Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-201/2022 01.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X27 oğlunun katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Mərhum anası X12 qalmış, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-313A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakın, mərhum atası X7 qalmış, həmin torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakın və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli, 1-ci mərtəbəsi zirzəmidən, 2-ci mərtəbəsi 2 otaq və şüşəbənddən və yardımçı sahə kimi tövlədən ibarət miras əmlakın qanun üzrə vərəsə olaraq onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, atası X22 ilə X9nın birgə nikahından 5 övladı olmuşdur. O, bacısı Cavabdeh2, qardaşı Cavabdeh3, X3 və bacısı Cavabdeh1. X13 vəfat etmişdir. Atası və anasının sağlığında Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu. Qumlu kəndində atası X10, anası X21, onun, arvadı X11 və övladları X30 və X26 ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-313A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində valideyləri 1957-ci ildə fərdi yaşayış evi tikmişdir. Həmin evdə valideynləri və o ailə üzvləri ilə birlikdə yaşamışlar. Atasına və anasına o baxıb qulluq etmişdir. Bacısı Cavabdeh2, o cümlədən digər cavabdehlər ayrı təsərrüfat olmaqla valideynlərinin ölümündən uzun müddət əvvəl ayrılıb getmişlər. Hal-hazırda Zakirə Bakı şəhərində yaşayır. Digər bacısı Cavabdeh1 və qardaşım Cavabdeh3 Gədəbəy rayonunda özlərinin ayrıca evləri olmaqla ayrı yaşayırlar. X9 29.03.2017-ci ildə, atası X22 isə 3.12.2020-ci ildə vəfat etmişdir. Onların bütün dəfn xərclərini o qarşılamışdır. Anasının və atasının ölümündən sonra da onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq o qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişdir. O, atasının və anasının vəfatından sonra onlardan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin qardaşı Cavabdeh3, bacıları Cavabdeh2 və Cavabdeh1 mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi ona 12.11.2021-ci il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməyisini izah etmişdir. Gədəbəy rayonu. Qumlu kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair JN-313A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə vardır. Həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin 1/3 hissəsi (1/6 hissə atasından, 1/6 hissə anasından) miras qalmışdır. Eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 23.11.2021- ci il tarixli 367 nömrəli arxiv arayışına və Gədəbəy RİH başçısının şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, 2538 nömrəli arayışa əsasən, atası X10 adına qeyd edilmişdir. Yaşayış sahəsi ikimərtəbəli olmaqla birinci mərtəbə zirzəmidən, ikinci mərtəbə 2 otaq və bir şüşəbənddən ibarət fərdi yaşayış evindən və yardımçı sahə olaraq tövlədən ibarətdir. Həmin əmlakı atası X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. O, hesab edir ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN-313A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi anası X12, 1/6 hissəsi atası X7 və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli 1 -ci mərtəbəsi zirzəmidən, 2-ci mərtəbəsi 2 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evi və yardım sahə kimi tövlə atası X7 qalmış miras kütləsinə daxil edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahat verərək bildirdi ki, atası X22 ilə X9nın birgə nikahından o, bacısı Cavabdeh2, qardaşı İddiaçı, X3 və bacısı Cavabdeh1 olmaqla 5 övladı olmuşdur. X3 vəfat etmişdir. X9 29.03.2017-ci ildə, atası X22 isə 3.12.2020-ci ildə vəfat etmişdir. Atası və anasından Gədəbəy rayonu, Qumlu kəndində fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. İddiaçının isə Şəmkir rayonunda özünə məxsus fərdi yaşayış evi vardır. Eləcə də, özü və digər qardaş bacıları başqa təsərrüfatlarda yaşayırlar. Mübahisəli fərdi yaşayış evində ata və anası özləri yaşamışdır. İddiaçı hətta atasının dəfn mərasiminə gəlmişdir. O, vərəsələr arasında mirasın bölünməsini istəyir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında Cavabdeh3 ilə eyni məzmunlu izahat verib vərəsələr arasında mirasın bölünməsini xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, atası X13 vəfat etmişdir. Mübahisəli əmlaklar baba və nənəsindən miras qalmış əmlaklardır. Babasının və nənəsinin sağlığında o həmin mübahisəli fərdi yaşayış evinə gəlib-getmişdir. Sadəcə, babası və nənəsi rəhmətə getdikdən sonra söz-söhbətlər yaranmağa başlamışdır. Onun miras mülklə bağlı heç bir iddiası yoxdur. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. Onunla iddiaçı və cavabdehlər arasında heç bir qohumluq əlaqəsi yoxdur. O, Cavabdeh3 ilə iş yoldaşıdır. Cavabdehlərin atasının dəfn mərasimində o da iştirak etmişdir. İddiaçının və cavabdehlərin ata və anasına Cavabdeh1 baxmışdır. Atalarının yas mərasimi Cavabdeh1 evində verilmişdir. Mübahisəli evdə iddiaçı və cavabdehlərdən heç kəs yaşamamışdır. X18 məhkəmə iclasında X5 ilə eyni məzmunlu izahat verdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan M/V seriyalı 087589 nömrəli vəsiqəsinin surətindən görünür ki, vəsiqənin sahibi İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlarlardan istifadə etmək hüququna malikdir. İşdə olan Gədəbəy RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 2489 saylı arayışdan görünür ki, İddiaçı anası X32 ölən bir günə kimi Gədəbəy şəhərində yaşamışdır və 29.03.2017-ci il tarixdə vəfat etmişdir. Başqa yerdə yaşayan ailə üzvləri qrafasında Məmmədov Əİi Məmməd oğlu, Cavabdeh1, X24 və Cavabdeh3 qızı qeyd edilmişdir. X21 oğlu X13 vəfat etmişdir. X4 başqa övladının olubolmaması barədə şəhər İƏD üzrə nümayəndəliyində məlumat yoxdur. İşdə olan Gədəbəy RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, 2538 saylı arayışdan görünür ki, Gədəbəy şəhər sakini İddiaçı mərhum atası X10 Gədəbəy şəhəri İ.Aznaurov küçəsində 0.25 ha həyətyanı torpaq sahəsi və içərisində 1957-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. İşdə olan JN-313A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X15 və ailə üzvlərinə 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, 2538 saylı arayışdan görünür ki, Gədəbəy şəhər sakini İddiaçı mərhum atası X10 Gədəbəy şəhəri İ.Aznaurov küçəsində 0.25 ha həyətyanı torpaq sahəsi və içərisində 1957-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. İşdə olan JN-313A KOD 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X16, X25, İddiaçı, X17, X39 və X33 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli, 367 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Qumlu kənd X29 1957-1959-cu illərə dair 2 nömrəli Təsərrüfatbaşına kitabın 45-ci şəxsi hesabında qeydiyyatda olmaqla mərhum atası X10 adına təsərrüfat qeyd edilmidir. Ailə üzvləri qrafasında X22, X31 və İddiaçı qeyd edilmişdir. Torpaq qrafasında 0.25 ha torpaq sahəsi ev qeyd edilmişdir. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış 12 noyabr 2021-ci il tarixli, 599 saylı məktubdan görünür ki, qardaşı Cavabdeh3, bacıları Cavabdeh1 və Cavabdeh2 ilə arasında mübahisə olduğu üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Onların aralarında olan mübahisə aradan qaldırıldıqdan sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X22 03.12.2020-ci il tarixdə Gədəbəy rayonunda ölmüşdür. İşdə olan AZ-İ № 847052 seriyalı ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 oğlu 29.03.2017-ci il tarixdə Gədəbəy rayonunda ölmüşdür. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X7 və X12 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürlməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X10 və X21 birgə nikahından beş övladı olmuşdur: İddiaçı, Cavabdeh2, Cavabdeh3, X13 (vəfat etmişdir) və Cavabdeh1. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X16, X25, İddiaçı, X17, X39 və X33 0.25 ha torpaq sahəsi verilmişdir. Eləcə də, X10 faktiki sahibliyində Gədəbəy rayonu, Qumlu kəndində fərdi yaşayış evi olmuşdur. Həmin əmlaklarla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhum X16 və X25 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin 2/6 hissəsinə X10 və X21 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X8rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, qeyd edilən mübahisəli əmlaklara dair mərhum X10 və X21 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlaklar onların mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X10 və X21 ölümündən sonra adına Gədəbəy rayonu, Qumlu kəndində fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin 2/6 hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin 2/6 hissəsi X7 və X12 qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə mirasın İddiaçı tərəfindən qəbul edilib-edilməməsinə münasibət bildirərək qeyd edir ki, X10 və X21 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsindən onların övladları köçərək başqa təsərrüfatlarda yaşamağa başlamışdırlar. X10 və X21 ölümündən sonra həmin fərdi yaşayış evində heç kəs yaşamamışdır. Bu işdə iştirak edən şəxslərin izahatı ilə təsdiqini tapır. Buna baxmayaraq miras əmlaklara qanun üzrə vərəsələr tərəfindən bərabər vəziyyətdə nəzarət edilmiş, həmin əmlaklar üzərində nəzarətlərinin olduğunu şəksiz nümayiş etdirmişlər. Məhkəmə hesab edir ki, miras əmlak qanunun üzrə vərəsələrin hər biri tərəfindən bərabər şəkildə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eləcə də, məhkəmə, hesab edir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarının həmin mirasdan pay tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, “Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür.” Qanun üzrə vərəsəlik zamanı miras almağa çağırıla biləcək qanun üzrə vərəsə 4 nəfər olduğundan məhkəmə payı müəyyən edərkən hər bir vərəsənin miras əmlakın 1/4 hissədə payının olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, X2 və X10 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN 313 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 2/6 hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsələri İddiaçı 1/4 hissədə, Cavabdeh3 1/4 hissədə, Cavabdeh2 1/4 hissədə və Cavabdeh1 1/4 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 və X10 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN 313 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 2/6 hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsələri İddiaçı 1/4 hissədə, Cavabdeh3 1/4 hissədə, Cavabdeh2 1/4 hissədə və Cavabdeh1 1/4 hissədə payları müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-cu maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 və X10 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN 313 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 2/6 hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsələri İddiaçı 1/4 hissədə, Cavabdeh3 1/4 hissədə, Cavabdeh2 1/4 hissədə və Cavabdeh1 1/4 hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qayada alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-201/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-201/2022
01.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver