Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-103/2025 11.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı vərəsəlik payının müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mərhum X9ndan miras qalmış, Gədəbəy rayonu, Xarxar kəndində yerləşən, AN-217180 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ümumi birgə mülkiyyətdə olan 2214.87 kvm həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlaka tam pay olaraq qanun üzrə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, o, xx.xx.1991-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. X2, anası X13r. xx.xx.2010cu ildə X42 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, evləndikdən sonra Rzayeva soyadını qəbul etmişdir. X38 anasının anası olmaqla onun nənəsidir. Onu üç aylıq olarkən X9 qəyyumluğuna götürmüş və yetkinlik yaşına çatıb ailə quranadək nənəsi saxlamış, böyüdüb tərbiyə etmişdir. O, nənəsi ilə birlikdə Gədəbəy rayonu, Xarxar kəndində nənəsinə məxsus evdə yaşamışdır. Evləndikdən sonra da nənəsinə tez-tez baş çəkmiş, onun qayğısına qalmış, müalicə etdirmişdir. Nənəsinin ölümüdən sonra da təsərrüfatı o, idarə etmişdir. Nənəsinin beş övladı olmuş və hamısı vəfat etmişdir. Həmin övladlar anası X27, xalası X11, dayısı X28, xalası X35 və dayısı X12r. O, nənəsinin himayəsində yaşadığı və onunla birgə təsərrüfat apardığı üçün Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Gədəbəy rayonu, Xarxar kəndində nənəsinin və onun ümumi birgə mülkiyyətinə 2214.87 kvm həyətyanı torpaq sahəsi verilmiş, bu barədə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X9 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Nənəsi öldükdən sonra nənəsinin yeganə vərəsəsi kimi o,qalmışdır. Cavabdeh mərhum xalası X16 qızıdır. O, nənəsindən miras qalmış Gədəbəy rayonu, Xarxar kəndində yerləşən torpaq sahəsini yeganə vərəsə olaraq öz adına sənədləşdirmək istəyir. Lakin Cavabdeh buna imkan vermir, mirasın qəbulu ilə bağlı mübahisə yaradır. Belə ki, o, nənəsindən qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə, eləcə də mirasın qəbulu müddəti ötürüldüyünə görə Gədəbəy Notariat Ofisi xx.xx.2024-cü il tarixdə imtina məktubu vermişdir. Odur ki, mirasın qəbul edilməsi ilə bağlı mübahisə yarandığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. O, nənəsinə münasibətdə birinci növbə vərəsədir. Belə ki, nənəsi xx.xx.2017-ci il tarixdə vəfat etmiş, həmin vaxt anası X10 olmadığından o, nənəsinin vərəsəsi sayılır. Lakin Cavabdeh anası X35 nənəsindən sonra, yəni xx.xx.2018-ci ildə öldüyündən vərəsə sayılmır. Miras kütləsi Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 2214.87 kvm həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Belə ki, torpaq sahəsi onun və nənəsinin ümumi birgə mülkiyyətinə verilmiş, ona görə də həmin torpaq sahəsindən nənəsinə çatası pay, yəni torpaq sahəsinin ½ hissəsi miras əmlaka daxil edilməlidir. Həmin əmlakı nənəsi X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İdidaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatı ilə eyniməzmunlu izahat verərək iddia təlbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında ona qarşı olan iddia tələbini qəbul etməmiş,izahat verərək bildirmişdir ki, X38 onun ana nənəsidir. Savad Fətəliyeva ölən günədək xalası X11 ilə birlikdə yaşamışdır. Zərövşən Fətullayeva görmə qüsurlu olmuş, ailə qurmamış və övladları olmamışdır. Nənəsinin ölümündən sonra xalası X19 rayonu, Xarxar kəndində anasından qalmış təsərrüfatda yaşamış və həmin təsərrüfata nəzarət etmişdir. Bununla da nənəsindən qalmış mirası xalası Zərövşən Fətullayeva qəbul etmişdir. Xalası xəstə olanda ona o, baxıb qulluq etmiş, qayğısına qalmışdır. Bu səbəbdəndir ki, xalası bütün əmlaknı ona vəsiyyət etmişdir. Hesab edir ki, nənəsi Savad Fətəliyevadan qalmış mirası xalası Zərövşən faktiki olaraq qəbul etdiyindən və xalası da öz növbəsində bütün əmlakını ona vəsiyət etdiyindən miras əmlak ona verilməlidir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X29 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Xarxar kəndində yaşayır. İddiaçı Kamanadr qızını tanıyır. İddiaçı uşaqlıqdan mərhum X9 ilə birlikdə Gədəbəy rayonu, Xarxar kəndində yerləşən Savad Fətəlyevaya məxsus evdə yaşamışdır. X34 baxıb qulluq etmiş, onun ölümündən sonra da Savadın təsərrüfatını Güldanə idarə etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X23 eyniməzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X24 ifadə verərək, bildirmişdir ki, o, Cavabdeh tanıyır. Eləcə də X6 tanımışdır. Zərövşən xəstə olarkən ona Xəyalə baxmış, ona qulluq etmiş və qayığısına qalmışdır. O, X30 tanımır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X25 eyniməzmunlu ifadə vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəməyə məlumat göndərərək, mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, hazırda Şəmkir rayonu, Hacıalılar kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan XVİ-JQ 364446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1991-ci il tarixdə anadan olmuş, anası qrafasında X5, atası qrafasında X26 qeyd edilmişdir. İşdə olan AZ-İ 573763 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə X39 ilə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra Rzayeva soyadını qəbul etmişdir. İşdə olan nikah haqqında arayışdan görünür ki, X17 və X36 xx.xx.1963-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan doğum haqqında arayışlardan görünür ki, X27 xx.xx.1966-cı il tarixdə, X31 xx.xx.1955-ci il tarixdə, X28 xx.xx.1963-cü il tarixdə, X18 xx.xx.1961-ci il tarixdə anadan olmuş, ataları qrafasında X17, anaları qrafasında X36 qeyd edilmişdir. İşdə olan ölüm haqqında arayışlardan görünür ki, X17 xx.xx.1990-cı il tarixdə, X26 xx.xx.1997-ci il tarixdə, X11 xx.xx.2024-cü il tarixdə, X28 xx.xx.1985-ci il tarixdə, X35 xx.xx.2018-ci il tarixdə, X18 xx.xx.1990-cı il tarixdə, X11 xx.xx.2024-cü il tarixdə ölmüşlar. İşdə olan AZ-İ 847166 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X38 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Rayon E.Məmmədov adına X58 Orta Məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 37 nömrəli məktubdan görünür ki, Burcalıyeva (Rzayeva) Güldanə Kamandar qızı həqiqətən 1997-2007-ci tədris ilində Gədəbəy Rayon E.Məmmədov adına X58 Orta Məktəbində təhsil almışdır. İşdə olan AN-217180 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş Gədəbəy rayonu, Xarxar kəndində vətəndaşların xüsusi müəliyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair arxiv cədvəlindən (subuyektlərin siyahısından çıxarışdan) görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 20 nömrəli qərarı ilə X22 və Burcalıyeva Dürdanə (İddiaçı) Kamandar qızının ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Xarxar kəndində 2214.87 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş 03.10.224-cü il tarixli, 1724 nömrəli məktubdan göürnür ki, X15 qalmış mirasın bölgüsü ilə bağlı mübahisə olduğu üçün və mirasın qəbulu müddəti ötürüldüyü üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 2V-140 reyestr nömrəli vəsiyyətnamədən göürnür ki, X11 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. ... Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. ... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmçinin həmin qərarda göstərilmişdir ki, digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X38 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarı ilə X22 və Burcalıyeva Dürdanə (İddiaçı) Kamandar qızının ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Xarxar kəndində 2214.87 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair AN-217180 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, torpaq sahəsinin ½ hissəsinin mərhum X32 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin ½ hissəsi barəsində X22 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X8rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X22 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Xarxar kəndində yerləşən 2214.87 kv.m həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət əmlak X22 mülkiyyəti hesab edilməklə onun ölümündən sonra qalmış miras kütləsinə daxil edilməlidir. Qanun üzrə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyanın ölümündən sonra onun qızı X11 və nəvəsi İddiaçı (mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni sağ olmadığından) birinci növbə qanun üzrə vərəsələr olaraq miras qoyanın təsərrüfatını idarə etmiş, onun əmlakını faktiki idarə etməyə başlamışlar, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Bu hal iş materiallarında olan digər sübutlarla yanaşı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. X11 ölmüşdür. Odur ki, məhkəmə miras qoyanın ölümündən sonra ondan miras qalmış ümumi birgə mülkiyyətdə olan 2214.87 kv.m torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakda İddiaçı və mərhum X4 hər birinin ½ hissə vərəsəlik payının olmasını nəzərə alır. Ona görə də iddia tələbi qismən təmin edilməli, X3 miras qalmış, Gədəbəy rayonu Xarxar kəndində yerləşən, AN-217180 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ümumi birgə mülkiyyətdə olan 2214.87 kv.m həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət mirasın ½ hissəsinə (ümumilikdə torpaq sahəsinin ¼ hissəsinə) İddiaçı vərəsəlik payı müəyyən edilməli və mirasın həmin hissədə onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. X3 miras qalmış, Gədəbəy rayonu Xarxar kəndində yerləşən, AN-217180 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ümumi birgə mülkiyyətdə olan 2214.87 kv.m həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət mirasın ½ hissəsinə (ümumilikdə torpaq sahəsinin ¼ hissəsinə) İddiaçı vərəsəlik payı müəyyən edilsin və mirasın həmin hissədə onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-103/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-103/2025
11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver