Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-172/2021 16.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hаkim Mirzəquliyеv Fizuli Bаlаğа оğlunun sədrliyi, məhkəmə iclаs kаtibi X4 kаtibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, M Ü Ə Y Y Ə N Е Т D i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN-029A KOD 50522028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN- 029A KOD 50522028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun adı texniki səhv olaraq Qumru, oğlunun soyadı Vəliyev və ata adı Abbas kimi qeyd edilmişdir. Lakin onun adı Həmidə, oğlunun soyadı Orucov, ata adı isə Yusifdir. Onlar həmin torpaq sənədlərində olan yanlışlıqlar səbəbindən mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bununla bağlı AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etsə də, oradan imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək ərizənin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn mахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, ərizəçilərə torpaq verilən zaman Ərizəçi1 adı səhvən Qumru kimi, Ərizəçi2 soyadı və ata adı səhvən Vəliyev və Abbas oğlu kimi qeyd edilmişdir. Lakin ərizəçilər Ərizəçi1 və Ərizəçi2dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Orucova X10 rayonu, Ağamalı kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Orucov X12 rayonu, Çanaqçı kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Ağamalı kəndində yaşayır. İşdə olan JN-029A KOD 50522028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə X5, X8 və X9 0.26 ha torpaq sahəsi verilmişdir. İşdə olan X2 surətindən görünür ki, X7 və Ərizəçi1 nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. İşdə olan X3 surətindən görünür ki, Ərizəçi1 xx.xx.1941-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kii istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçilərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bеləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahid ifadələri və işdə olan sənədlərlə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN-029A KOD 50522028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 Yusif oğluna və digər ailə üzvünə məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçilərin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-220, 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ : Ərizə təmin еdilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə verilmiş JN-029A KOD 50522028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin digər ailə üzvləri ilə birlikdə Ərizəçi1 və Ərizəçi2 Yusif oğluna məxsus olması fakı müəyyən еdilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə apеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-172/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-172/2021
16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver