Məhkəmə qərarları › İş №2(042)-107/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-107/2021

03.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-107/2021 03.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh1, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 X23 və X2 qarşı mirasın qəbul edilməsi və miras əmlaka vəsiyyətnamə üzrə vərəsə tanınması tələbi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 X23 və X2 qarşı mərhum valideynləri X16 və X5 vəsiyyətnamə üzrə vərəsəsi olaraq, həmin mirası faktiki qəbul etməyi faktının müəyyən edilməsinə, həmin mitras əmlaka vəsiyyət üzrə vərəsə tanınması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh1 onun doğma qardaşıdır. X3 anaları X12 1958-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahdan beş uşaqları doğulmuşdur. X8, Cavabdeh1, X14 və X6 onun doğma qardaş və bacılarıdır. Atası X16 xx xxxxxxx 2005-ci ildə, anası X12 isə xx.xx.2016-cı ildə vəfat etmişlər. Mərhum anası X12 vəfat etməzdən əvvəl xx xxx 2014-cü il tarixli 105 reyestr saylı vəsiyyətnamə ilə özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Digər vərəsələrini vərəsəlikdən məhrum etmişdir. O anasının vəsiyyət üzrə vərəsəsi olaraq ondan qalmış mirası faktiki olaraq qəbul edib, idarə etmişdir. Bununla da mirası faktiki qəbul etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi vəsiyyətnamə saxtadır. Onun anası iddiaçıya elə vəsiyyətnamə verməmişdir. Həmçinin anasının öldüyü vaxtadək anasına qulluq etmiş və anası öldükdən sonra mirası o qəbul etmişdir. İddiaçının həmin əmlakdan pay tələb etməsi də süzgün deyildir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X4 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. Ata və anasının ölümündən sonra evin damını iddiaçı dəyişdirmişdir. Bundan əlavə həmin evin hasarlanması işlərini də iddiaçı etmişdir. Həmçinin anası iddiaçıya vəsiyyətnamə verərək, ona məxsus bütün əmlakı iddiaçıya vəsiyyət etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 X23 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Ölüm Haqqında Arayışın surətindən görünür ki, X14 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İşdə olan X7 surətlərindən görünür ki, İddiaçı 07.071965-ci ildə, X9 xx.xx.1962-ci il tarixdə doğulmuş, ataları qrafasında X16, anaları qrafasında X12 qeyd edilmişdir. İşdə olan X11 surətindən görünür ki, X16 və X12 xx.xx.1958-ci il tarixdə nikah bağlamışlar. İşdə olan Vəsiyyətnamənin surətindən görünür ki, X12 özünə məxsus fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və adına nə varsa hamısını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Ölüm Haqqında Arayışların surətlərindən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə, X12 isə xx.xx.2020-ci il tarixdə ölmüşlər. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina arayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mübahisəli əmlak üzərində mərhum X10 və X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Yəni, mübahisələndirilən əmlak miras kütləsinə daxil deyildir və onunla əlaqədar vərəsəlik hüquq münasibətləri yaranmamışdır. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar