Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1188/2025 27.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Şəmkir Rayon 1 saylı Notariat Ofisi, Gədəbəy Rayon Notariat Ofisi, Bakı şəhəri 38 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı etibarnamələrin, müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi tələbləri barədə mülki iş (açar sözlər: mülkiyyət hüquqi ilə əlaqədar mübahisələr, çıxarışın ləğvi, etibarnamə və müqavilələrin etibarsızlığı) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, İddiaçı1 nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Şəmkir Rayon 1 saylı Notariat Ofisi, Gədəbəy Rayon Notariat Ofisi, Bakı şəhəri 38 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbləri barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 idida ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Gədəbəy Rayon Notariat Ofisində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-3020 reyestrli nömrəli etibarnamənin və İddiaçı4 tərəfindən Bakı şəhəri 38 saylı Notariat Ofisində Cavabdeh2 xx.xx.2022-ci il tarixdə verilmiş 7E-1419 reyestrli nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamələr əsasında Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notariusunda satıcı qismində iddiaçıların əvəzinə çıxış etmiş Cavabdeh2 və alıcı qismində çıxış etmiş Cavabdeh1 arasında bağlanmış, reyestrdə 3M- 1657 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Gədəbəy rayonu,Qoşabulaq kəndində X2, Cavabdeh3, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 0.6039 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin 0.6039 ha torpaq sahəsinin 0.04481666 ha hissəsi Cavabdeh3, 0.12856666 ha hissəsi İddiaçı3, 0.12856666 ha hissəsi İddiaçı4, 0.12856666 ha hissəsi İddiaçı2, 0.12856666 ha hissəsi İddiaçı1, 0.12856666 ha hissəsi isə X3 məxsus olmaqla paylı mülkiyyətdə olmuşdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli çıxarış verilmişdir. X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Atalarının vəfatından sonra onlar və Cavabdeh3 birinci növbə vərəsələr olaraq X1 miras qalmış ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin X2 payına düşən 0.12856666 ha hissəsini qəbul etmişlər və bu barədə Gədəbəy Rayon Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 2V-851 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamə verilmişdir. Bildirirlər ki, sözgedən torpaq sahəsinə dair ilkin çıxarışın alınması, X2 ölümüdən sonra həmin torpaq sahəsindən ona düşən payın miras olaraq adlarına sənədləşdirilməsi və bununla bağlı bir sıra səlahiyyətlərin həyata keçirilməsini onlar qardaşları Cavabdeh3 məsləhəti ilə onunla birlikdə Cavabdeh2 etibar etmişlər. Bu məqsədlə İddiaçı1, Cavabdeh3, İddiaçı2 və İddiaçı3 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Gədəbəy Rayon Notariat Ofisində 7E-3020 reyestr nömrəli etibarnamə verilmişdir. İddiaçı4 tərəfindən isə bu məqsədlə xx.xx.2022-ci il tarixdə Cavabdeh2 Bakı şəhəri 38 saylı Notariat Ofisində 7E-1419 reyestr nömrəli etibarnamə verilmişdir. Onlar Cavabdeh2 etibarnamə verərkən məqsədləri mülkiyyətlərində olan torpaq sahəsinin adlarına sənədləşdirilməsi və həmin torpaq sahəsinin mərhum X2 payına düşən hissəsinin miras əmlak olaraq adlarına sənədləşdirilməsi olmuşdur. Çünki onlar savadsız olduqlarından və qadın olduqlarında torpaq sahəsinin hansı qayda ilə adlarına sənədləşdiriləcəyini bilməmişlər. Cavabdeh2 bu prosesləri bildiyi üçün hazırda cavabdeh olan Cavabdeh3 məsləhəti ilə Cavabdeh2 etibarnamə vermişlər. Bu günədək həmin torpaq sahəsini onlar əkib-becərir. Heç vaxt kimsə onlara məxsus torpaq sahəsini almağı təklif etməmiş, onlar da heç vaxt kiməsə həmin torpaq sahəsini satmağı düşünməmişlər. Hər il olduğu kimi 2025-ci ilin də yaz əkin işlərini apararkən Qoşbulaq kənd sakini olan, hazırda cavabdeh olan Cavabdeh1 bildirmişdir ki, torpaq sahəsi onundur, o, torpaq sahəsini alqı-satqı yolu ilə almışdır, gələn ildən torpaq sahəsini özü əkib becərəcək. Bundan sonra narahat olmağa başlamışlar və Gədəbəy Rayon Notariat ofisinə yaxınlaşaraq Cavabdeh2 vermiş olduqları etibarnamələri xitam etdirmişlər. Eləcə də həmin torpaq sahəsinin onların adından Cavabdeh1 satılıb-satılmamasını öyrənmək üçün vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün müraciət etmişlər. Həmin vaxt İddiaçı4 adına mobil notariat tətbiqi açılmış və məlum olmuşdur ki, iddiaçıların, eləcə də cavabdeh olan Cavabdeh3 əvəzindən Cavabdeh2 ona vermiş olduqları etibarnamələrdən sui-istifadə edərək, onlara məxsus 0.6039 ha torpaq sahəsini öz oğlu Cavabdeh1 4000 manata satmışdır. Bu barədə Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notariusunda xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilədə onların əvəzindən Cavabdeh2 satıcı qismində çıxış etmiş, oğlu Cavabdeh1 isə alıcı olmuşdur. Lakin qeyd etdikləri kimi, həmin müqavilə onların iradələrini əks etdirmir. Çünki onların həmin torpaq sahəsini heç vaxt satmaq niyyətləri olmamışdır. Əgər onlar bilsəydilər ki, Cavabdeh2 ona vermiş olduqları etibarnamələr əsasında onlara məxsus torpaq sahəsini başqa şəxsə sata bilər, bunu heç vaxt etməzdilər və həmin etibarnamələri verməzdilər. Lakin torpaq sahəsinin adlarından verilmiş etibarnamələr əsasında satılmasından xəbərləri olmamışdır. Ona görə də hesab edirlər ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Gədəbəy Rayon Notariat Ofisində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-3020 reyestrli nömrəli etibarnamə, İddiaçı4 tərəfindən Bakı şəhəri 38 saylı notariat ofisində Cavabdeh2 xx.xx.2022-ci il tarixdə verilmiş 7E-1419 reyestrli nömrəli etibarnamə etibarsız hesab edilməli, həmin etibarnamələr əsasında Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notariusunda satıcı qismində iddiaçıların əvəzinə çıxış etmiş Cavabdeh2 və alıcı qismində çıxış etmiş Cavabdeh1 arasında bağlanmış reyestrdə 3M- 1657 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli müqavilə etibarsız hesab edilməlidir. Çünki həmin əqdlər onların aldadılmaqları ilə bağlanmışdır. Həmçinin Cavabdeh1 reyestrdə 3M- 1657 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən istifadə edərək, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarış almışdır. Alqı-satıq müqaviləsi etibarsız olduğundan həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış da ləğv edilməlidir.
Tərəflərin mövqeləri:
3. İddiaçı1 nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq, bildirmişdir ki, məhkəmə prosesində müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsini almaq üçün ümumiyyətlə nə iddiaçılara, nə də digər Cavabdeh3 hər hansı məbləğdə pul verməmişlər. Onlar əgər pul vermiş osaydılar, pulun məbləğini bilərdilər, lakin bunun bilməmişlər. Eləcə də Cavabdeh3 nə qədər pul aldığını, həmin pulu iddiaçılarla böldüyünü, iddiaçılara nə qədər məbləğdə pul verdiyini göstərə bilməmişdir. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsini 2021-ci ildən aldıqlarını bildirsələr də, torpaq sahəsinə heç vaxt faktiki olaraq sahiblik etməmişlər, bu günə qədər də mübahisəli torpaq sahəsi iddiaçıların sahibliyindədir. Bu da onu göstərir ki, iddiaçıların həmin torpaq sahəsini cavabdehlərə satmaq niyyətləri olmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Cavabdeh2 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, 2021-ci ildə iddiaçılardan mübahisəli torpaq sahəsini almışdır. Bunun üçün iddiaçıların qardaşı olan Cavabdeh3 müəyyən məbləğdə pul vermişdir. Pulun məbləği yadında deyil. Cavabdeh3 həmin puldan iddiaçılara verib-verməməsi barədə məlumatı yoxdur. İmkanı olmadığı üçün 2021-ci ildən 2024-cü ilə kimi torpaq sahəsini sənədləşdirə bilməmişdir. Ona görə də torpaq sahəsinin iddiaçıların sahibliyində qalmasına etiraz etməmişdir. Torpaq sahəsini sənədləşdirdikdən sonra onu öz oğlu Cavabdeh1 4000 manata satmışdır. Torpaq sahəsi qanuni əsaslarla onun oğlunun mülkiyyətinə keçmişdir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
6. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və Cavabdeh2 ilə eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahat verərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun, anasının, bacılarının və mərhum atasının birgə mülkiyyətində olmuşdur. Atasının ölümündən sonra ondan qalmış miras payını o, qəbul etmişdir. Eləcə də anasının və bacılarının razılığı ilə həmin torpaq sahəsini Cavabdeh2 satmışlar. Bunun üçün hamısı Cavabdeh2 etibarnamə vermişlər. Cavabdeh2 həmin torpaq sahəsinə görə ona pul vermiş, o puldan bacılarına və anasına da vermişdir. Lakin Cavabdeh2 nə qədər pul aldığı, iddiaçılara nə qədər verdiyi yadında deyil. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
8. Üçüncü şəxslər Şəmkir rayon 1 saylı Notariat Ofisi, Gədəbəy Rayon Notariat Ofisi, Bakı şəhəri 38 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası MPM-nin : - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları təhqiq edərək, hesab edir ki, iddia tələbləri təmin edilməlidir.
11. Belə ki, işdə olan ; -Reystrdə 7E-3020 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı1, Cavabdeh3 və İddiaçı2 Gədəbəy rayon notariat ofisində Cavabdeh2 etibarnamə vermişlər. Etibarnamə üzrə verilən səlahiyyətlər aşağıdakılardan ibarət olmuşdur: “Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənə məxsus olan bütün əmlakları idarə etməyi və onların üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq özəlləşdirmək, icarəyə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işlərini aparmağı, vərəsəliyi qəbul etməyi, vərəsəlik işləri ilə ərizə verməyi vərəsəlikdən imtina etməyi, vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, mənə məxsus olan fərdi yaşayış evimə və ya mənzilimə istənilən şəxsləri qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, və bu tapşırıqların yerinə yetirilməsi üçün məni Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, Vergilər Naziriliyində, Təhsil Naziriliyində, Xarici İşlər Nazirliyində, Daxili İşlər Nazirliyində, Bələdiyyə orqanlarında, MİS orqanlarında, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində, DİN DYPİ RQİŞ-də, VVAQ şöbələrində, Asan Xidmət Mərkəzlərində, notariat ofislərində,vergi orqanlarında, Sosial Müdafiə fondunda, telefon qovşaqlarında, kooperativ və ictimai təşkilatlarda, banklarda, dövlət idarələrində, təşkilatlarında, orqanlarında və qeyri dövlət qurumlarında, istənilən bankda adıma olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğləri almağı, qoymağı həmçinin depozitin (əmanətin) almağı, adımdan hesab açmağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olan PİN kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adımdan depozit (əmanət) məbləği yatırmağı,əmanətin müddəti bitdikdə onu yeni müddətə yerlələşdirməyi, mənə aid olan bütün hesablardan çıxarları və hesablar haqqında arayışları tələb etməyi və almağı mənə aid olan istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri, həmçinin dövlət reyestrindən çıxarışı, texniki passportu,əmlakın yüklü olub olmaması haqqında arayışı (forma1) ,forma 2 və digər sənədləri almağı, toplamağı,təhvil verməyi, mənim adımdan sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri, ödəməyi,adımdan razılıq ərizəsi yazmağı, mənə çatası pulları almağı, adımdan ərizə ilə müraciət etməyi,imza etməyi və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar edirəm. Bu etibarnamə “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir”. -Reystrdə 7E-1419 nömrəsi ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, surətindən görünür ki, İddiaçı4 Bakı şəhəri 38 saylı notariat ofisində Cavabdeh2 etibarnamə vermişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər aşağıdakılardan ibarət olmuşdur: “həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti,keçmiş əmanət kassasında olan pul vəsaitini, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi,bankda hesab açmağı, hesablara mədaxil və məxaric etməyi, hesabları bağlamağı, hesaba gələn pul vəsaitini almağı, hesabdan pul köçürmələri etməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm”. - **********34 reyestr nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha torpaq sahəsinin 0.04481666 ha hissəsi Cavabdeh3, 0.12856666 ha hissəsi İddiaçı3nən, 0.12856666 ha hissəsi İddiaçı4, 0.12856666 ha hissəsi İddiaçı2, 0.12856666 ha hissəsi İddiaçı1nən, 0.12856666 ha hissəsi X2 adına paylı mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Şəmkir Rayon 1 saylı Notariat Ofisində bağlanmış, Reyestrdə 3M-1657 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha torpaq sahəsi Cavabdeh1 4000 manata satılmış, satıcılar İddiaçı1, Cavabdeh3, İddiaçı2, İddiaçı3 və İddiaçı4 olmuş, satıcıların əvəzinə Cavabdeh2 çıxış etmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. -Dövlət rüsumu haqqında qəbzdən görünür ki, iddiaçılar 100 manat dövlət rüsumu ödəmişlər.
12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. - 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. - 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. - 339.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 25 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
16. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
17. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Gədəbəy rayonu Qoşabulaq kəndində X2, Cavabdeh3, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 0.6039 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.04481666 ha hissəsi Cavabdeh3, 0.12856666 ha hissəsi İddiaçı3nən, 0.12856666 ha hissəsi İddiaçı4, 0.12856666 ha hissəsi İddiaçı2, 0.12856666 ha hissəsi İddiaçı1nən, 0.12856666 ha hissəsi X2 adına paylı mülkiyyət hüququ ilə qeydə alınmışdır. X2 ölümündən sonra onun payı oğlu Cavabdeh3 keçmişdir. İddiaçılar, eləcə də cavabdeh X4 həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün sənədləşmə işlərini Cavabdeh2 etibar etmişlər. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə İddiaçı1, Cavabdeh3 və İddiaçı2 Gədəbəy Rayon Notariat Ofisində, xx.xx.2022-ci il tarixdə İddiaçı4 Bakı şəhəri 38 saylı Notariat Ofisində Cavabdeh2 etibarnamə vermişdir. Lakin iddiaçılar həmin etibarnamələrdə etibar edilən səlahiyyətlər sırasında olan “...onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı...” kimi səlahiyyətəri etibar etmələrini bilmədiklərini, sözügedən torpaq sahəsindən onlara düşən payları özgəninkiləşdirmək, o cümlədən, satmaq niyətləri olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların əvəzindən Cavabdeh2 ilə Cavabdeh1 arasında Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha torpaq sahəsinin alqı-satqısında dair bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə iddiaçıların aldadılması yolu ilə bağlanmışdır. Bu hal həm də onunla sübuta yetirilmişdir ki, sözügedən torpaq sahəsinin alınması üçün Cavabdeh2 və Cavabdeh1 iddiaçılara, eləcə də onların qardaşı olan cavabdeh X3 hər hasnı məbləğdə pul verdiklərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişlər. Cavabdeh X4 da digər cavabdehlərdən nə qədər pul aldığını, paylarına münasib olaraq həmin puldan iddiaçılara verdiyini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsini 2021-ci ildən aldqlarını bildirsələr də, bunu təsdqi edən heç bir mötəbər sübut təqdim etmədilər. Hal-hazırda da mübahisəli torpaq sahəsi iddiaçıların faktiki sahibliyində və istifadəsindədir. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Gədəbəy Rayon Notariat Ofisində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-3020 reyestrli nömrəli etibarnamə və İddiaçı4 tərəfindən Bakı şəhəri 38 saylı Notariat Ofisində Cavabdeh2 xx.xx.2022-ci il tarixdə verilmiş 7E-1419 reyestrli nömrəli etibarnamə etibarsız hesab edilməli, mübahisəli torpaq sahəsinin iddiaçıların əvəzindən satıcı qismində çıxış edən Cavabdeh2 ilə alıcı qismində çıxış edən Cavabdeh1 arasında 0.6039 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə iddiaçıların aldadılması yolu ilə bağlandığından etibarsız hesab edilməlidir. Həmçinin, alqı-satıq müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat da ləğv edilməlidir. Yəni, belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Gədəbəy Rayon Notariat Ofisində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-3020 reyestrli nömrəli etibarnamə və İddiaçı4 tərəfindən Bakı şəhəri 38 saylı Notariat Ofisində Cavabdeh2 xx.xx.2022-ci il tarixdə verilmiş 7E-1419 reyestrli nömrəli etibarnamə etibarsız hesab edilməli, həmin etibarnamələr əsasında Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notariusunda satıcı qismində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əvəzinə çıxış etmiş Cavabdeh2 ilə alıcı qismində çıxış etmiş Cavabdeh1 arasında bağlanmış, reyestrdə 3M-1657 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli müqavilə etibarsız hesab edilməli, həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 manat dövlət rüsumu alınaraq, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilməlidir.
V. Nəticə:
19. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
İddia tələbləri təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Gədəbəy Rayon Notariat Ofisində Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-3020 reyestrli nömrəli etibarnamə və İddiaçı4 tərəfindən Bakı şəhəri 38 saylı Notariat Ofisində Cavabdeh2 xx.xx.2022-ci il tarixdə verilmiş 7E-1419 reyestrli nömrəli etibarnamə etibarsız hesab edilsin, həmin etibarnamələr əsasında Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notariusunda satıcı qismində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əvəzinə çıxış etmiş Cavabdeh2 ilə alıcı qismində çıxış etmiş Cavabdeh1 arasında bağlanmış, reyestrdə 3M-1657 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli müqavilə etibarsız hesab edilsin, həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli qeydiyyat ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 manat dövlət rüsumu alınaraq, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Fizuli Mirzəquliyev