Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-118/2022 13.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı1 vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən Gədəbəy Rayon Notariat Ofisinə qarşı X59 hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan məcburi payın ayrılması tələbləri haqqında iddia ərizəsi üzrə mülki işə 13 aprel 2022-ci il tarixdə, Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən Gədəbəy Rayon Notariat Ofisinə qarşı Gədəbəy Rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 07 fevral 2020-ci il tarixli, 2V-44 və 2V-45 reyestr nömrəli X59 hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; həmin şəhadətnamələr əsasında verilmiş Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********088-10301 qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi; mərhum X12 miras qalmış Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzürlü hesab edilərək, uzadılması, həmin mirasın faktiki olaraq, qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlakdan hər birinin vərəsəlik payının müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar iddia tələblərini dəqiqləşdirmiş, Gədəbəy Rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 07 fevral 2020-ci il tarixli, 2V-44 və 2V-45 reyestr nömrəli X59 hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; həmin şəhadətnamələr əsasında verilmiş Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********85-10301 qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi; mərhum X4ndan miras qalmış Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0,3404 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 117,7 kvm olan fərdi yaşayış evindən ibarət miras əmlakdan X4 və X3 ilə birinci nikahdan olan övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 həmin miras əmlakdan məcburi payın ayrılması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında digər iddiaçıların nümayəndəsi və İddiaçı1 iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0,3404 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X4 və X3na məxsus olmuşdur. O və digər iddiaçılar onların birgə nikahlarından doğulmuşlar. X3 01 avqust 1981-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, yəni, 1982-cü ildə ataları Cavabdeh2 ilə nikah bağlamışdır. Onların nikahlarından X36, X18 və digər Cavabdeh1 doğulmuşlar. Cavabdeh2 həmin vaxt azyaşlı olan iddiaçılar Xatirə, Lalə və İddiaçı6ları sıxışdırb evdən çıxarmışdır. O, böyük qardaş kimi onları özü saxlamışdır. Bununla belə, cavabdehlərin ögey qardaş və bacılarla münasibətləri normal olmuşdur. Həmişə ata evinə gedib-gəlmişlər. X4 04 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Onlar vərəsələr kimi, atadan qalmış evə gedib-gəlməklə, həmin əmlakı miras kimi qəbul etmişlər. Bundan başqa, atası vəfat etdikdən sonra o, anasına məxsus olmuş bir ədəd xalçanı götürmüş və bununla da mirası qəbul etməsini nümayiş etdirmişdir. Onlar əmlak barəsində cavabdehlərlə heç vaxt mübahisə etməmişlər. Lakin 2021-ci ilin sentyabr-oktyabr aylarında Cavabdeh1 ata evini 50 min manata satmaq istədiyir bildirmiş və əgər almaq istəyirlərsə, onlara evi almağı təklif etmişdir. Bundan sonra, Cavabdeh1 evə görə 10 min manat təklif etmiş, lakin o, imtina etmişdir. Ona məlum olmuşdur ki, cavabdehlər onlardan xəbərsiz olaraq, atalarından miras qalmış əmlakla əlaqədar X59 haqqında şəhadətnamələr alınmış, torpaq sahəsi və evə X4nun mülkiyyət hüququ tanınmış və müvafiq Çıxarış verilmişdir. Cavabdehlərə X59 şəhadətnamələri verilərkən notarius qanunun tələblərini pozmuş, vərəsələrin dairəsini müəyyən etmək üçün qanunda nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirməmiş, cavabdehlər tərəfindən təqdim edilmiş etibarlılıq müddəti keçmiş 2018-ci ilin arayışına istinad etmişdir. Cavabdeh1 məhkəməyə Vəsiyyətnamə təqdim etmişdir. Vəsiyyətnamədən görünür ki, ataları bütün əmlakını ona vəsiyyət etmiş, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Lakin məcburi pay hüququndan məhrumetmə yalnız məhkəmə qaydasında ola bilər. Bundan başqa, məlum deyil ki, vəsiyyətnamə oladuğu halda, cavabdehlər niyə görə vəsiyyət üzrə deyil, X59 şəhadətnamələri almışlar. Ona görə də şəhadətnamələr ləğv edilməli, onların əsasında verilmiş Çıxarış isə etibarsız hesab edilməlidir. O və digər iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etdikləri üçün, onların miras əmlakda məcburi payları müəyyən edilməlidir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında İddiaçı4 iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0,3404 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X4 və X3na məxsus olmuşdur. O və digər iddiaçılar onların birgə nikahlarından doğulmuşlar. X3 01 avqust 1981-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, yəni, 1982-ci ildə ataları Cavabdeh2 ilə nikah bağlamışdır. Onların nikahlarından X36, X18 və digər Cavabdeh1 doğulmuşlar. Cavabdeh2 onları sıxışdırb evdən çıxarmışdır. X4 04 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Onlar vərəsələr kimi, atadan qalmış evə gedib-gəlməklə, həmin əmlakı miras kimi qəbul etmişlər. 2021-ci ilin sentyabr-oktyabr aylarında Cavabdeh1 ata evini 50 min manata satmaq istədiyir bildirmiş və əgər almaq istəyirlərsə, onlara evi almağı təklif etmişdir. Məlum olmuşdur ki, cavabdehlər onlardan xəbərsiz olaraq, atalarından miras qalmış əmlakla əlaqədar X59 haqqında şəhadətnamələr alınmış, torpaq sahəsi və evə X4nun mülkiyyət hüququ tanınmış və müvafiq Çıxarış verilmişdir. Cavabdehlərə X59 şəhadətnamələri verilərkən notarius qanunun tələblərini pozmuş, vərəsələrin dairəsini müəyyən etmək üçün qanunda nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirməmiş, cavabdehlər tərəfindən təqdim edilmiş 2018-ci ilin arayışına istinad etmişdir. Cavabdeh1 məhkəməyə Vəsiyyətnamə təqdim etmişdir. Vəsiyyətnamədən görünür ki, ataları bütün əmlakını ona vəsiyyət etmiş, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Lakin məcburi pay hüququndan məhrumetmə yalnız məhkəmə qaydasında ola bilər. Bundan başqa, məlum deyil ki, vəsiyyətnamə oladuğu halda, cavabdehlər niyə görə vəsiyyət üzrə deyil, X59 şəhadətnamələri almışlar. Ona görə də şəhadətnamələr ləğv edilməli, onların əsasında verilmiş Çıxarış isə etibarsız hesab edilməlidir. O və digər iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etdikləri üçün, onların miras əmlakda məcburi payları müəyyən edilməlidir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında İddiaçı5 və İddiaçı6 eyniməzmunlu izahatlar verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında Cavabdeh1 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, atası X32 2012-ci ildə vəfat etmişdir. O, zəruri sənədləri təqdim edərək, 29 yanvar 2020-ci il tarixdə mərhum atasının torpaq sahəsinə ümumi birgə və fərdi yaşayış evinə tam mülkiyyət hüququnun qeydə alınması haqqında Çıxarış almışdır. Bundan sonra digər cavabdehlə birlikdə qanunda nəzərdə tutulmuş qaydada miras əmlakın qəbul edilmısi üçün notariat orqanına müraciət etmiş, ondan tələb edilmiş sənədləri təqdim edərək, atası X32 tərəfindən bütün əmlakın ona vəsiyyət edilməsi haqqında vəsiyyətnamə tərtib edilməsinə baxmayaraq, anası olan digər Cavabdeh2 Qurbanqulu qızı ilə birlikdə miras əmlakın qanun üzrə vərəsə tərəfindən qəbul edilməsi haqqında şəhadətnamə almışdır. Bu şəhadətnamələr əsasında əmlaka onun, digər cavabdehin və bacılarının mülkiyyət hüququnun qeydə alınması haqqında müvafiq Çıxarış verilmişdir. Bundan sonra, anası və həyətyanı torpaq sahəsinə payları olan bacıları, Könül və Xəzəngül öz paylarını bağışlama müqaviləsi əsasında ona bağışlamış və torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona Çıxarış verilmişdir. Bu zaman o və digər cavabdeh heç bir qanun pozuntusuna yol verməmişdir. İddiaçılar isə ataları vəfat edəndən sonra yas mərasimlərində iştirak etsələr də, heç vaxt evdə yaşamamış, mirası qəbul etməmiş, miras qoyan 10 il bundan əvvəl vəfat etdiyi halda, bu evə və həyətyanı torpaq sahəsinə heç bir iddiaları olmamışdır. Həmin ev və həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ qeydə alındıqdan sonra isə həmin əmlakdan payları olduqlarını bildirmişlər. Halbuki, onlar mirası qəbul etməmiş, evin və həyətin saxlanılması və yaxşılaşdırılmalarında iştirak etməmişlər. İddiaçı1 isə miras əmlak kimi qəbul etdiyini bildirdiyi xalçanı o, ataları vəfat etməmişdən əvvəl naməlum şəraitdə götürərək, aparmışdır və bu xalşa atasına deyil, iddiaçıların anasına məxsus olmuşdur. Ona görə də xahiş edir ki, iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılsın. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, X32 ilə 06 dekabr 1982-ci il tarixdə nikah bağlamışdır. Nikahlarından 05 noyabr 1990-cı il tarixdə digər cavabdeh olan Cavabdeh1 doğulmuşdur. X32 2012-ci ildə vəfat etmişdir. X5 məxsus olmuş evdə yaşamış, evə və həyətyanı torpaq sahəsinə sahiblik etmiş, onlardan istifadə etmişlər. Onlar zəruri sənədləri təqdim edərək, 29 yanvar 2020-ci il tarixdə mərhum Mahmud Qədirovun torpaq sahəsinə ümumi birgə və fərdi yaşayış evinə tam mülkiyyət hüququnun qeydə alınması haqqında Çıxarış almışdır. Bundan sonra digər cavabdehlə birlikdə qanunda nəzərdə tutulmuş qaydada miras əmlakın qəbul edilmısi üçün notariat orqanına müraciət etmiş, tələb edilmiş sənədləri təqdim edərək, X32 tərəfindən bütün əmlakın oğlu Cavabdeh1 vəsiyyət edilməsi haqqında vəısiyyətnamə tərtib edilməsinə baxmayaraq, miras əmlakın qanun üzrə vərəsə tərəfindən qəbul edilməsi haqqında şəhadətnamə almışlar. Bu şəhadətnamələr əsasında onlara mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Çıxarış verilmişdir. Bundan sonra, o və həyətyanı torpaq sahəsinə payları olan digər övladları Könül və Xəzəngül öz paylarını Cavabdeh1 bağışlamış,onun torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona müvafiq Çıxarış verilmişdir. Bu zaman onlar heç bir qanun pozuntusuna yol verməmişlıər. İddiaçılar isə ataları vəfat edəndən sonra yas mərasimlərində iştirak etsələr də, heç vaxt evdə yaşamamış, mirası qəbul etməmiş, miras qoyan 10 il bundan əvvəl vəfat etdiyi halda, bu evə və həyətyanı torpaq sahəsinə heç bir iddiaları olmamışdır. Həmin ev və həyətyanı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ qeydə alındıqdan sonra isə həmin əmlakda payları olduqlarını bildirirlər. Halbuki, onlar mirası qəbul etməmiş, evin və həyətin saxlanılması və yaxşılaşdırılmalarında iştirak etməmişlər. İddiaçı1 isə miras əmlak kimi qəbul etdiyini bildirdiyi xalçanı, ataları vəfat etməmişdən əvvəl naməlum şəraitdə götürərək, aparmışdır. Ona görə də xahiş edir ki, iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılsın. Мəhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Gədəbəy Rayon Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5. və 185.6-cı mаddələrinə əsasən işə digər iddiaçılar və üçüncü şəxs Gədəbəy Rayon Notariat Kontorunun nümayəndələrinin işтirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikasının MPM-nin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatlarında göstərilən məlumatlar sübutların bir növüdür. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxış iclasında iş üzrə iddiaçıların şahidi kimi dindirilmiş X49 ifadə verərək, bildirmişdir ki, iddiaçılar mərhum Mühmud Qədirovun birinci arvadından olan övladlarıdır. Cavabdeh2 Mahmud Qədirovun ikinci arvadı, Cavabdeh1 isə həmin arvaddan olan övladıdır. Mahmud Qədirov vəfat etdikdən sonra, onun yas mərasimlərini İddiaçı1 vermişdir. İddiaçı1 atasının yas mərasimində anası Gülşən Qədirovaya məxsus xalçanı götürmüşdür. Hazırda cavabdehlər İddiaçı1 ata evinə buraxmırlar. Məhkəmə baxış iclasında iş üzrə şahid kimi dindirilmiş X33 və X8 Zakir Cəlal oğlu ilə eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə baxışı iclasında cavabdehlərin şahidi kimi dindirilmiş X20 ifadə verərək, bildirmişdir ki, mərhum Mahmud Qədirovun yas mərasimlərini Cavabdeh1 və mərhumun arvadı Cavabdeh2 vermişlər. İddiaçıları yas mərasimlərində görməmişdir. Məhkəmə baxışı iclasında cavabdehlərin şahidi kimi dindirilmiş X1 Tofiq Qara oğlu ilə eyniməzmunlu ifadə vermişdir. İşdə olan Arayışdan görünür ki, X32 04 iyul 2012-ci il tarixdə may 1990-cı il tarixdə vəfat etmişdir. İşdə olan Arayışdan görünür ki, X30 01 avqust 1981-ci il tarixdə may 1990-cı il tarixdə vəfat etmişdir. İşdə olan X10 surtələrindən görünür ki, iddiaçılar X32 və X13 övladlarıdır. İşdə olan X15 surətindən görünür ki, Cavabdeh2 Qurbanqulu qızı 06 dekabr 1982ci il tarixdə X32 ilə nikah bağlamışdır. İşdə olan X16 surətindən görünür ki, Cavabdeh2 Qurbanqulu qızı və X19 nikahından 05 noyabr 1990-cı il tarixdə Cavabdeh1 doğulmuşdur. İşdə olan X52 və Ölçüsü sənədindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 3536,73 kvm həyətyanı torpaq sahəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1999-cu il tarixli qərarı ilə X26 verilmişdir. Həmin sənədin subyektləri siyahısında X32, Cavabdeh2 Qələndər qızı, X34, X21 və Cavabdeh1 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində olan 0,3404 ha həyətyanı torpaq sahəsinə X32, Cavabdeh2, X34, X18 və Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117 kvm olan fərdi yaşayış evinə X19 tam mülkiyyət hüququ 29 yanvar 2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 07 fevral 2020-ci il tarixli X59 X11 surətindən görünür ki, X19 vərəsəsi Cavabdeh2 miras əmlakdan ½ hissədə pay almalıdır. İşdə olan 07 fevral 2020-ci il tarixli X59 X11 surətindən görünür ki, X19 vərəsəsi Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almalıdır. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy Rayon Qoşabulaq X40 tərəfindən verilmiş 10 avqust 2018-ci il tarixli Arayışdan görünür ki, X32 vəfat etdikdən sonra təsərrüfatında oğlu Cavabdeh1, arvadı Cavabdeh2, gəlini X31, nəvəsi X22 və nəvəsi X29 yaşamışlar. Başqa yerdə yaşayan ailə üzvləri X23 və X6r. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh2 Gədəbəy rayonu, Qoşabulaq kəndində olan 0,3404 ha həyətyanı torpaq sahəsinə 3/10 hissədə, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117 kvm olan fərdi yaşayış evinə ½ hissədə, Cavabdeh1 həyətyanı torpaq sahəsinə 3/10 hissədə, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 117 kvm olan fərdi yaşayış evinə ½ hissədə, X24 həyətyanı torpaq sahəsinə 2/10 hissədə, X7 həyətyanı torpaq sahəsinə 2/10 hissədə mülkiyyət hüquqları 27 fevral 2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 09 dekabr 2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, X23 və X2 rayonu, Qoşabulaq kəndində olan həyətyanı torpaq sahəsi və üzərində yerləşən evə olan paylarını Cavabdeh1 bağışlamışlar. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində olan 0,3404 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 117 kvm olan fərdi yaşayış evinə Cavabdeh1 tam mülkiyyət hüququ 29 dekabr 2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 22 avqust 2009-cu il tarixdə tərtib edilmiş Vəsiyyətnamənin surətindən görünür ki, X32 bütün əmlakını Cavabdeh1 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsinə əsаsən Аzərbаycаn Rеspublikаsındа mülkiyyət tохunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən хüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək hüquqlаrındаn ibаrətdir. Hеç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən mаnеəsiz istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, mülkiyyətindən məhrum еdilə bilməz. “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Beləliklə, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. 16 iyul 1996-cı ildə qəbul еdilmiş “Tоrpаq İslаhаtı hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 9-10-cu mаddələrinə və “Vətəndаşlаrın qаnuni istifаdəsindəki tоrpаq sаhələrinin оnlаrın mülkiyyətinə vеrilməsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 10 yаnvаr 1997-ci il tаriхli 534 sаylı fərmаnınа əsаsən vətəndаşlаrın qаnuni istifаdəsindəki fərdi yаşаyış еvlərinin, həyətyаnı sаhələrin qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа qаnuni istifаdədə оlduğu ölçülər dахilində əvəzsiz оlаrаq оnlаrın mülkiyyətinə vеrilir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyеktin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.1-ci mаddəsinə əsаsən mülkiyyətçinin mülkiyyət hüququnun tаnınmаsını tələb еtmək hüquq vаrdır. Məcəllənin 240.2-ci mаddəsinə əsаsən tоrpаq sаhəsinin mülkiyyətçisi özünə mənsub sаhədə ucаldılmış və yа yаrаdılmış binаyа, qurğuyа və digər dаşınmаz əmlаkа mülkiyyət hüququ əldə еdir. Məcəllənin 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən X59 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən X59 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən X59 zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X59 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölэüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа эörə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə эörə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, sübutetmə yükü üzərilərinə düşməsinə baxmayaraq, iddiaçılar tərəfindən iddia tələblərinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. İddiaçılar X59 hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini tələb etmiş və bunu şəhadətnamələr verilərkən notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən edilməməsi və vəsiyyətnamə olduğu halda, X59 müəyyən edilməsi ilə əsaslandırmışlar. Lakin məhkəmənin qənaətinə görə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş vərəsənin seçiminə görə mirasın X59 hüququ ilə qəbul edilməsi qanuna zidd deyildir. Bundan başqa, məhkəmənin gəldiyi nəticəyə görə, notariat orqanı tərəfindən mirasın qanunla müəyyən edilmiş qəbuletmə müddətinin keçməsi, əmlaka mirasqoyanın mülkiyyət hüququnun mirasqoyan vəfat etdikdən sonra qeydə alınması nəzərə alınmışdır və buna görə də ərazi üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş arayışa istinad edilməklə mirası qəbul etmək niyyətlərini ifadə edən vərəsələrə şəhadətnamələr verilməsi qanun pozuntusu kimi qiymətləndirlməməli və bu əsaslara görə şəhadətnamələr ləğv edilməməlidir. İddiaçılar bu şəhadətnamələr əsasında verilmiş hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsini də tələb etmişlər. Lakin məhkəmə nəzərə alır ki, Çıxarış hüquqların qeydə alınması haqqında reyestrdən edilir, Çıxarış əqd deyildir və onun etibarsız hesab edilməsi halı qanunda nəzərdə tutulmamışdır. Qanunda yalnız daşınmaz əmlaka hüquqların qeydiyyatının əsassızlığı və ya düzgün qeydiyyatın əsassız çıxarılması və ya dəyişdirilməsi hallarının müəyyən edildiyi hallarda, qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi nəzərdə tutulmuşdur və ona görə də Çıxarış etibarsız hesab edilə bilməz və bu haqda edilmiş tələb də təmin edilməmlidir. Bu tələblər təmin edilmədiyi üçün iddiaçıların məcburi paylarının müəyyən edilməsi tələbləri də əsassızdır və ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçıların tələbləri mübahisənin bütün hallarını əhatə etmir. Onlar barəsində mübahisə edilən əmlakın Cavabdeh1 mülkiyyətinə vərəsəlik hüququ ilə deyil, o cümlədən, bağışlama müqaviləsi əsasında keçməsini nəzərə almamış, daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini və bu əsasla edilmiş qeydiyyatın çıxarılmasını tələb etməmiş, ümumiyyətlə, eyninömrəli üç Çıxarışdan hansının etibarsız hesab edilməsini belə dəqiqləşdirməmişlər. İddia tələbləri təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid eilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-118/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-118/2022
13.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver