Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1027/2020 27.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hаkim Mirzəquliyеv Fizuli Bаlаğа оğlunun sədrliyi, məhkəmə iclаs kаtibi Orucov Anar Möhübbət oğlunun kаtibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, M Ü Ə Y Y Ə N Е Т D i: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1959-cu il tarixdə doğulmuş İsmayılova Göyçə Raqiyə qızı ilə xx.xx.2012-ci il tarixdə Şəmkir rayonunun Çənlibel kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 saylı ölüm haqqında şəhadətnaməsində qeyd edilmiş Bayramova Raqiyə Göyçə qızının (sənədlər üzrə) eyni şəxsə məxsus məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsinə dəqiqləşdirmə verərək, xx.xx.2012-ci il tarixdə Şəmkir rayonunun Çənlibel kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 saylı ölüm haqqında şəhadətnamənin mərhum İsmayılova Raqiyə Göyçə qızına məxsus olması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhum həyat yoldaşı İsmayılova Raqiyə Göyçə qızı ilə xx.xx.1988-ci il tarixdə nikah bağlayaraq, evlənmişlər. İsmayılova Raqiyə Göyçə qızı xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində doğulmuşdur. Ailə münasibətlərindən övladları olmamışdır. İsmayılova Raqiyə Göyçə qızı səhhətində olan xəstəliklə əlaqədar xx.xx.2012ci il tarixdə ölmüşdür. Şəmkir rayonu, Çənlibel kənd İƏD üzrə nümayəndəlik tərəfindən ona ölüm haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə onun soyadı Bayramova yazılmışdır. O, mərhum həyat yoldaşından miras qalmış torpaq sahəsini öz adına sənədləşdirmək istəsə də, sənədlərdə olan soyadların uyğunsuzluğu nəticəsində Gədəbəy Rayon Notariat Kontoru tərəfindən imtina verilmiş və ona məhkəməyə müraciər etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn mахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, ərizəçinin yaxın qonşusudur. İsmayılova Raqiyə Göyçə qızı ərizəçinin həyat yoldaşı olmuşdur. O, 2012-ci il tarixdə ölmüş və Şəmkir rayonu, Çənlibel kəndində ölüm haqqında şəhadətnamə almışdır. Sonradan məlum olmuşdur ki, İsmayılova Raqiyə Göyçə qızının soyadı Bayramova kimi qeyd edilmişdir. Lakin onun soyadı İsmayılovadır. Məhkəmə iclasında dindirilmiş şahid X1 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Çıxarışdan görünür ki, Ərizəçi və İsmayılova Raqiyə Göyçə qızı xx.xx.1988-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İşdə olan Arayışdan görünür ki, İsmayılova Raqiyə Göyçə qızı xx.xx.1959-cu il tarixdə Gədəbəy rayonunun Gərgər kəndində doğulmuşdur. İşdə olan Ölüm Haqqında Şəhadətnamədən görünür ki, Bayramova Raqiyə Göyçə qızı xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonunun Gərgər kəndində ölmüş, bu barədə Şəmkir rayonu, Çənlibel kənd İƏD üzrə nümayəndəliyində ölüm haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən Ərizəçi verilmiş imtina məktubunun surətindən görünür ki, soyadda müxtəliflik olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kii istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bеləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdə olan sənədlərlə Bayramova Raqiyə Göyçə qızının adına verilmiş Ölüm Haqqında Şəhadətnamənin mərhum İsmayılova Raqiyə Göyçə qızına məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-220, 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ : Ərizə təmin еdilsin. Bayramova Raqiyə Göyçə qızının adına verilmiş Ölüm Haqqında Şəhadətnamənin mərhum İsmayılova Raqiyə Göyçə qızına məxsus olması fakı müəyyən еdilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə apеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-1027/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1027/2020
27.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver