Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1052/2021 23.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakdan vərəsəlik qaydasında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum atası X5 və anası X4 miras qalmış Gədəbəy rayonunun Daryurd kəndində yerləşən 1934-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evindən, (Gədəbəy rayon AİK-nın 02.12.1998-ci il tarixli 13 saylı qərarı ilə) 0,25 ha həyətyanı və “Dövlət Aktı” əsasında verilmiş pay torpaq sahəsindən payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, onun mərhum atası X16 ilə mərhum anası Alıyeva (Tağıyeva) Gülgəz İsmayıl qızı 1968-ci il tarixdə faktiki olaraq evlənmiş, 10.11.1969-cu il tarixdə nikahlarını rəsimləşdirmişlər. Onların Gədəbəy rayonu, Daryurd kəndində fərdi yaşayış evi və həyətyanı eləcə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Ailədə 4 övlad olmuşlar. Cavabdehlərlə münasibətləri əvvəllər çox normal olmuşdur. O, müntəzəm olaraq ata mülkünə gələrək onların sağlamlıqları ilə maraqlanmış və lazımı köməkliklər göstərmişdir. X23 28.04.2004cü il tarixdə, X24 isə 08.04.2021-ci il tarixdə vəfat etmişdir. X24 ölməmişdən öncə miras mülklə bağlı heç kəsə vəsiyyətnamə verməmişdir. Qardaşlar və bacıları arasında atalarından miras qalmış mülklə bağlı mübahisələri yaranmışdır. O, atasından miras qalmış mülkün adına rəsimləşdirilməsi ilə bağlı Gədəbəy rayon Notariat Ofisinə müraciət etmiş və ona 25.08.2021-ci il tarixli, 439 saylı imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, qardaşları və bacıları arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. Qardaşları və bacısı ilə mərhum valideyinlərindən miras qalmış mülki mübahisəni məhkəmədən kənar qayadada həll etmək mümkün olmamışdır. O, cavabdehləri Gədəbəy rayon Notariat Ofisinə dəvət edərək atalarından miras qalmış əmlakların qanuna uyğun şəkildə paylarının müəyyən edilərək bölünməsini xahiş etsə də, bu mümkün olmamışdır. Eyni zamanda sözü gedən daşınmaz əmlakları adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb, DƏDRX-nin Şəmkir Ərazi idarəsinin Gədəbəy rayon şöbəsinə təqdim etsə də onun sənədlərini qəbul etməmişlər və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsini əsas gətirmişlər. Bununla yanaşı mərhum atasından qalmış miras mülkə vəsiyyət üzrə və mirasın vərəsələr arasında bölgüsü ilə bağlı aidiyyəti üzrə Gədəbəy rayon Notariat Ofisindən qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciət edə biləcəyi ona izah olunmuşdur. Hazırda cavabdehlər könüllü olaraq razılıq vermək istəmirlər. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Mərhum atasından X5 miras qalmış daşınmaz əmlakların faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Bu barədə qətnamə çıxarılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə sonunculara məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Gədəbəy rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Daryurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli, 219 saylı arayışdan görünür ki, 02.10.1998-ci il tarixdə aqrar islahatın 13 saylı qərarına əsasən mərhum X10 0.88 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, 0.39 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır və ondan 0.14 ha həyətyanı torpaq sahəsində 2 mərtəbəli 1972-ci inşa edilmiş fərdi yaşayış evi vardır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 257 saylı arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Əli İsmayıl kənd X17 İcraiyyə Komitəsinin Daryurd kəndi üzrə 1977-1979-cu illərə dair 5 nömrəli təsərrüfatbaşına kitabında 340-cı şəxsi hesablı təsərrüfat atası X8 adına qeyd edilib və aşağıda göstərilən ailə qeyd edilmişdir: A/b X16 1941; X1 1948; Oğlu: İddiaçı 20.06.1969; X3 20.10.1971; Oğlu Cavabdeh2 xx.xx.1975; Oğlu Cavabdeh3 xx.xx.1978. Torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1934-cü ildə inşa edilmiş ev qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuşdur. Atası qrafasında X16, anası qrafasında X14 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X16 ilə X11 nikahlarını 10.11.1969-cu il tarixdə bağlamışlar. İşdə olan AZ-İİ № 154720 seriyalı ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 08.04.2021-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 28.04.2004-cü il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Notariat Ofisi tərəfindən vətəndaş İddiaçı ərizəsinə cavab olaraq verilmiş 25 avqust 2021-ci il tarixli, 439 saylı məktubdan görünür ki, Qardaşları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə aralarında mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməmişdir. Mübahisə aradan qaldırıldıqdan sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. İşdə olan JN-214B KOD 50502028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Daryurd kəndində X10 və onun ailə üzvləri X9, Cavabdeh1, Cavabdeh3 0.17 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 və X4 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürlməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X8 və X6 birgə nikahından dörd övladı olmuşdur: İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Daryurd kəndində X10 və onun ailə üzvləri X9, Cavabdeh1, Cavabdeh3 0.17 ha torpaq sahəsi verilmişdir. Eləcə də, X8 faktiki sahibliyində Gədəbəy rayonu, Daryurd kəndində fərdi yaşayış evi olmuşdur. Həmin əmlaklarla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhum X10 və X9 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi barəsində və 0.17 ha torpaq sahəsinin 2/4 hissəsində X8 və X6 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X2rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, qeyd edilən mübahisəli əmlaklara dair mərhum X8 və X6 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlaklar onların mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X8 və X6 ölümündən sonra adına Gədəbəy rayonu, Daryurd kəndində fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsinin 2/4 hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi və 0.17 ha torpaq sahəsinin 2/4 hissəsi X5 və X4 qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə Dövlət aktı əsasında verilmiş kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsindən pay müəyyən edilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilmədiyindən, torpaq sahəsinin miras kütləsinə daxil edilməsi və ondan payların müəyyən edilməsi mümkün deyildir. Eləcə də, məhkəmə, hesab edir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından İddiaçı həmin mirasdan pay tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, “Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür.” Qanun üzrə vərəsəlik zamanı miras almağa çağırıla biləcək qanun üzrə vərəsə 4 nəfər olduğundan məhkəmə payı müəyyən edərkən hər bir vərəsənin miras əmlakın 1/4 hissədə payının olduğunu nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı atası X5 və anası X4 miras qalmış Gədəbəy rayonu, Daryurd kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə və JN-214B KOD 50502028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.17 ha torpaq sahəsinin 2/4 hissəsinin 1/4 hissəsinə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı atası X5 və anası X4 miras qalmış Gədəbəy rayonu, Daryurd kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə və JN-214B KOD 50502028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsinin 1/4 hissəsinə payı müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı atası X5 və anası X4 miras qalmış Gədəbəy rayonu, Daryurd kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə və JN-214B KOD 50502028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsinin 1/4 hissəsinə payı müəyyən edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qayada alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1052/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1052/2021
23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver