Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1146/2025 04.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəyu Rayon Məhkəməsi hakim X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi ilə iddiaçı Gədəbəy Rayon Miskinli Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsində qanunsuz inşa edilmiş tiklinin sökülməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gədəbəy Rayon Miskinli Bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsində qanunsuz inşa edilmiş tiklinin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müeraciət etmişdir. İş üzrə məhkəmə hazrlıq iclası xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmiş, Gədəbəy Rayon Miskinli Bələdiyyəsinin nümayəndəsi X2 məhkəməyə ərizə verərək, iddia tələbinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Gədəbəy Rayon Miskinli Bələdiyyəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1146/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1146/2025
04.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver