Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1217/2023 21.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, iddiaçının vəkili X8 (orderi yoxdur) və Cavabdeh Hüsynqulu qızının iştirakları ilə, İddiaçı Cavabdeh Hüsynqulu qızına qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olması hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun arvadıdır. İddiaçı xx.xx.1963-cü ildə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə A № 087923 seriyalı “Torpaq sahəsinin plan və ölçüsünə” dair kadastır əsasında İddiaçıa və ailə üzvlərinə ümumilikdə 999.24 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı həmin sənəd əsasında mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bununla əlaqədar sənədləri toplayıb DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edən zaman məlum olmuşdur ki, “Torpaq sahəsinin plan və ölçü” sənədində onun ata adı “Hüseynqulu” kimi yazılmışdır. Lakin onun ata adı bütün sənədlərdə “Əhməd” kimi qeyd edilmişdir. Bu isə iddiaçıya həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ona imtina verilərək bildirilmişdir ki, “Torpaq sahəsinin plan və ölçü” sənədində soyadın düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan “Torpaq sahəsinin plan ölçü” sənədinin “İddiaçı Hüseyinqulu qızı”na yox, “İddiaçı” qızına məxsus olması faktnın müəyyən edilməsini istəyir. Bu məqsədlə iddiaçı Gədəbəy Rayon Məhkəməsinə MPM-nin 307.1-ci maddəsinə uyğun olaraq xüssusi icraat qaydasında ərizə ilə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə 2(042)-753/22 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Lakin DƏDRX-ninl 11 saylı ərazi idarəsinə sənədlərini toplayaraq müraciət edən zaman cavabdeh İddiaçı Hüseyinqulu qızı tərəfindən DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə etiraz ərizəsi verilmiş və həmin ərizə əsasında iddiaçıya sözügedən torpaq sahəsinə dair çıxarışın verilməsi mümkün olmamışdır. Eləcə də Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə 2(042)-753/22 saylı qətnaməsindən maraqlarına toxunmuş İddiaçı Hüseyinqulu qızı apellyasiya şikayəti vermiş, həmin mülki işə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə baxılaraq mülki işə xitam verilməklə baxılmamış saxlanılmışdır. İddiaçıya izah olunmuşdur ki, ümumi iddia icraatı qaydasında yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. O da məcburiyyət qarşısında qalaraq yenidən məhkəməyə müraciyət etmək qərarına gəlmişdir. Əlavə olaaq bildirir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə həm İddiaçı, həm də cavabdeh İddiaçı Hüseyinqulu qızına Gədəbəy rayon Yenikənd massivində yerləşən “Milisyeri” adlanan sahədən eyni ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Lakin texniki səhv olaraq İddiaçı ata adı düzgün qeyd edilməmişdir. Həmin torpaq sahəsinin plan və ölçü sənədində düzəliş edilmiş və möhürlə təsdiq edilmişdir. Lakin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının subyekt siyahısında İddiaçı adı cavabdehin adı ilə eyni olduğu üçün səhvən eyni plan ölçü sənədi verilmişdir ki, bu da onun qnunla qorunan hüquqlarının pozulması deməkdir. Cavabdeh İddiaçı Hüseyinqulu qızı özünə məxsus olan torpaq sahəsini həmkəndlisi X10 xx.xx.2019-cu il tarixli 4Ə-240 reystr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,5 ha hissəsini satmışdır. Bu brədə DƏDRX-nin 11 saylı ərazi idarəsi tərfmdən verilmiş xx.xx.2023-cü il tarixli məktubu iddia ərizəsinə əlavə etmişdir. Sözügedən torpaq sahəsi isə 1995-ci il tarixdən onun istifadəsində olmaqla o istifadə edir. İddiaçı vəkili X13 məhkəmə iclasında iddiaçının nümayəndəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh İddiaçı Hüseynqulu qızı məhkəmə iclasında ona qarşı olan idida tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, sözügedən torpaq sahəsi ona məxsusdur. İddiaçının sənədləri saxtadır. Onun satdığı torpaq sahəsi özəl pay torpağı olmuşdur. İddiaçının ona məxsus olmasını iddia etdiyi sənəd əslində ona məxsusdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. X6 məhkəm iclasında ifadə verərək bildirdi ki, o, iddiaçını və cavabdehi tanıyır, hər ikisi onun həmkəndlisidir. O, mübahisəli torpaq sahəsinin sahibi kimi İddiaçı bilir. 1995-ci ildən həmin torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. X3 məhkəmə iclasında X6nun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, onun ata adı qrafasında Əhməd qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 999.24 kv.m həyətyanı torpaq sahəsinin ayrıldığı şəxsin soyadı, adı və ata adı “X2” kimi qeyd edilmiş, həmin soyad, ad və ata adının üst hissəsindən əlyazma ilə İddiaçı qeyd edilmiş və möhürlə təsdiq edilmişdir. İşdə olan “Torpaqdan istifadə hüququna dair Akt”ın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 saylı ümumi iclasının Gədəbəy rayon XDS-nin 03 may 1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin 23 may 1995-ci il tarixli 17-9/361 saylı rəyinə əasən Cavabdeh Əhməd qızına fərdi yaşayış evi tikmək məqsədilə 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh Əhməd qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayon XDS-nin xx.xx.1995-ci il tarixli 65 nömrəli qərarı ilə Cavabdeh Əhməd qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2009-cu il tarixli A 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə mülkiyyətçi kimi X2 göstərilmiş və sonradan müvafiq düzəliş edilərək Cavabdeh Əhməd qızı yazılmış və düzəliş möhürlə təsdiq olunmuşdur. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 92 nömrəli məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon X18 Rəyasət Heyətinin 03 may 1995-ci il tarixli, 65 nömrəli və Gədəbəy rayon “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 nömrəli protokolunun qərarə ilə Cavabdeh Əhməd qızının adına 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 3533.73 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvlərinin adlarına seriya A, 087774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 999.24 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə X1 adına seriya A, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy şəhərində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı Hüseynqulu qızının adına tam mülkiyyət hüququ ilə 30 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Azərbaycan Respublikasının Milli Arxiv idarəsi, Gədəbəy rayon Dövlət Arxivinin 06 oktyabr 2017-ci il tarixli, 779 nömrəli arayışı və Gədəbəy şəhərinin kompleks yerquruluşu layihəsindən çıxarış (sənədi Gədəbəy rayon baş memarı və Gədəbəy bələdiyyəsinin sədri möhür və imza ilə təsdiq ediblər). Qeyd edilən torpaq sahəsi Gədəbəy rayon notariat ofisinin 07 avqust 2019-cu il tarixli, 4Ə- 240 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X9 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə 29 avqust 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2052/2023 saylı qərardadından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh Əhməd qızının hüquq müəyyənedici sənəd olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmış, ərizəçi Cavabdeh Əhməd qızına ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, şahid ifadələri və işdəki sübutlarla müəyyən olundu ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Gədəbəy rayon “Qumlu” sovxozunun əmək kollektivi şurasının 12 aprel 1995-ci il tarixli, 2 saylı ümumi iclasının Gədəbəy rayon XDS-nin 03 may 1995-ci il tarixli, 65 saylı qərarlarına və Respublika Dövlət Torpaq Komitəsinin 23 may 1995-ci il tarixli 17-9/361 saylı rəyinə əasən Cavabdeh Əhməd qızına fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahəsinə dair Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 saylı qərarına əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli A 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mülkiyyətçi kimi X2 göstərilmiş və sonradan müvafiq düzəliş edilərək Cavabdeh Əhməd qızı yazılmış və düzəliş möhürlə təsdiq olunmuşdur. Eyni zamanda Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən 3533.73 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvlərinin adlarına seriya A, 087774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Göründüyü kimi, Gədəbəy rayonu, Yenikənd kəndində Cavabdeh və ailə üzvlərinin adlarına tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin nömrəsi 087774, həyətyanı torpaq sahəsinin ölçüsü isə 3533.73 kv.m olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının eyni tarixli qərarı ilə Cavabdeh Əhməd qızının və onun ailə üzvlərinin adlarına tərtib olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin nömrəsi 087923, həyətyanı torpaq sahəsinin ölçüsü isə 999.24 kv.m olmuşdur. Göründüyü kimi, 999.24 kv.m həyətyanı torpaq sahəsinə dair tərtib edilimş, iddiaçıya məxsusluğu iddia edilən A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cavabdehə heç bir aidiyyəti müəyyən edilmir. Həmçinin məhkəmə iclasında şahid ifadələri ilə də müəyyən edildi ki, sözügedən 999.24 kv.m torpaq sahasi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Məhkəmə cavabdehin 999.24 kv.m həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ona məxsus olması barədə bildirdiklərini heç bir sübutla əsaslandırlmamış şəxsi mülahizəsi hesab edir və qeyd edir ki, cavabdehin bu mülahizəsi iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə tam təkzib olunur. Belə olan halda məhkəmə hesab edir ki, həmin torpaq sahasinə dair tərtib edilmiş A seriyalı, 087923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi İddiaçı məxsusdur. Həmin sənəddə mülkiyyətçi kimi qeyd edilmiş “X2” adında “Bayraməliyev” və “Hüseynqulu oğlu” yazılışları texniki səhv olaraq qəbul edilməli və həmin hüquq müəyyənedici sənədin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X2” yazılan hissədə İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş A № 087923 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X2” yazılan hissədə İddiaçı məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1217/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1217/2023
21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver