Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-107/2025 13.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə iddiaçı X5 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mərhum atası X7 qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.27 ha həyətyanı torpaq sahəsindən ibarət olan miras əmlakın qanun üzrə vərəsə olaraq qəbul etməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki,atası X14 olmuş, anası X13r. Valideynləri ayrılmışlar. Gədəbəy Xalq Məhkəməsinin 07 fevral 1990-cı il tarixli qətnaməsi ilə anası Sənubərin və onun, babası X15 evinə köçürülməsi və evdən istifadə hüqularının tanınması qət edilmişdir. Babasının ölümündən sonra miras qalmış əmlakı X29 qəbul etmişdir. X29 03 iyun 2014-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsini və üzərində yerləşən əmlakı miras kimi qəbul etmək istəyir, lakin atasının arvadı olmuş Cavabdeh buna mane olur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, X20 onun əri olmuşdur. O, 2014-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra qalmış Gədəbəy şəhəri, İ.Aznaurov küçəsində yerləşən torpağı və üzrəində yerləşən yaşayış evini miras kimi qəbul etmiş, əmlakın bir hissəsini 2022-ci ildə satmış, bir hissəsini isə qızına hədiyyə etmişdir. Qızı da ona hədiyyə edilmiş əmlakı 2023-cü ildə satmışdır. İddiaçı mirası qəbul etməmişdir. Buna baxmayaraq, o, ev və torpaq sahəsi satıldıqdan sonra iddiaçıya 1500 manat vermişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 1 yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 48 kvm sahəsi olna fərdi yaşayış evinə02 iyul 2021-ci il tarixdə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan daşınmaz əmlakın alğı-satqı müqaviəsinin surətindən görünür ki,01 iyun 2022-ci il tarixdə Cavabdeh ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0.14 ha hissəsini X1. İşdə olan daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, 06 mart 2023-cü il tarixdə Cavabdeh ünvan 3 ünvanında yerləşən evi və 0.13 hissədə torpaq sahəsini qızı X8 bağışlamışdır. İşdə olan daşınmaz əmlakın alğı-satqı müqaviəsinin surətindən görünür ki, 06 mart 2023-cü il tarixdə X3 şəhəri,İ.Aznaurov küçəsi, 106 ünvanında yerləşən evi və torpaq sahəsinin 0.13 ha hissəsini X2. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qQətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, iddiaçının bildirdiyinə görə atası X14 2014-cü ildə vəfat etmişdir. Yəni, mirasın açıldığı vaxtdan təxminən 11 il keçmişdir. 02 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən əmlka mülkiyyət hüququ qeydə alınmışdır və həmin qeydiyyatın həqiqiliyi prezumpsiyası qüvvədədir. 01 iyun 2022-ci il tarixdə cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmış əmlakın bir hissəsini X4, 06 mart 2023-cü il tarixdə isə həmin əmlakın qalan hissəsini övladı X6 bağışlamışdır. Həmin tarixdə X9 da ona hədiyyə edilmiş əmlakı X2. İddiaçı cavabdehin mülkiyyət hüququnun qeydiyyatının, bağışlama və alğı-satqı müqavilələrinin ləğv və ya etibarsız hesab edilməsi ilə əlaqədar iddia tələbi ilə müraciətlər etməmiş, həmin müqavilələr üzrə vicdanlılıqları şübhə doğurmayan tərəfləri iş üzrə icraata cəlb etməmişdir. Bundan başqa, iddiaçı atası X7 miras qaldığı iddia edilən əmlakı qəbul etdiyini təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. İşə məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-107/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-107/2025
13.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver