Məhkəmə qərarları › İş №2(042)-1134/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1134/2025

03.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1134/2025 03.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, sənədin şəxsə məxsus olması faktı) Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı əsasında keçmiş DT və XK tərəfindən tərtib edilmiş A №124889 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və həmin sənədə aid olan Gədəbəy rayonunun Dəyirmandağ kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair cədvəldə göstərilən məlumatlar üzrə X17 yazılmış hissənin X9, Ərizəçi2 Məhəmməd qızı yazılmış hissənin isə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X14 və onun ailə üzvləri - X5, Ərizəçi1, Ərizəçi2, X2 və X4 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonunun Dəyirmandağ kəndində yerləşən 2697,9 kv.m sahəsi olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu barədə keçmiş DT və XK tərəfindən A №124889 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X20 vəfat etdikdən sonra onun ailə üzvləri və vərəsələri həmin torpaq sahəsini öz adlarına sənədləşdirmək istəmişlər. Sənədlərin toplanılması zamanı müəyyən edilmişdir ki, A №124889 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə aid olan və Gədəbəy rayonunun Dəyirmandağ kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair cədvəldə X1, adı və ata adı səhvən “X17” kimi qeyd edilmişdir. Ailə üzvləri arasında “X17” adlı şəxs mövcud olmamış, bu ad faktiki olaraq X9 aiddir. Cədvəldə həmçinin Ərizəçi2 ata adı səhv olaraq Məhəmməd kimi göstərilmişdir. Halbuki, Təranə Abbasovanın ata adı Məmməddir. Ancaq göstərilən cədvəldəki bu yanlış yazılış nəticəsində həmin torpaq sahəsi ilə bağlı hüquqların həyata keçirilməsində maneələr yaranmışdır. X5 şəxsiyyətini təsdiq edən sənədlərdə soyadı, adı və ata adı düzgün şəkildə qeyd olunsa da, bu məlumatlar “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki məlumatlarla uyğun gəlmir. Müraciət DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə edildikdə, həmin idarə tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki yanlış yazının düzəlişi idarənin səlahiyyətlərinə daxil deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquq müəyyənedici sənəd olan A №124889 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və ona aid olan Gədəbəy rayonunun Dəyirmandağ kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair cədvəldə “X17” yazılan hissənin X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak etmiş ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun qonşularıdırlar.Ərizəçi1 atası Qoşqar, anası isə Sənəm olmuşdur. Ərizəçilərin atası və anası vəfat etmişdir. Həmin torpaq sahəsinin sənədi X14 adına tərtib olunmuşdur. Məhkəmə iclasında digər şahid X3 eyniməzmunlu ifadə vermişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - İşdə olan Torpağa Mülkiyyət Hüququna X28 surətindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində X14 mülkiyytinə 2697.9 kv.m ha həyətyani torpaq sahəsi verilmişdir. - İşdə olan Gədəbəy rayonunun Dəyirmandağ kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Cədvəldən görünür ki, X20, X15, Ərizəçi1, Ərizəçi2 Məhəmməd qızı, X7 və X10 qeydə alınmışdır. İşdə olan X8 surətindən görünür ki, X20 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan X8 surətindən görünür ki,X16 oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X11 xx.xx.1973 cü il tarixində doğulmuşdur, ata qrafasında X20, ana qrafasında X16 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1971 ci il tarixində doğulmuşdur, ata qrafasında X20, ana qrafasında X16 qeyd edilmişdir. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 və X12 nikahlarını xx.xx.1963-cü il tarixdə Gədəbəy Rayonunda bağlamış, arvad Aslanova soyadını götürmüşdür. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır . Məhkəmənin mövqeyi:

10. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş AN №124889 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və həmin sənədə aid olan, Gədəbəy rayonunun Dəyirmandağ kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair Cədvəl digər ailə üzvləri ilə birlikdə X16 və Ərizəçi2 məxsusdur. Həmin fakt ərizəçilərin vərəsəlik və mülkiyyət hüquqlarının təmin edilməsi baxımından hüquqi əhəmiyyətə malikdir. Ərizəçilərin həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından, ərizə əsaslı hesab edilərək təmin olunmalıdır.

V. Nəticə:

11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284- 1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş AN №124889 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və həmin sənədə aid olan Gədəbəy rayonunun Dəyirmandağ kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair Cədvəlin “X17” yazılan hissdigər ailə üzvləri ilə birlikdə X16 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar