Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1425/2025 27.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, sənədin şəxsə məxsus olması faktı) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi,məhkəmə iclas katibi X6 qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı əsasında verilmiş A N 274717 saylı X3 və Ölçüsü sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
2. Ərizə onunla əsaslandırılmışdır ki,xx.xx.1954-cü ildə doğulmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı ilə ona 699.29 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu barədə A N 274717 saylı X3 və Ölçüsü sənədi tərtib edilmişdir. O, mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyesterində tanıdan zaman müəyyən edilmişdir ki, sənəddə soyadı səhvən “Kazımov” kimi yazılmışdır. Əslində soyadı Əsgərovdur. Bu onun hüquqlarının həyata keçirilməsinə mane olur. Buna görə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsindən ona çıxarış verilməsindən imtina edilmiş və soyadın düzəldilməsinin həmin orqanın səlahiyyətlərində olmaması bildirilmişdir. Buna görə o, X5 və Ölçü sənədinin ona məxsus olması faktının müəyyən edilməsini istəyir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası MPM-nin : - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə ərzəçini dinləyərək işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir.
7. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 və X2 ifadə verərək, sənədin həqiqətən Ərizəçi məxsus olması faktını təsdiq etmişlər. İşdə olan Doğum Haqqında olan Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1954-cü ildə Gədəbəy şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli 3-21-3-40/2- 3566/2025 saylı məktubdan görünür ki, sənədlərdə olan uyğunsuzluqla bağlı ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır . Məhkəmənin mövqeyi:
9. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı əsasında verilmiş A N 274717 saylı X3 və Ölçüsü sənədi Ərizəçi məxsusdur. Ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından, ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Nəticə:
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 nömrəli qərarı əsasında verilmiş A№ 274717 saylı X3 və Ölçüsü sənədinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Fizuli Mirzəquliyev