Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-167/2025 17.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İHB-a qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı xx.xx.2006-cı ildə Rusiya Federasiyasında doğulmuş, hazırda Gədəbəy rayonu Zəhmətkənd kəndində qeydiyyatda olan və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X5 onun övladıdır. O, anadangəlmə ruhi əsəb xəstəsidir, öz hərəkətlərinin mənasını anlamır, həmçinin hərəkətlərini idarə edə bilmir. X5 ikinci dərəcəli əlildir. Ona “Kvadroplegik spastik serebral iflici” diaqnozu verilmişdir. İbrahimin bütün işlərini o, həll edir. Onun bütün işlərində yaxından kömək etmək üçün qəyyum təyin edilməlidir. Ona görə də ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, ərizəçi X4 anasıdır. İşdə olan X3 görünür ki, X5 31 oktybar 2006-ci il tarixdə Rusiya Federasiyasında doğulmuşdur. İşdə olan Arayışdan görünür ki, Gədəbəy rayonu Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan X1 Rayon Mərkəzi Xəstəxanasının Polikninkasında ruhi-əsəb xəstəliklər qeydiyyatında durur. İşdə olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsin”dən görünür ki, X5 birinci dərəcəli əlildir və ona “Kvadroplegik spastik serebral iflici qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X10 Şöbəsi tərəfinən verilmiş rəydən görünür ki, 31 oktybar 2006-ci il təvəllüdlü X2 dərəcəli Əqili gerilik, davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2006-cı ildə Rusiya Federasiyasında doğulmuş, hazırda Gədəbəy rayonu, Zəhmətkənd kənddə qeydiyyatda olan və yaşayan X5 anadangəlmə ruhi xəstədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 X8 Şöbəsi tərəfindən verilmiş Rəyə əsasən X5 yüngül dərəcəli Ağır dərəcəli Əqili gerilik, davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir və həmin xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ona görə də ərizə təmin edilməli, xx.xx.2006-ci ildə Rusiya Federasiyasında doğulmuş, hazırda Gədəbəy rayonu, Zəhmətkənd kənddə qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-ci ildə Rusiya Federasiyasında doğulmuş, hazırda Gədəbəy rayonu, Zəhmətkənd kənddə qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-167/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-167/2025
17.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver