Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1077/2023 28.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı soyadların eyni şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə müraciət edərək müxtəlif sənədlərdə qeyd edilmiş “Hüseynova” və İbrahimov” soyadlarının ona (sənədlər üzrə eyni şəxsə) məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, o, 1937-ci il tarixdə Gədəbəy rayonu, X10ində doğulmuşdur. Anadan olan zaman ona doğum şəhadətnaməsi verilməmiş, doğum tarixi XX.XX.1937-ci il kimi qeyd edilmişdir. Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 330/1 saylı arayışda qeyd edilmişdir ki, 1930-1938-ci illəri əhatə edən doğum aktının qeydiyyatı kitabında onun soyadı “Hüseynova” kimi qeyd edilmişdir. Bundan başqa o, mərhum həyat yoldaşı X5 ilə xx.xx.1961-ci il tarixdə K.Qaramurad kənd sovetində nikahdan keçən zaman soyadı ona məlum olmayan səbəblərdən “İbrahimova” kimi qeyd edilmişdir. Nikahdan sonra o, “Quliyeva” soyadını qəbul etmişdir. Onun valideynlərinin soyadları “Hüseynov(a)” kimi qeyd edilmişdir. Lakin mərhum anasının qızlıq soyadı “İbrahimova” olmuşdur. Hazırda mərhum atası Salman Hüseynovdan miras qalımş əmlakı vərəsəlik qaydasında adına rəsimlədirmək istəyir. O, Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin soyadında müxtəliflik olduğuna görə notarius vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını və yuxarıda qeyd etdiyi soyadların eyni şəxsə məxsus olması faktı müəyyən edildikdən sonra vərəsəlik şəhədətnaməsinin verilməsinin mümkün olmasını bildirmişdir. Odur ki, “Hüseynova” və “İbrahimova” soyadlarının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1937-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonunun X10ində yaşayır. İşdə olan Gədəbəy RİHB-nın X10 İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 363 nömrəli arayışdan görünür ki, Ərizəçi hazırda X10ində qeydiyyatdadır və yaşayır. İşdə olan X1 təsdiq edilmiş surətindən görünür ki, X2 və X3 xx.xx.1958-ci ildə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyad verilmişdir. İşdə olan Ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 330/1 nömrəli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy Rayon dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Qeydiyyat X4 kəndi üzrə 1930-1938-ci illərə dair Doğum aktının qeydiyyatı kitabında X6 22 noyabr 1938-ci ildə tərtib edilmiş 66 nömrəli aktla 01 noyabr 1938-ci ildə X10ində anadan olması qeyd edilmişdir. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 617 nömrəli məktubun surətindən görünür ki, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamnin verilməsi ilə bağlı müraciətinə baxılmış, Ərizəçi soyadında fərqlilik olmasına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İşdə olan Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilmsəinə kifayət qədər əsaslar olmadığı səbəbindən onun nikah akt qeydində soyadının düzəliş edilməsinə dair ərizəsinin qeydiyyat orqanında təmin edilmsəinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Beləliklə, məhkəmə araşdırması ilə müəyəyn edilmişdir ki, Ərizəçi XX.XX.1937-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonunun X10ində yaşayır. Ərizəçinin tələbi ona aid olan müxtəlif sənədlərdə qeyd edilmiş “Hüseynova” və İbrahimova” soyadlarının ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Lakin mülki prosessual qanunvericilikdə müxtəlif soyadların eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin tələbinin hüquqi əsasları olmadığından ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin ərizəçiyə izah edir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1077/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1077/2023
28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver