Məhkəmə qərarları › İş №2(042)-1044/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1044/2021

03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1044/2021 03.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi və X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Ərizəçilər Ərizəçi və X1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, JN-002A saylı KOD50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X11 yazılan hissədə Ərizəçi, “X5” yazılan hissədə X3 məxsus olması hüququ faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə ərizə verərək, mülki iş üzrə X1 da ərizəçi kimi tanınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, JN-002A saylı KOD50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.04 ha həyətyanı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sənədində texniki səhvliyə yol verilmişdir. Şəhadətnamədə onun adı “Bəsdi” oğlu X1 ata adının sonluğu isə “qızı” kimi qeyd etmişlər. Lakin bütün sənətlərdə onun adı “Bəsti” kimi qeyd edilmişdir. Onlar sənədlərini DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsələr də bu mümkün olmamışdır. Onlara bildirilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş, JN-002A saylı KOD50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan texniki səhvlik aradan qaldırılmadığı təqdirdə onlara çıxarış verilə bilməz. Ona görə də, sənəddə olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Şəhadətnamədə olan texniki səhvliyin aradan qaldırılmaqla adının “Bəsti”, oğlu Cahangirin ata adının sonluğu isə “oğlu” kimi qeyd edilməsinə dair hüququ faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X1 etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında Ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1944-cü il tarixdə doğulmuş, onun adı qrafasında Bəsti kimi qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 nikahlarını 12 may 1965-ci il tarixdə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01.02.1981-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X13, anası qrafasında Ərizəçi qeyd edilmişdir. Şəhadətnamədə ata adı “Gümüş oğlu” kimi yazılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X13 01.01.2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda ölmüşdür. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-002A saylı KOD 50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 və ailə üzvləri X10, X8, X4 və Ələkbərov Çilingir oğluna 0.04 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi XX.XX.1944-cü il tarixdə, X7 01.02.1981-ci il tarixdə doğulmuşlar. X9 və ailə üzvləri X10, X8, Ələkbərov Cahangir qızına və Ələkbərov Çilingir oğluna Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-002A saylı KOD 50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin JN-002A saylı KOD 50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi adı “Bəsdi”, ərizəçi X1 ata adı isə “Gümüş qızı” kimi qeyd edilmişdir. Ancaq bütün sənədlərdə ərizəçi X1 ata adı “Gümüş oğlu”, Ərizəçi adı isə “Bəsti” kimi yazılmışdır Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnaməndə “X5” adında “Gümüş qızı” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Gümüş oğlu” kimi qeyd edilməli, “X11” adında “Bəsdi” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və “Bəsti” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçilər Ərizəçi və X7 şəhadətnaməndə olan “X11” və “X5” ilə eyni şəxslərdir. Ərizəçi və X1 adları və ata adları sözügedən şəhadətnaməndə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-002A saylı KOD 50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X11” yazılan hissədə Ərizəçi və “X5” yazılana hissədə X3 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçilər Ərizəçi və X1 ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-002A saylı KOD 50523068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X11” yazılan hissədə Ərizəçi və “X5” yazılan hissədə X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar