Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-139/2022 02.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi X1 iştirakı ilə, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.09.1998-ci il tarixli, 33 saylı qərarı əsasında verilmiş JN-0031 KOD 50517038 saylı Torpağa Mülkiyyət Hüququna Dair “Dövlət Aktının” onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi və X4 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.09.1998-ci il tarixli, 33 saylı qərarı əsasında verilmiş JN-0031 KOD 50517038 saylı Torpağa Mülkiyyət Hüququna Dair “Dövlət Aktına” əsasən ərizəçilərə və digər ailə üzvlərinə 2.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə ərizəçilərin adları Türkan və Aygül kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sənədinə Çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin onlara imtina məktubu verilmiş, məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddələrini rəhbər tutаrаq, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan JN-0031 KOD 50517038 saylı Torpağa Mülkiyyət Hüququna Dair “Dövlət Aktının” surətindən görünür ki, X3 və X5 və digər ailə üzvlərinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.09.1998-ci il tarixli, 33 saylı qərarına əsasən 2.17 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Gədəbəy rayonunun Dördlər kəndində yaşayır. İşdə olan X6 görünür ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonunda doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur və Gədəbəy rayonunun Dördlər kəndində yaşayır. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi2 xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.09.1998-ci il tarixli, 33 saylı qərarı əsasında verilmiş JN-0031 KOD 50517038 saylı Torpağa Mülkiyyət Hüququna Dair “Dövlət Aktının” digər ailə üzvləri ilə birlikdə Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçilərin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçilərin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.09.1998-ci il tarixli, 33 saylı qərarı əsasında verilmiş JN-0031 KOD 50517038 saylı Torpağa Mülkiyyət Hüququna Dair “Dövlət Aktının” digər ailə üzvləri ilə birlikdə Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-139/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-139/2022
02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver