Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-148/2024 06.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X3 miras qalmış, Gədəbəy rayonu, Alnabat (Əli İsmayıl) kəndində yerləşən, 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri və 126 kv.m fərdi yaşayış evinin 13/14 hissəsindən ibarət miras əmlakın qanun üzrə vərəsə olaraq onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun mərhum ərinin qardaşıdır. O X12 ilə 2014-cü ildə qeyri-rəsmi ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il doğum tarixli X13 və xx.xx.2017-ci il doğum tarixli X6 adına iki övladları olmuşdur. O, vaxtilə ərinin valideynlərinə məxsus olan, Gədəbəy rayonu Alnabat kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, həmin təsərrüfatı əri və o idarə etmişlər. Ərinin atası - X23 xx.xx.2010cu ildə, anası X19 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onlar öz əmlaklarını ərinə vəsiyyət etmişlər və bu barədə vəsiyyətnamə vermişlər. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə X17 Gədəbəy rayonu, Əli İsmayıllı (indiki Alnabat) kəndində ayrı-ayrılıqda olmaqla 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə X14 adına müvafiq olaraq A№ 161205 və A№ 161205 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Eləcə də həyətyanı torpaq sahəsində ümumi sahəsi 126 kv.m fərdi yaşayış evi tikilmişdir. X14 ölümündən sonra da həmin təsərrüfatı o və əri idarə etmişlər, miras əmlakı faktiki olaraq əri qəbul etmişdir. Cavabdeh 2021-ci ildə atası X9 qalmış mirasdan məcburi payın müəyyən edilməsi ilə bağlı Gədəbəy Rayon Məhkəməsində iddia qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-910/2021 saylı qətnaməsi ilə Cavabdeh Gədəbəy rayonu, Əlismayıllı kəndində yerləşən miras qoyan X9 miras qalmış 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahəsi və 126 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktı müəyyən müəyyən edilmiş və həmin əmlakdan 1/14 hissədə onun məcburi payı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə pryudisial əhəmiyyət daşığından həmin qətnamə ilə müəyyən edilimş hallar mübahisələndirilmir və sübuta yetirilmir. Həmin qətnamə ilə Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri və 126 kv.m fərdi yaşayış evi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi və 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri X9 qalmış miras kütləsinə daxil edilmiş və həmin miras əmlakın 13/14 hissəsinə X5 vəsiyyətnamə üzrə vərəsə olması nəzərə alınmışdır. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı (Cavabdeh) və cavabdeh (X12) hər ikisi mübahisəli təsərrüfatı eyni dərəcədə faktiki olaraq qəbul etmişlər. Belə olan halda hesab edir ki, Gədəbəy rayonu. Əli İsmayıllı kəndində 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri və 126 kv.m fərdi yaşayış evinin 13/14 hissəsindən ibarət olan, X12 tərəfindən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yəni, X12 həmin əmlakın 13/14 hissəsini sağlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlak onun mülkiyyəti olmuşdur. X12 xx.xx.2023-cü ildə ölmüşdür. Ərinin ölümündən sonra ondan qalmış mirası birinci növbə vərəsə kimi faktiki olaraq o qəbul etmişdir. O, ərindən miras qalmış həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmişdir. Lakin ərinin qardaşı Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi ona xx.xx.2023-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməsini izah etmişdir. Odur ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, məsələnin notarial qaydada həll edilməsinə etiraz etmir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmiş payada etiraz etmir. O, qardaşının birinci növbə vərəsəsi deyildir və həmin iş üzrə cavabdeh olmalı deyildir. İddiaçı qardaşının yoldaşıdır və onların iki övladı vardır. İddiaçı ilə aralarında teztez mübahisələr olur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ № 415553 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.2010-cu il tarixdə Gədəbəy rayonu, Əliismayıllı kəndində ölmüşdür. İşdə olan AZ-İİ № 081448 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonu, Alnabat kəndində ölmüşdür. İşdə olan nikha haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 nikhalarını xx.xx.2016-cı il tarixdə 3 saylı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlamışlar. Nikah bağlandıqdan sonra ərər Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə, X13 xx.xx.2015-ci il tarixdə doğulmuşlar. Ataları qrafasında X12, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İİ № 323453 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqqədi rayonunda ölmüşdür. İşdə olan X25 kitabında xx.xx.2009-cu il tarixdə 268 nömrə ilə uçota alınmış AN 161206 saylı torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə X17 Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 3576.58 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X25 kitabında xx.xx.2009-cu il tarixdə 267 nömrə ilə uçota alınmış AN 161205 saylı torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə X17 Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 860.12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir İşdə olan 07 iyul 2010-cu il tarixli, vəsiyyətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yaşayan X23 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yerləşən fərdi yaşayış evini, bütün əmlakını və həyətyanı torpaq sahəsini Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yaşayan oğlu X7 vəsiyyət etmişdir. İşdə olan 08 noyabr 2017-ci il tarixli, reyestrdə 2V-408 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Əli İsmayıllı kəndində yaşayan X19 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Əli İsmayıllı (Alnabat) kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və adına nə varsa hamısını Gədəbəy rayonu, Alnabat kəndində yaşayan oğlu X7 vəsiyyət etmişdir. İşdə olan Gədəbəy RİHB-nın Alnabat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gədəbəy rayon Notariat Ofisinə ünvanlanmış 07 noyabr 2023-cü il tarixli məktubdan göünür ki, Alnabat kənd sakini İddiaçı mərhum əri X15 xx.xx.2023-cü il tarixdə ölmüşdür və öldüyü günədək Gədəbəy rayonu, Alnabat kəndində yaşamışdır. Mərhumun ölümündən sonra təsərrüfatında aşağıda adları göstərilən ailə üzvləri qalmışdır: oğlu X13, qızı X6, arvadı İddiaçı, qardaşı Cavabdeh, qardaşı arvadı X8, qardaşı oğlu X27, qardaşı qızı X20, qardaşı nəvəsi X16, qardaşı nəvəsi X18. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-910/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Gədəbəy rayonu, Əlismayıllı kəndində yerləşən mirasqoyan X9 miras qalmış 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahəsi və 126 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən müəyyən edilməsi və həmin əmlakdan 1/14 hissədə onun məcburi payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 noyabr 2023-cü il tarixli, 1084 saylı məktubdan görünür ki, mirasın qəbulu ilə bağlı vərəsə Cavabdeh ilə aralarında mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, X12 ilə İddiaçı 2014-cü il tarixdə qeyri-rəsmi ailə qurmuşlar, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il doğum tarixli X6 və xx.xx.2015-ci il doğum tarixli X13 adında iki övladları olmuşdur. X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarları ilə X5 atası X17 Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Eləcə də, X14 faktiki sahibliyində Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 126 kv.m fərdi yaşayış evi olmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən miras mülkün qəbulu və pay məsələsi ilə bağlı mərhum X12 və Cavabdeh arasında məhkəmə mübahisəsi olmuş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-910/2021 saylı qətnaməsi ilə, Cavabdeh Gədəbəy rayonu, Əlismayıllı kəndində yerləşən mirasqoyan X9 miras qalmış 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahəsi və 126 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən müəyyən edilməsi və həmin əmlakdan 1/14 hissədə onun məcburi payının müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsi ilə Cavabdeh və cavabdeh X5 hər ikisinin mübahisəli təsərrüfatı eyni dərəcədə faktiki olaraq qəbul etmələri müəyyən edilmiş və 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahəsi və 126 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən ibarət mirasın 13/14 hissəsi açıq saxlanılmışdır. Həmin əmlaklara dair mərhum X23 və mərhum X19 tərəfindən X5 adına vəsiyyətnamə qoyulmuşdur. Odur ki, mirasın açıq saxlanılmış hissəsi mərhum X12 tərəfindən qəbul edilmiş və mülkiyyət hüquqları yaranmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X2rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli 860.12 kv.m və 3576.58 kv.m həyətyanı torpaq sahəsi və 126 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evindən ibarət mirasın 13/14 hissəsinə dair mərhum X5 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X5 ölümündən sonra adına Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələrinin və 126 kv.m fərdi yaşayış evinin 13/14 hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələrinin və 126 kv.m fərdi yaşayış evinin 13/14 hissəsi X3 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən mirasın qəbul edilibedilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, mərhum X12 ilə İddiaçı arasında rəsmi nikah olmuş, onların birgə nikahlarından xx.xx.2017-ci il doğum tarixli X6 və xx.xx.2015-ci il doğum tarixli X13 doğlulmuşdur. Mərhumun uşaqları yetkinlik yaşına çatmamışdır və iddiaçının himayəsində yaşayırlar. X5 başqa birinci növbə vərəsəsi yoxdur. X1 qalmış mirası arvadı İddiaçı qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da iddiaçının faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X1 miras qalmış, Gədəbəy rayonu, Alnabat (Əli İsmayıl) kəndində yerləşən, 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələrinin və 126 kv.m fərdi yaşayış evinin 13/14 hissəsindən ibarət miras əmlak İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. X1 miras qalmış, Gədəbəy rayonu, Alnabat (Əli İsmayıl) kəndində yerləşən, 3576.58 və 860.12 kv.m həyətyanı torpaq sahələrinin və 126 kv.m fərdi yaşayış evinin 13/14 hissəsindən ibarət miras əmlaka İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınsın və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-148/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-148/2024
06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver