Məhkəmə qərarları › İş №2(042)-133/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-133/2022

18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-133/2022 18.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05.04.2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-092A KOD 50525018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “Ərizəçi Dilşad qızı” yazılan hissədə - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ərizəçi xx.xx.1951-ci ildə Tovuz rayonu, Samanlıq kəndində anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Samanlıq kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05.04.2000-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-092A KOD 50525018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mərhum X1nın adına olmaqla ərizəçiyə və anasına ümumilikdə 0.45 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 02.09.2014-cü ildə vəfat etmişdir. Ərizəçi hal-hazırda həmin şəhadətnamə əsasında onlara verilmiş torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bununla əlaqədar sənədlərini toplayıb DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edən zaman məlum olmuşdur ki, həmin şəhadətnamədə ərizəçinin soyadı Sadıqova əvəzinə səhvən “Sadiqova” kimi, ata adı isə Hüseyn əvəzinə səhvən “Dilşad” kimi yazılmışdır. Buna baxmayaraq ərizəçinin şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində soyadı Sadıqova, ata adı isə Hüseyn qeyd edilmişdir. Ərizəçinin həmin sənəddə göstərilən soyadı (Sadiqova) və ata adı (Dilşad) şəxsiyyətini təsdiq edən sənəddəki soyadı (Sadıqova) və ata adı (Hüseyn) ilə düz gəlmir (üst-üstə düşmür). Bu isə ərizəçinin həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ərizəçiyə imtina verilərək bildirildi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılmış soyadı və ata adına düzəliş edilməsi İdarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin “X9" yazılan hissədə ərizəçiyə məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Tovuz rayonu, Samanlıq kəndində doğulmuş, onun soyadı qrafasında Sadıqova, ata adı qrafasında Hüseyn kimi qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Tovuz rayonu, Samanlıq kəndində anadan olmuşdur. Atası qrafasında X11, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02.09.2014-cü il tarixdə Gədəbəy rayonu, Samanlıq kəndində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi və ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Samanlıq kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-092A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılmış soyada və ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 aprel 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-092A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X3 və X6 0.45 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsininin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1951-ci tarixdə Tovuz rayonu, Samanlıq kəndində doğulmuşdur. X3 və X6 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 aprel 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-092A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.45 ha torpaq sahəsi verilmişdir. Həmin JN-092A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı “Sadiqova”, ata adı “Dilşad” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində soyadı “Sadıqova” kimi, ata adı isə “Hüseyn” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnaməndəki “X9” adında “Sadiqova” və “Dilşad” yazılışlarının texniki səhv olması müəyyən edilərək həmin şəhadətnamədə düzəliş aparılmalı və müvafiq olaraq “Sadıqova” və “Hüseyn” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi şəhadətnamədə olan “X9” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 aprel 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-092A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X9” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 aprel 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-092A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X9” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar