Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-155/2024 15.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən edti : İddiaçı cavabdeh "xxxx" ASC qarşı ona ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə quraşdırılmış elektrik sayğacına görə qanunsuz olaraq hesablanmış 4103 manat borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələlərini nəzərə alaraq, işə iddiaçının və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 15 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək, bildirmişdir ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yerləşən əmlak kompleksi vardır. Müəssisə "xxxx" MMC-ə icarəyə verilmişdir. Müəssisə "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur. 04 avqust 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları müəssisəyə quraşdırmış sayğaca iddiaçının iştirakı olmadan baxış keçirmişlər. Baxış zamanı sayğacda qüsur aşkar edilmiş, bu barədə akt tərtib edilmiş, "xxxx" ASC tərəfindən iddiaçıya 4103 manat məbləğində borc hesablanmışdır. Borc əsasız və qanunsuzdur. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona görə də borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, 2023-cü ilin fevral-mart aylarında müəssisə tərəfindən istehlak edilən elektrik enrjisinin sərfiyyatı kəskin şəkildə azalmış və bu sayğaca müdaxilə edilməsi şübhəsinin yaranmasına səbəb olmuşdur. 04 avqust 2023-cü il tarixdə müəssisəyə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, müəyyən edilmişdir ki, müəssisə tərəfindən elektrik sayğacından keçən elektrik enerjisinin istifadə edlən cihazlara qeyri-bərabər paylanması nəticəsində sayğac düzgün işləməmiş, güc əmsalı mənfi olmuş və bu da sayğaca müdaxilə lampasının yanmasına, sayğacın real istehlakdan az istehlak göstərməsinə səbəb olmuşdur. Bu qüsur icrədəralar tərəfindən müəssisədə elektrik cihazlarının naqillərə qeyri-bərabər birləşdirilməsi nəticəsində, yəni, paylaşmanın düzgün aparılmaması nəticəsində baş vermişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadə verərək, bildirmişdir ki, "xxxx" ASC-də elektrik enerjisi satışı şöbə müdiri vəzifəsində işləyir. 2023-cü ilin fevral-mart aylarında müəssisə tərəfindən istehlak edilən elektrik enrjisinin sərfiyyatı kəskin şəkildə azalmışdır. 04 avqust 2023-cü il tarixdə müəssisəyə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, müəyyən edilmişdir ki, müəssisə tərəfindən elektrik sayğacından keçən elektrik enerjisinin istifadə edlən cihazlara qeyri-bərabər paylanması nəticəsində sayğac düzgün işləməmiş, güc əmsalı mənfi olmuş və bu da sayğacın real istehlakdan az sərfiyyat qeyd etməsinə səbəb olmuşdur. Onlar sayğacda olan qüsuru aradan qaldırmış və akt tərtib etmişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 279.7 kv.m olan müəssisə tam olaraq İddiaçı mülkiyyətindədir. İşdə olan 04 avqust 2023-cü il tarixli, 054361 nömrəli Aktdan görünür ki, E.E.İ.Q-nin istifadə qaydalarına uyğun olaraq obyektə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki,A və B fazasında quraşdırılmış cərayan trasutda ikinci tərəfi L1 və L2 cərəyan naqilləri sayğacın A və B faza cərəyan sayğaclarına çarpaz quraşdırılmışdır. Həmin qüsur sayğacda “A” və “B” fazda güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lanpasının yanmasına səbəb olmuş, buda sayğac tablosunun l1 və l2 görünməsinə səbəb olmuşdur. Sayğac 66.3%-xətayla işləməsinə səbəb olmuşdur. Xətlərdən axan yüklər İA= 0.32 İc=0.10 Sayğac qutusuna vurulmuş möhür qırılmışdır. ******* saylı möhür və qüsur aradan qalxmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Abonent kodu **********00700 olan sayğaca müdaxilə edilməsi ilə bağlı tərtib edilmiş və maddi ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İşdə olan Abonentin Saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayında iddiaçının abunə hesabının qalıq və aktlar qrafasına 3110.40 manat qeyd salınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеsпublikаsı Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tопlаmаq hüququ vеrmir və sübutlаrın tопlаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etməmişdir. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-155/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-155/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver