Məhkəmə qərarları › İş №2(042)-1335/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1335/2025

24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1335/2025 24.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Həmin ərizə ilə Ərizəçi Məhkəmədən belə məzmunda xahiş etmişdir: “Hüquq müəyyənedici sənəd olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli, 03 nömrəli qərarı əsasında keçmiş DT və XK tərəfindən tərtib edilmiş A № 274717 saylı "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin "X1” yazılan hissədə mən - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarasınız”. Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 308-ci maddəsinə görə Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, ərizəçi ərizəsində göstərmişdir ki, hüquq müəyyənedici sənəddə olan səhvlərin məhkəmədən kənar həll edə bilməmişdir. İş materiallarından görünür ki, ərizəçi ilk növbədə hüquq müəyyənedici sənəddə olan texniki səhvliyin düzəldilməsi məqsədi ilə müvafiq orqana müraciət etməli olduğu halda bunu etməmişdir. Odur ki, ərizəçi mübahisənin məhkəmədən kənar qaydada həllinin mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, MPM-nin 308-ci maddəsinin “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin” müddəasına əsasən məsələyə yanaşdıqda məlum olur ki, məhkəmədən kənar qaydada hüquq müəyyənedici sənəddə olan texniki səhvliyin aradan qaldırılması üçün təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən Məhkəmə hesab edir ki, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə, MPM-in 152.1.6-cı maddəsinə əsasən qərara aldı: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar