Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1083/2025 04.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, sənədin şəxsə məxsus olması faktı) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 17 saylı qərarı əsasında JN;392A kodlu 50532018 nömrəli Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 17 saylı qərarı əsasında JN;392A kodlu 50532018 nömrəli torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinə dair şəhadətnamədə texniki səhv nəticəsində Ərizəçi əvəzinə Ərizəçi Novruz qızı kimi qeyd edilmişdir.Qeyd olunan texniki səhvin yaranma səbəbi ondan ibarət olmuşdur ki, onun ögey qardaşının atası Novruz adlı şəxs olmuş və sənədi tərtib edən qurum tərəfindən bu ad səhvən onun atasının adı kimi göstərilmişdir.Halbuki, onun atası Hüseyn olmuşdur.O, orta təhsilli, yaşlı insan olduğundan sənədi aldığı zaman onu diqqətlə oxumamış və bu yanlışlıq həmin dövrdə aşkarlanmamışdır.Torpaq sahəsini və fərdi yaşayış evini öz adına rəsmiləşdirmək məqsədilə müraciət edildikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən texniki səhvin mövcudluğu bildirilmiş, torpaq sahəsinin adına sənədləşdirilməsindən imtina edilmişdir.Həmin şəhadətnamədə qeyd edilən X1 Qarabağ müharibəsində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.Hazırda iş materiallarına əlavə edilmiş şəhid ailəsi vəsiqəsi ona oğlu X3 şəhid olması ilə əlaqədar verilmişdir.O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir ərazi idarəsinə rəsmi qaydada müraciət etmiş, lakin 08 iyul 2025-ci il tarixli məktubla ona bildirilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998ci il tarixli 17 saylı qərarı əsasında verilmiş JN;392A kodlu, 50532018 nömrəli şəhadətnamədə göstərilmiş ata adına düzəliş edilməsi həmin idarənin səlahiyyətləri xaricindədir.Bu səbəbdən, qeyd olunan texniki səhvin aradan qaldırılması məqsədilə məsələ üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.Ona görə də ərzənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. II. Tərəflərin mövqeləri:
3. Ərizəçi məhkəmə iclasına ərizə göndərək, xəstəliyi ilə əlaqdər məhkəmə iclasında işstirak edə bilməycəyni və məhkəmə iclasını onun iştirakı olmadan kecirlməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir.
7. Belə ki, - İşdə olan Torpağa Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Arıxdam kəndində Ərizəçi Novruz qızı və X3 mülkiyytinə 0.15 hektar həyətyani torpaq sahəsi verilmişdir. İşdə olan X8 Vəsiqsinin surətindən görünür ki, Ərizəçi Şəhid ailəsidir. İşdə olan Səxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1931-ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır . Məhkəmənin mövqeyi:
9. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 17 saylı qərarı əsasında verilmiş JN;392A kodlu 50532018 saylı Torpağa Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə faktiki olaraq Ərizəçi məxsusdur. Ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından, ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Nəticə:
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 17 saylı qərarı əsasında verilmiş JN 392A kodlu 50532018 saylı Torpağın Mülkiyyətə Verilməsinə X2 Pürzə Hüseyn qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Fizuli Mirzəquliyev