Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-149/2023 13.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Torpağa Mülkiyyət Hüququna Dair JN-1038, KOD 50401004 saylı Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 97 saylı qərarı qəarı ilə Şəmkir rayonu, Morul kəndi ərazisində ona və mərhum atası X4 Torpağa Mülkiyyət Hüququna Dair JN-1038, KOD 50401004 saylı Dövlət Aktına əsasən 0.17 ha kənd kənd təsərrüfütı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sənəddə onun soyadı səhvən Məmmədov kimi yazılmışdır. O, həmin torpaq sənədinə Çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-1038, KOD 50401004 saylı Dövlət Aktınnın surətindən görünür ki, X7 və X3 Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 97 nömrəli qərarı ilə 0.17 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X6 rayonunun Çobankənd kəndində qeydiyyatdadır. İşdə olan X2 surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan X1 surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə doğulmuş, atası qrafasında X8, anası qradasında X5 qeyd edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, ərizə təmin еdilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1038, KOD 50401004 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı təsdiq edilmişdir və bu fakt ərizəçinin mülkiyyət hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçilərin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1038, KOD 50401004 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-149/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-149/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver