Məhkəmə qərarları › İş №2(042)-149/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-149/2025

17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-149/2025 17.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment borcunu ödəməkdən azad edilməsi və aliment tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı övladı 26 noyabr 2015-ci il tarixdə doğulmuş Nağıyev Ayhan oğlunun saxlanılması üçün 24 aprel 2023-cü il tarixdən övladının faktiki olaraq himayədə olduğu günədək Gədəbəy Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(042)-428/2022 saylı icra sənədi üzrə yığılmış alimenti ödəməkdən azad edilməsi; övladı 26 noyabr 2015-ci il tarixdə doğulmuş Nağıyev Ayhan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin cavabeh Cavabdeh alınaraq, ona verilməs tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuş, xx.xx.2013-cü il tarixdə nikah bağlamışdır. Birgə ailə münasibətlərindən xx.xx.2010-cu il tarixdə X1 və xx.xx.2015-ci il tarixdə X2 doğulmuşlar. Cavabdehlə aralarında yaranmış narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar cavabdehin himayəsinə verilmiş və onların saxlanılması üçün ondan hər ay sabit pul məbləğində hər uşaq üçün 130 manat olmaqla,cəmi, 260 manat alimentin tutulması qət edilmişdir. Uşaqlardan oğlu 24 aprel 2023-cü il tarixdən faktiki olaraq onun yanındadır. Onu anasına qaytarmaq istəsə də, Ayhan getmək istəməmişdir. Həmin vaxtdan Ayhanı o, saxlayır, onun bütün maddi tələbatlarını ödəyir. Onun sağlam böyüməsi üçün bir ata kimi əlindən gələni edir. Hesab edir ki, 24 aprel 2023-cü il tarixdən bu günədək Ayhanı saxladığına, onun bütün etiyaclarını ödədiyinə görə həmin tarixdən yığılmış alimenti ödəməkdən azad edilməlidir. Eləcə də 24 aprel 2023-cü il tarixdən onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment alınaraq, ona verilməlidir. Ona görə də iddia tələblərinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə 2009-cu ildə ailə qurmuş, xx.xx.2013-cü il tarixdə nikah bağlamışdır. Birgə ailə münasibətlərindən xx.xx.2010-cu il tarixdə X1 və xx.xx.2015-ci il tarixdə X2 doğulmuşlar. İddiaçı ilə aralarında yaranmış narazılığa görə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun yanında qalması və onların saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün 130 manat, cəmi, 260 manat alimentin alınaraq, ona verilməsi qət edilmişdir. Uşaqlardan Ayhan hazırda həqiqətən iddiaçının yanındadır. Buna baxmayaraq, onun maddi vəziyyəti yaxşı deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2(076)-2678 saylı qərardadından görünür ki,İddiaçı Cavabdeh qarşı yığılmış aliment ödənişindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olna sənədləri təhqiq edərək, hesab edir ki, alimenti ödəməkdən azad edilmə tələbi üzrə icraata xitam verilməli, aliment tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0. və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının aliment ödəməkdən azad edilmə tələbi haqqında iddia ərizəsi üzrə işə artıq bir dəfə baxılmış və icraata xitam verilmişdir. Yəni, həmin tələb üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarılmalı və ona görə də iddiaçının aliment tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci, 227 və 233 maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar