Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-187/2022 26.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-728 KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının və JN-592D KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin “X5” və Ərizəçi” yazılan hissədə mərhum X1na və ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1986cı ildə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-728 KOD ********* “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum X1nın adına olmaqla ona və ailə üzvlərinə ümumilikdə 2.14 ha pay torpaq sahəsi verilmişdir. Həmçinin, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.04.2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-592D KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mərhum X1nın adına olmaqla ona və ailə üzvlərinə ümumilikdə 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 06.06.2010-cu ildə vəfat etmişdir. O, hal-hazırda həmin dövlət aktı və şəhadətnamə əsasında onlara verilmiş torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Bununla əlaqədar sənədləri toplayıb DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edən zaman məlum olmuşdur ki, Dövlət aktında və şəhadətnamədə mərhum X1nın ata adı Məhəmməd əvəzinə səhvən “Haqnazar” kimi, onun ata adı isə “Valeryeviç” kimi yazılmışdır. Lakin mərhum anasının ata adı “Məhəmməddir”, ona verilmiş ölüm haqqında şəhadətnaməsində də “Məhəmməd” kimi, onun atasının adı isə “Valereviç” kimi qeyd edilmişdir. Hazırda anasının şəxsiyyətini təsdiq edən sənədlərdə olan ata adı (Məhəmməd) ilə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan ata adı (Haqnazar) düz gəlmir. Bu isə ona həmin torpaq sahələri ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ona imtina məktubu verilərək “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında səhv yazılmış ata adına düzəliş edilməsi İdarənin səlahiyyətləri xaricində olması bildirilmişdir. Bu səbəbdən hüquq müəyyənedici sənədlər olan həmin “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının və “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin “X5” və “Ərizəçi” kimi yazılan hissədə müvafiq olaraq mərhum X1na və ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli, 792 saylı arayışdan görünür ki, Ərizəçi halhazırda Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-728 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4, Ərizəçi Valerjevinnə və ailə üzvlərinə 2.14 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-592D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4, Ərizəçi Valeryeviçə və ailə üzvlərinə 0.02 ha torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 06.06.2010-cu il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində ölmüşdür. İşdə olan ərizəçiyə aid olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Onun atası qrafasında Valereviç qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində doğulmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə verilmiş JN-728 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının əsasında X3, Ərizəçi və ailə üzvlərinə 2.14 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və JN-592D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X3, Ərizəçi və ailə üzvlərinə 0.02 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında və şəhadətnamədə onun ata adı “Valeryeviç”, mərhum anasının ata adı isə “Haqnazar qızı” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlərində ata adı “Valereviç”, mərhum X1nın ata adı isə “Məhəmməd qızı” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət aktında və şəhadətnamədə “X5” adında “Haqnazar qızı” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Məhəmməd qızı”, “Ərizəçi Valeryeviç” adında “Valeryeviç” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Valereviç” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi sənəddə olan “Ərizəçi Valeryeviç” ilə, X6 isə “X5” ilə eyni şəxsdir. Ərizəçi və X2 adının sözügedən sənəddə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarları ilə verilmiş JN-728 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının və JN-592D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “Ərizəçi Valeryeviç” yazılan hissədə Ərizəçi, “X5” yazılan hissədə mərhum X3 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarları ilə verilmiş JN-728 saylı KOD 50526018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının və JN-592D saylı KOD 50526018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “Ərizəçi Valeryeviç” yazılan hissədə Ərizəçi, “X5” yazılan hissədə mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-187/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-187/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver