirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə qeyd edir ki, mərhum X12 birinci növbə vərəsəsi yoxdur. Mərhum F.Namazovun ölümündən sonra ondan qalmış miras əmlakın qəbulu ilə bağlı qanun üzrə ikinci növbə vərəsəsi (bacısı) İddiaçı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etmişdir. Həmçinin mərhum F.Namazovun qardaşı X6 Namazov vəfat edən zaman sağ olmamış və X9 X21 Namazovun qanun üzrə ikinci növbə vərəsəsi olmaq hüquq əldə etmişdir. Məhkəmə iclasında müəyyən edilir ki, F.Namazovdan qalmış miras kütləsinə daxil olan fərdi yaşayış evinin açarları Cavabdehdır və həmin ev onun nəzarətindədir. Bu da onu göstərir ki, İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə, Cavabdeh isə miras əmlak olan fərdi yaşayış evinə nəzarət və sahiblik etməklə onların hər ikisi bərabər surətdə F.Namazovdan qalmış miras əmlakı qəbul etmişdir və onların hər birinin F.Namazovdan qalmış miras əmlakların ½ hissədə payları vardır. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh yalnız F.Namazovdan qalmış fərdi yaşayış evinə sahiblik etməsinə baxmayaraq, mülki qanunvericiliyə əsasən mirasın qismən qəbul edilməsinə yol verilmir və mirasın bir hissəsinə sahiblik etmiş şəxs nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab edilir. Ona görə də, məhkəmə hesab edir ki, miras kütləsinə daxil olan fərdi yaşayış evi ilə yanaşı torpaq sahələrinin də ½ hissəsində hər iki tərəfin, yəni İddiaçı və Cavabdeh payları vardır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mərhum X12 ölümündən sonra qalmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsinin ½ hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsinin ½ hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi qismən təmin olunduğundan yarı hissədə cavabdehə, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mərhum X12 ölümündən sonra qalmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsinin ½ hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsinin ½ hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınsın və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1013/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1013/2023
14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver