Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1348/2024 26.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hаkim Mirzəquliyеv Fizuli Bаlаğа оğlunun sədrliyi, məhkəmə iclаs kаtibi X24 kаtibliyi, ərizəçi X5 iştirаkı ilə ərizəçi X5 maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: Ərizəçi X12 maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 06 noyabr 2008-ci il tarixli 18N-li orderin mərhum X2na və ona məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi X12 ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Kommunal Müəssələr Kombinatının balansında olan Gədəbəy şəhəri, M,Quliyev küçəsində yerləşən 18 saylı binanın 2-ci bloku, 2-ci mərtəbəsində 9 saylı mənzildə ilkin olaraq, atası X4 ikiotaqlı mənzil verilmişdir. X20 28 yanvar 1992-ci il tarixdə vəfat etmişdir. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 18 saylı orderi ilə Gədəbəy şəhəri, M.Quliyev küçəsində yerləşən 18 saylı binanın 2-ci bloku 2-ci mərtəbəsində olan 9 saylı mənzilə dair ona və mərhum X2na order verilmişdir. Atasının vəfatından sonra həmin evdə X2 ilə birlikdə yaşamişlar. X2 17 yanvar 2023-cü il tarixdə vəfat etmişdir.Anasının vəfatından sonra həmin evi öz adıma rəsimləşdirmək məqsədi ilə Gədəbəy Rayon İcra hakimiyyəti Başçısına müraciət etmişdir. Müraciəti əsasında sənədlər araşdırlan zaman məlum olmuşdur ki, anası və ona verilmiş Orderdə onların soyadları Allahverdiyev deyil, Abdullayev kimi qeyd edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə gəlməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsaəsn işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadə verərək, bildfirmişdir ki, ərizəçi qonşusudur. Onu uzun müdətdir ki, tanıyır. Mənzil ərizəçinin atasına verilmişdir. Atası vəfat etdikdən sonra da ərizəçi anası Elfirida ilə birlikdə həmin mənzildə yaşamışdır.Ərizəçinin anası 2023-cü ildə vəfat etmişdir. Ərizəçi, atası və anasının soyadları Allahverdiyev olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X29 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 18N-li orderin surətindən görünür ki, X14 və X13 Gədəbəy şəhəri, M.Quliyev küçəsi, 18 saylı binanın 2-ci bloku,2-ci mərtəbəsində 9 saylı mənzilə dair verilmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy şəhəri, M.Quliyev küçəsi, ev 18, mənzil 9-da qeydiyyatdadır. İşdə olan X18 surətindən görünür ki, X6 xx.xx.2023-cu il tarixdə ölmüşdür. İşdə olan X19 surətindən görünür ki,X11 xx.xx.1975 ci ildə doğulmuşdur,onun ata qrafasında X9 ana qrafasında X6 qeyd eilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kii istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bеləliklə, məhkəmə araşdırması ilə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 06 noyabr 2008-ci il tarixli 18 saylı X1 və X7 məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin vərəsəlik və mülkiyyət hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçinin həmin faktları təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-220, 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, q ə t e t d i : Ərizə təmin еdilsin. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 06 noyabr 2008-ci il tarixli 18 saylı X1 və X7 məxsus olması faktı müəyyən еdilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə apеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-1348/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1348/2024
26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver