Məhkəmə qərarları › İş №2(042)-1059/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1059/2023

23.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1059/2023 23.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı miras əmlakın bərabər paylara bölünməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum X1 miras qalmış Gədəbəy rayonu, Dəyirmandağ Kənd İƏD üzrə Nümayəndəliyinin Köhnəkənd kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində inşa edilmiş 87.80 kvm fərdi yaşayış evinin cavabdehlərlə birlikdə bərabər paylara bölünməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, atası X7 Gədəbəy rayonu, Köhnəkənd kəndində 0.40 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin içərisində inşa edilmiş 87.80 kvm fərdi yaşayış evi vardır. Onun 2 bacısı və bir qardaşı olmuşdur. X2 05 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Atası öləndən sonra fərdi yaşayış evinə anası X8 03 may 2019-cu il tarixdə mülkiyyət hüququ qeydə alınmış bu barədə Çıxarış verilmişdir. Atası Z.Məmmədov xx.xx.1996-cı il tarixdə, anası Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Valideynləri öləndən sonra qalmış mirası və həyətyanı torpaq sahəsini o və cavabdehlər idarə etmişlər. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki,onlar ailədə 3 bacı və 1 qardaş olmuşlar. X2 05 oktyabr 2022-ci il tarixdə ölmüşdür. X1 miras qalmış əmlakı iddiaçı, o və digər cavabdehlər vərəsə kimi qəbul etmişlər. Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisi məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərinə əsasən Cavabdeh1 və X16 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X6 surətindən görünür ki, X14 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X15 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan X6 Surətindən görünür ki, X13 05 oktyabr 2022-ci il tarixdə ölmüşdür. İşdə olan X3 Surətindən görünür ki, Cavabdeh2 xx xxx 1985-ci il tarixdə Gədəbəy rayonun doğulmuşdur. Ata qrafasında X14, ana qrafasında isə X15 qeyd edilmişdir. İşdə olan X3 Surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1990-cı ildə Gədəbəy rayonunda doğulmuşdur. Ata qrafasında X14, ana qrafasında isə X15 qeyd edilmişdir. İşdə olan X3 Surətindən görünür ki, X12 xx xxxxxx 1982-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Ata qrafasında X14, ana qrafasında isə X15 qeyd edilmişdir. İşdə olan X4 Surətindən görünür ki, X9 ilə X12 xx.xx.2011-ci il tarixdə Gədəbəy RİHnin Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyində nikah bağlamışlar.Nikah bağlandıqdan sonra arvad Əsgərova sayadını götürmüşdür. İşdə olan Çıxarışın Surətindən görünür ki, Gədəbəy rayonu, Köhnəkənd kəndində yerləşən 0.3997 ha torpaq sahəsinə X15, Cavabdeh2, Cavabdeh1 və X10 ümumi birgə mülkiyyət hüququ və həmin torpaq sahəsində yerləşən 87.80 kvm ölçüdə olan fərdi yaşayış evinə X8 mülkiyyət hüququ 03 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Köhnəkənd kəndində yerləşən 0.3997 ha həyətyanı torpaq sahəsi X17, X15, Cavabdeh2, Cavabdeh1 və X10 ümumi birgə mülkiyyətində, həmin torpaq sahəsində yerləşən 87.80 kvm ölçüdə olan fərdi yaşayış evi X8 mülkiyyətində olmuşdur. X15 03 iyun 2020-ci il tarixdə ölmüşdür. İş üzrə iddiaçı və cavabdehlər onun vərəsələridir və onlar mirası qəbul etmişlər. Ona görə də iddia tələbi təmin edilməli, tərəflərin mirası qəbul etmələri və Gədəbəy rayonu, Köhnəkənd kəndində yerləşən X15, Cavabdeh2, Cavabdeh1 və X10 ümumi birgə mülkiyyətində olan 0.3997 ha həyətyanı torpaq sahəsinin X8 payına düşən 1/4 hissəsinə və X8 mülkiyyətində olan fərdi yaşayış evinə 1/3 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Köhnəkənd kəndində yerləşən X15, Cavabdeh2, Cavabdeh1 və X10 ümumi birgə mülkiyyətində olan 0.3997 ha həyətyanı torpaq sahəsinin X8 payına düşən 1/4 hissəsinə və X8 mülkiyyətində olan fərdi yaşayış evinə İddiaçı, Cavabdeh1 və X11 hər birinin 1/3 hissədə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar