Məhkəmə qərarları › İş №2(042)-1077/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1077/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1077/2021 02.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 52 nömrəli qərarı əsasında tərtib edilmiş JN- 535D KOD 50500058 saylı ‘'Torpağın mülkiyyətə verilməsinə dair”-şəhadətnamənin “X9” yazılan hissədə mərhum anası X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1979cu ildə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuşdur. Hal-hazırda Çalburun kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə Gədəbəy rayonu, Çalburun kəndində X3nun adına olmaqla onlara (atasına, anası X7, qardaşları X13 və X14) 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-535D KOD 50500058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. X3 09.09.2015-ci ildə, anası X11 01.10.2019-cu ildə vəfat etmişdir. O, valideynlərinin vəfatından sonra miras qalmış həmin torpaq sahəsini adıına rəsmiləşdirərkən məlum olmuşdur ki, sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mərhum anasının adı “Kifayət” əvəzinə səhvən “Ziyafət” yazılmışdır. Hazırda anasnın ölüm haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində olan adı ilə (Kifayət) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan adı (Ziyafət) düz gəlmir. Bu isə ona həmin torpaq sahələri ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin "X9” yazılan hissədə mərhum anası X7 məxsus olmasının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 03916937 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 07.01.1955-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində doğulmuş, onun adı qrafasında Kifayət qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nin Çalburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli, 174 saylı arayışdan görünür ki, Ərizəçi mərhum X3nun adına verilmiş JN-535D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçinin adı X9 yazılmışdır. Lakin, həqiqətdə X4 oxunmalıdır. İşdə olan AZ-İİ № 000839 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01.10.2019-cu il tarixdə ölmüşdür. Şəhadətnamədə adı Kifayət kimi yazılmışdır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş JN-535D saylı KOD ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X8 və ailə üzvlərinə 0.27 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anası X11 09.09.2015-ci il tarixdə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş JN-535D saylı KOD ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əsasında mərhum X7 və ailə üzvlərinə 0.27 ha torpaq sahəsi verilmişdir. “JN-535D saylı KOD ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X6 adı “Ziyafət” qeyd edilmişdir. X2 şəxsiyyətini təsdiq edən sənədlərində adı “Kifayət” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamə “X12” adında “Ziyafət” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Kifayət” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, X11 şəhadətnamədə olan “X12” ilə eyni şəxsdir. X1 adının sözügedən sənəddə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş JN-535D saylı KOD ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X12” yazılan hissədə mərhum X7 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş JN-535D saylı KOD ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X12” yazılan hissədə mərhum X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar