Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-193/2022 17.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Qoşabulaq kəndində 06.11.2001-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, 06.11.2001-ci il tarixdə anadan olmuş X5 onun doğma oğludur. Kənan anadangəlmə xəstədir və bu yaşadək onlar saxlayıb idarə etmişdir. Kənan özünü idarə etmək iqtidarında deyildir. Bir sözlə özünə aid olan işləri görə bilmir. Özünün hərəkət və davranışlarını bilmir. Kənanın bütün işlərində ona yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. O, Kənanın bütün işlərini onun yeyib-içməsini, əyin başını və digər işlərini, o, həll edir. Bunu yaxın qonşular, eləcə də Gədəbəy rayon Qoşabulaq kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslər də bunları təsdiq edə bilərlər. X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Pisxatiriya Xəstəxanasında qeydiyyatdadır və daimi müşahidə altında yaşamasına ehtiyac vardır. Kənar şəxsin qulluğuna ehtiyacı var. Gədəbəy rayon Poliklinikasında ruhi-əsəb xəstəliklərin qeydiyyatında durur. Ağır dərəcəli əqli gerilik davranış pozuntuları qıcolma kimi xəstəlik ilə uçota götürülmüşdür və qeydiyyata durur. Ona görə də X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 18965857 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 06.11.2001-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 06.11.2001-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuşdur. Atası qrafasında X6, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.12.2021-ci il tarixli, 292 saylı arayışdan görünür ki, Gədəbəy rayonunun Qoşabulaq kənd sakini X1 Rayon İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyinin 3 nömrəli təsərrüfatbaşına kitabda 197 nömrəli şəxsi hesaba əsasən Gədəbəy RİH başçısının Qoşabulaq kəndində qeydiyyatdadır. Hal-hazırda Qoşabulaq kəndində valideyinlərinin himayəsində yaşayır. Ailə tərkibi bunlardır; özü X5, X6, Ərizəçi və X7. İşdə olan Gədəbəy rayonu Mərkəzi rayon xəstəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2-əsəb xəstəlikləri qeydiyyatda durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanseri tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 76 nömrəli rəydən görünür ki, X5 uşaqlıqdan orta dərəcəli kəmağıllılıq, ifadə olunmuş davranış pozuntuları və qıcolma tutmaları ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət, sonralar isə 1 qrup müddətsiz əlillik təyin edilməsi, daim valideyinlərinin himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, ev dərsi keçsə də oxumaq və yazmaq vərdişləri əldə etməməsi, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması,verilən suallara anlaşılmaz səslərlə cavablar verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması,onda narahatlıq, gərginlik müşahidə edilməsi, yaddaşının kobud təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi.abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını izah edb bilm əməsi, tənqidi funksiyalarının kobud pozulması,intellektinin inkişaldart: geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=38% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X2-əsəb xəstəliklər qeydiyyatda durur. O, uşaqlıqdan çox ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi 06.11.2001-ci il təvəllüdlü Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. 06.11.2001-ci il təvəllüdlü Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-193/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-193/2022
17.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver