Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1218/2024 19.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC tərəfindən abonent kodu **********7 olan, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən “X8 Mərkəzi” obyektində quraşdırılmış elektrik sayğacına görə tərtib olunmuş 058308 nömrəli akt əsasında yazılmış 4861 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində “X8 Mərkəzi” adlı obyekti var. Həmin obyektə işıq sayğacı mövcuddur. X2 satış üzrə rəisi Mansırlı Vüqar və yanında tanımadığı 4 nəfər şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə onun mülkiyyətində olan “X8 mərkəzi”nə gələrək obyektə fəaliyyət göstərən **********7 qeyri-əhali kodu altında fəaliyyət göstərən 05170650 nömrəli ekektirik sayğacına baxış keçirmişlər. O, etiraz etməmiş və V.Mansırlı video çəkliş apararaq elektirik sayğacına kənardan əlavə xətt daxil olduğunu ona bildirmiş və bu barədə akt tərtib olunacağını ona bildirmişdir. V.Mansırlının tərtib edəcəyi aktı yerində yazaraq bir nüsxəsini ona verməli olduğu halda verməmiş, ona yaxınlaşıb X1 götürə biləcəyini bildirmişdir. O, V.Mansırlıya iradını bildirmişdir. Belə ki, video çəklişə başlayanda ayın tarixi və yeri qeyd olunmalıdır. Video çəkliş zamanı elektirik sayğacına baxış keçrən şəxslərin hər birinin adları və soyadları və tutduqları vəzifələri qeyd olunmalıdır. Kənar xətt aşkar olnubsa həmin kənar xəttə ampermaşa taxılmalı, axan yük uca səslə deyilməli və neçə amper yükün axdığı video kadra aydın şəkildə düşməlidir. Tərtib olunacaq akt abonentin iştirakı yerində tərtib olunmalı, abonentin akta imza atmalı və yaxud imza atmadığı təqdirdə abonent imza atmaqdan imtinası qeyd edilməklə imzalanmalı və tərtib olunmuş aktın bir sürəti abonentə təqdim olunmalı və yaxud rəsmi qaydada göndərilməlidir. Lakin satış rəisi V.Mansırlı isə onun haqlı iradlarına məhəl qoymadan yanındakı şəxslərlə çıxıb getdilər. xx.xx.2024-cü il tarixdə ərazidə xidmət aparan mantyorlar Faiq və Məzahir adlı əməkdaşlar gəlib obyektin işığının kəsilməsini, onlara rəhbərlik tərəfindən tapşırıq verildiyini bildirmiş və obyekə gələn işıq xəttini işıq dirəyindən kəsmişlər. O, X4 satış rəisi Vüqar Mansırlının iş otağına gəlmiş və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt ona təqdim edilmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixdə 058308 nömrəli tərtib olunmuş aktda bir sıra kobud qüsurlar olması tərəfindən aşkar olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixində tərtib olunan akta, xx.xx.2024-cü il tarixində 4861 manat hesabat verilərək cərimə məbləği koda yerləşdirilməsinə baxmayaraq, həmin aktın üzərində X2 rəisinin vəzifəsini müvəqqəti icra edən Məhəmməd Qurbanovun adı və soyadı yoxdur və onun imzası ilə təstiqlənməmiş, abonentlə müqavilə bağlanmamışdır. Sayğacın məlumatlarının qeyd olunduğu bölmədə sayğacın dövlət möhrü və alt qapaq möhrü bölməsində “var” sözü yazılmışdır. Hansı ki, sayğacın dövlət və alt qapaq möhürləri var və akt yerində tərtib olunduğu halda həmin möhürlərin nömrələri akta yazılmalı idi. Amma akta “var” sözü yazılmışdır ki, bu da həmin aktın yerində tərtib olunmamasının əyani sübutudur. Elektirik sayğacına baxış keçrilən zamanı tərtib edilmiş akta elektirik xəttindən axan yükün ampermaşa vasitəsi ilə ölçülməsi və neçə amper yük axması barədə heç bir məlumat qeyd ounmamışdır. Tərtib olunmuş aktda qeyd olunmuşdur ki, “sayğacın beyni oxunsun”, lakin sayğac yerindədir və beynin oxunması üçün heç bir tədbir görülməyib, lakin məlum cərimə hesablanaraq sistemə yerləşdirilmişdir. Tələb bölməsində qeyd olunur ki, “sayğac sərhəd nöqtəsinə quraşdırılsın və labaratorya şəraitində açılıb yoxlanılaraq rəy verilsin”. Ancaq sayğac açılıb sərhəd nöqtəsində quraşdırılmamış, sayğac lobaratoriya şəraitində açılıb yoxlanılmayıb rəy verilməmişdir. Lakin V.Mansırlı tərəfindən qərəzli 4861 manat hesabat verilərək cərimə yazılmışdır. Bu isə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Eyni zamanda onun barəsində 058308 nömrəli saxta akt tərtib edərək bazaya daxil edilmiş və qanunsuz hesabat verilərək onun barəsində 4861 manat cərimə hesablanmışdır. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, “X8 Mərkəzi” adlı obyekt ona məxsusdur. Həmin obyekti başqa bir şəxsə icarəyə vermişdir. Həmin şəxs vəfat etmişdir. Sayğaca kim tərəfindən müdaxilə edilməsindən məlumatı olmamışdır. Onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Onun heç bir təqsiri yoxdur. Maddi imkanı aşağıdır. Hesablanmış həmin cəriməni ödəməyə imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən obyektdə olan elektirik sayğacına baxış keçirilmiş və elektrik sayğacına müdaxilə və kənar xəttdən istifadə aşkar edilmişdir. Bununla bağlı video çəkiliş aparılmış və akt tərtib edilmişdir. Hesablama aparılmış və 4862 manat məbləğində borc müəyyən edilmişdir. İddiaçı elektrik sayğacından müdaxilə olmaqla kənar xətt olmasını təkzib etmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 912.3 kv.m əmlak kompleksi kimi müəssisə İddiaçı adına xx.xx.2017-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 058308 №-li nömrəli aktdan görünür ki, həmin tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində olan istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın giriş xəttini zədələyərək xəttdə birbaşa uzaqdan idarə etmə pultu quraşdırıb sayğacın dövriyyədən kənarlaşdırılması aşkar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, **********21123 saylı abonent İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın giriş xəttini zədələyərək xəttdə birbaşa uzaqdan idarə etmə pultu quraşdırıb sayğacın dövriyyədən kənarlaşdırılması aşkar edilmişdir. W=(49272-39100):84 gün x 365 gün = 44200 kvt.s x 0.11 manat. Cəmi 4862 manat borc hesablanmışdır. İşdə olan CD diskən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus qeyri-yaşayış obyektinin elektirik sayğacına baxış keçirilmiş və elektirik sayğacının giriş xəttinin zədələnərək əlavə xətt quraşdırılması bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Əliyeva X5 rayonu, Novosaratovka kəndində yerləşən əmlak kompleksi müəssisəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına qeydə alınmış elektrik sayğacından istifadə edir. Azərişıq ASC-nin əməkdaşları abonent İddiaçı məxsus əmlak kompleksi müəssisəsinə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən sayğacın giriş xətti zədələnərək xəttdə birbaşa uzaqdan idarə etmə pultu quraşdırıb sayğacın dövriyyədən kənarlaşdırılması aşkar edilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli, 058308 №-li akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli, 058308 №-li akt əsasında "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyası tərəfindən iddiaçıya cəmi 4862 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 8.16-ci maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 9.4-cu maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Məhkəmə qeyd edir ki, istehlakçından elektirik sayğacına müdaxiləsi nəticəsində ondan hesablanmış borcun tutulması üçün ilk növbədə istehlakçının elektirik sayğacına müdaxil etməsi ilə bağlı təqsirinin olub-olmaması müvafiq icra hakimiyyət orqanın və ya məhkəməsinin qərarı ilə təsdiq edilməlidir. Hazırki iş üzrə istehlakçının elektirik sayğacına müdaxil etməsi ilə bağlı təqsirinin olması barədə hər hansı qərar mövcud deyildir. Eləcə də, iddiaçı sayğaca onun tərəfindən hər hansı müdaxilə edilmədiyini, əmlakı icrayə verdiyini, kimin tərəfindən sayğaca müdaxilə edilməsindən xəbəri olmadığını bildirmişdir. Odur ki, istehlakçının – iddiaçının elektirik sayğacına müdaxilə etməsi faktı təsdiqini tapmadığından buna görə ondan hesablanmış borcun tutulması qanuni deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi 5 ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" ASC tərəfindən 10 yanvar 2024-cü il tarixli, 058308 saylı akt üzrə İddiaçı hesablanmış 4861 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 yanvar 2024-cü il tarixli, 058308 saylı akt üzrə İddiaçı hesablanmış 4861 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1218/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1218/2024
19.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver