Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1073/2021 16.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21.09.2021-ci il tarixli, **********25 reyestr nömrəli Çıxarışın “X7” yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1961-ci ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə əri X6 adına olmaqla onlara (ərinə, ona və uşaqlarına) Gədəbəy rayonu, Dəyirmandağ kəndində 0.1823 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə ərinin adına X21 kitabında 06.01.2011-ci il tarixdə 346 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Onların adlarına olan torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hə bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Müraciətləri əsasında Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 0.1823 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21.09.2021-ci il tarixdə **********25 reyestr nömrəli Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında əri X6, onun və ailə üzvləri X2, X1 və X4 adına qeydə alındı. Bu barədə onlara çıxarış verilmişdir. Lakin həmin Çıxarışda onun adı “Hürü” əvəzinə səhvən “Nuru” kimi yazılmışdır. Belə ki, onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı Hürü kimi qeyd edilmişdir. Hazırda çıxarışda olan adı onun şəxsiyyətini təsdiq edən sənədlərdəki adı ilə (Hürü) düz gəlmir. Bu isə onun həmin mülklə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21.09.2021-ci il tarixli **********25 reyestr nömrəli Çıxarışın “X7” yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, onun adı qrafasında Hürü qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21.09.2021-ci il tarixli, **********25 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, X6, X5, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Dəyirmandağ kəndində 0.1823 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X10 ilə Ərizəçi nikahlarını 15.09.2015-ci il tarixdə bağlamışlar. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Atası qrafasında X9, anası qrafasında X14 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21.09.2021-ci il tarixli, **********25 reyestr nömrəli Çıxarışa əsasən, X6, X5, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Dəyirmandağ kəndində 0.1823 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin Çıxarışda onun adı “Nuru” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində ata adı “Hürü” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni çıxarışda “X7” adında “Nuru” yazılışının texniki səhv olması müəyyən edilərək həmin Çıxarışda düzəliş aparılmalı və müvafiq olaraq “Hürü” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi Çıxarışda olan “X7” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən Çıxarışda müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21.09.2021-ci il tarixli, **********25 reyestr nömrəli Çıxarışın “X7” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21.09.2021-ci il tarixli, **********25 reyestr nömrəli Çıxarışın “X7” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1073/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1073/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver