Məhkəmə qərarları › İş №2(042)-182/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-182/2021

11.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-182/2021 11.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh, onun nümayəndəsi X18 və Gədəbəy Rayon Notariat Ofisinin nümayəndəsi X19 iştirakı ilə İddiaçınun cavabdehlər Cavabdeh və Gədəbəy Rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbləri haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qız və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gədəbəy rayon notariat ofisində təsdiq olunmuş 25 noyabr 2020-ci il tarixli 2V- 521 reyestr № li və 18 dekabr 2020-ci il tarixli 2V-569 reyestr № li -V« li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bu evə dair Cavabdeh verilmiş 11 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə onun və azyaşlı qızı X12 vərəsəlik hüququnun tanınması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində mərhum X2nun adına fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi qayınatası tərəfindən 1967-ci ildə tikilmiş və 1987-ci ildə qayınatasının adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən texniki pasport verilmişdir. X2 01 iyun 2013-cü il tarixdə vəfat etmişdir. X3 isə daha əvvəl, yəni 29 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Onların 2 övladları, onun mərhum həyat yoldaşı X28 və hazırda cavabdeh olan Cavabdeh olmuşlar. O, mərhum X28 ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuş, həmin evə gəlin köçmüş, cehiz əşyaları hazırda da həmin evdədir. Cavabdeh hələ atasının sağlığından ailə quraraq yaşamaq üçün başqa yerə köçmüşdür. 2013-cü ildə atası vəfat edəndən sonra sözügedən mülkdə mərhumun oğlu, yəni onun həyat yoldaşı X28 yaşamaqla mirası qəbul etmişdir. X9 mirası faktiki olaraq qəbul etsə də, onu öz adına rəsmiləşdirmədən 28 dekabr 2016-cı il tarixində vəfat etmişdir. Bundan sonra miras əmlakı öz adına və qızının adına rəsmiləşdirmək istəsə də, cavabdeh notariat kontoruna gəlməməklə buna maneçilik törətmişdir. O, Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən miras mülkə vərəsə tanınmış, lakin cavabdehin apelyasiya şikayəti nəticəsində Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi həmin əmlaka mülkiyyət hüquqlarının qeydə alınmadığı üçün ləğv edilmişdir. Bununla belə onun miras əmlakın qəbulu, vərəsə kimi tanınma haqqında Gədəbəy Rayon Məhkəməsinə müraciət etməsi onun miras əmlakı qəbul etməsini nümayiş etdirir. Lakin sonradan cavabdeh Əsədova X17 Rayon Notariat Ofisində verilmiş 25 noyabr 2020-ci il tarixli 2V-521 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əvvəlcə sözügedən fərdi yaşayış evinin torpaq sahəsini, daha sonra isə Gədəbəy rayon notariat ofisində verilmiş 18 dekabr 2020-ci il tarixli 2V-569 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evini özünün adına keçirmişdir. Vərəsəlik şəhadətnamələri verilərkən saxtakarlığa yol verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr cavabdehə miras açıldıqdan sonra 7 il 6 ay keçdikdən sonra verilmişdir ki, bu da onun tamamilə qanunsuz verilməsini bir daha təsdiq edir. Bu illər ərzində isə cavabdeh nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermiş, nə də əmlakı faktiki idarə etməmişdir. Miras açıldıqdan sonra sözügedən mülkdə mərhumun oğlu, yəni onun həyat yoldaşı X28 yaşamaqla mirası tək qəbul etmiş, lakin onu öz adına rəsmiləşdirmədən 28 dekabr 2016-cı il tarixində vəfat etmişdir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, İddiaçı mərhum qardaşı X28 ilə nikahda olsa da eyni evdə yaşamamışdır. 2013-cü ildə mərhum atası öldüyü zaman İddiaçı həmin evdə yaşamamışdır. Bununla da mirası mərhum qardaşı Arzu və o qəbul etmişdir. Mərhum qardaşı 2016-cı il tarixdə öldükdən sonra miras əmlaka tam sahib olmuş, yəni, miras əmlakı o qəbul etmişdir. İddiaçı mərhum qardaşı ilə faktiki olaraq, yaşamadığına, ona qulluq etmədiyi üçün vərəsəlik hüquqlarını itirmişdir. Bundan sonra Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, tamamilə qanuni olan qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X29 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Gədəbəy Rayon Notariat Ofisinin nümayəndəsi X30 iddia tələblərini qəbul etməmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman Azərbaycan Respublikası Mülki qanunvericiliyinin bütün tələblərinə riayət edilmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmənin 27.05.2021-ci il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək, bildirmişdir ki, iddiaçı 2006-cı ildə X28 ilə nikah bağlayaraq, ailə qurmuşdur. İddiaçı mərhum əri ilə həmin evdə yaşamışdır. İddiaçı işi və azyaşlı uşağının məktəbə getməsi ilə əlaqədar Gəncə şəhərinə gedib gəlməli olmuşdur. 2013-cü il tarixdə X25 öldükdən sonra mübahisəli evdə X28 və onun ailə üzvləri yaşamışdır. 2016-cı il tarixdə X28 öldükdən sonra iddiaçı Gəncə şəhərinə köçmüş və orada yaşamışdır. Cavabdeh onu həmin evdə yaşamağa qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək, bildirmişdir ki, iddiaçı 2013-cü ildən həmin evdən getmişdir. X28 həmin vaxt xəstə olduğundan ona Cavabdeh qulluq etmişdir. 2016-cı il tarixdə X28 öldükdən sonra iddiaçı evə gəlməmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X20 məxsusdur. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhərində yerləşən 0.0499 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X20 məxsusdur. İşdə olan Qanun üzrə Vərəsəlik Şəhadətnamələrinin surətlərindən görünür ki, X13 vərəsəsi Cavabdehdır. İşdə olan X11 surətindən görünür ki, X28 28.12.2016-cı il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X28 öldüyü tarixədək atasına məxsus evdə yaşamışdır. İşdə olan X11 surətindən görünür ki, X25 01.06.2013-cü il tarixdə ölmüşdür. İşdə olan X11 surətindən görünür ki, X26 29.11.2008-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah Haqqında akt qeydləri kitabından Çıxarışdan görünür ki, X21 və X15 nikahlarını 27.11.1967-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat Şöbəsində bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İşdə olan X6 surətindən görünür ki, X1 Elnarə Arif qızı ilə nikahlarını 26.10.2007-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Fərzəliyeva soyadı verilmişdir. İşdə olan X7 surətindən görünür ki, X27 23.11.2007-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında X28, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan DƏDRX-nin 11 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X5nun adına ünvan 3 ünvanda yerləşən 0.0499 ha həyətyanı torpaq sahəsinə dair Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə ləğv edilmiş “DT və XK”nın Gədəbəy rayon şöbəsi tərəfindən seriya A, 274984 saylı, - 04.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair X4 bürosu tərəfindən 1116 inventar nömrəli, 18.07.1987-ci il tarixli texniki pasport tərtib almişdir. Gədəbəy rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına, 05.09.2019-cu il tarixli vərəsəlik işi açılmışdır. İlkin olaraq X20 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən 0.0499 ha həyətyanı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, 16.11.2020-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Gədəbəy rayon Notariat Kontorunun 2V-521 reyestr nömrəli, 25.11.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5nun miras payı tam olaraq Cavabdeh adına özgəninkiləşdirilmiş və ona tam “mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli, 01.12.2020-ci il tarixli reyestrdən Çıxarış verilmişdir. Tərgül Cümşüd qızı növbəti dəfə müraciət edərək fərdi yaşayış evi ilə biirlikdə (paylar: torpaq sahəsi Cavabdeh - tam mülkiyyət, fərdi yaşayış evi X25 - tam mülkiyyət) ********** qeydiyyat nömrəli, 11.12.2020-ci il tarixli reyestrdən çıxarış almışdır. Gədəbəy rayon Notariat Kontorunun 2V-569 reyestr nömrəli, 08.12.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cümşüd Səfər oğlunun fərdi yaşayış evindən miras payı tam olaraq Tərgül Cümşüd qızının adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1. və 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində X13 mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur. X5 01 iyun 2013-cü il tarixdə vəfat etmişdir. X13 mərhum arvadı X26 isə 29 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Onların nikahlarından X28 və Cavabdeh doğulmuşdur. İddiaçı mərhum X28 ilə 2007-ci ildə nikaha daxil olmuş və cehiz əşyaları ilə birlikdə həmin evə gəlin köçmüşdür. Cavabdeh hələ atasının sağlığında ailə quraraq yaşamaq üçün başqa yerə köçmüşdür. 2013-cü ildə X25 vəfat edəndən sonra mübahisəli evdə mərhumun oğlu, yəni iddiaçının mərhum əri X28 yaşamaqla mirası qəbul etmişdir. X9 mirası faktiki olaraq qəbul etsə də, onu öz adına rəsmiləşdirməmiş və 28 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra Gədəbəy rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına 05.09.2019-cu il tarixli vərəsəlik işi açılmışdır. İlkin olaraq X20 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən 0.0499 ha həyətyanı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, 16.11.2020-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Gədəbəy rayon Notariat Kontorunun 2V-521 reyestr nömrəli, 25.11.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5nun miras payı tam olaraq Cavabdeh adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli, 01.12.2020-ci il tarixli reyestrdən Çıxarış verilmişdir. Cavabdeh növbəti dəfə müraciət edərək fərdi yaşayış evi ilə birlikdə ********** qeydiyyat nömrəli, 11.12.2020-ci il tarixli reyestrdən çıxarış almışdır. Gədəbəy rayon Notariat Kontorunun 2V-569 reyestr nömrəli, 08.12.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X13 fərdi yaşayış evindən miras payı olaraq Cavabdeh adına özgəninkiləşdirilmişdir. Məhkəmə ilkin olaraq, vərəsəlik şəhadətnamələrinin etibarsızlığı tələbinə münasibət bildirərək belə nəticəyə gəlir ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi X13 ölümündən sonra X28 tərəfindən miras kimi faktiki olaraq, qəbul edilmişdir. Onun ölümündən sonra həmin miras əmlak birinci növbə vərəslər olan İddiaçı və onun övladı tərəfindən miras kimi qəbul edilmişdir. Yəni, Gədəbəy Rayon Notariat Kontoru tərəfindən Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnamələri verilərkən bu hal nəzərə alınmamışdır. Ona görə də Cavabdeh verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Vərəsəlik şəhadətnamələri etibarsız hesab edildiyi üçün DƏDRX-nin 11 Saylı Ərazi İdarəsi Tərəfindən edilmiş əsassız qeydiyyat da ləğv edilməlidir. Məhkəmə iddia tələbində göstərilmiş Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə iddiaçının və onun azyaşlı qızı X12 vərəsəlik hüququnun tanınması tələbinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, iddiaçı mərhum əri X16 miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Notariat Ofisinə müraciət etməklə mirası qəbul etmişdir. Yəni, iddia tələbləri təmin edilməli, Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gədəbəy Rayon Notariat Ofisində təsdiq olunmuş 25 noyabr 2020-ci il tarixli 2V-521 reyestr № li və 18 dekabr 2020-ci il tarixli 2V-569 reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına 11 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və müvafiq qeyd ləğv edilməli və Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı və azyaşlı qızı X12 vərəsəlik hüquqlar tanınmalıdır. İşə məhkəmədə baxılması üçün ödənilmiş dövlət cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə dair Gədəbəy Rayon Notariat Ofisində verilmiş 25 noyabr 2020-ci il tarixli 2V-521 reyestr № li və 18 dekabr 2020-ci il tarixli 2V-569 reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin, Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh verilmiş 11 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və müvafiq qeyd ləğv edilsin və Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı və azyaşlı qızı X12 vərəsəlik hüquqlarn tanınsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar