Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1265/2022 07.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cərimənin geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cərimənin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin icraata götürülməsi məsələsinə baxarkən müəyyən edilmişdir ki, cərimənin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətində olduğu üçün Gədəbəy Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, İddiaçı cərimənin geri qaytarılması tələbinə baxılması Gədəbəy Rayon Məhkəməsinin yox, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cərimənin geri qaytarılması tələblərinə dair iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarısın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1265/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1265/2022
07.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver