Məhkəmə qərarları › İş №2(042)-231/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-231/2024

15.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-231/2024 15.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, ARDNŞ Cavabdeh tərəfindən ona (Abonent kodu **********00290) qanunsuz olaraq hesablanmış 1619.87 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia qaldıraraq, ünvan 1 ünvanında yaşayan İddiaçı Şəmkir RQİİ-nə dəymiş ziyana görə borclu olduğu 1555.20 manatın və müdaxilə edilmiş sayğac dəyərinə görə 64.67 manat vəsaitin, eləcə də ödənilmiş (30 manat) dövlət rüsumunun cavabdeh tərəfindən Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(042)-289/2024 saylı qərardadı ilə, Gədəbəy Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair 2(042)-231/2024 saylı və iddiaçı Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələbinə dair 2(042)-289/2024 saylı mülki işlərin bir icraatda birləşdirilməsi, hər iki mülki iş üzrə icraatın 2(042)-231/2024 nömrə ilə davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Yaşadıqları ev onun adınadır. Həmin ünvanda abonent kodu **********00290 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmuşdur. Ünvana “Zenner” tipli G-4 markalı, **********2 nömrəli sayğac quraşdırılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh əməkdaşları onun ünvanına gələrək həmin sayğacı yenisi ilə əvəzləmişlər (yeni sayğac: “Socar” tipli G-4 markalı, 10058104 nömrəli). Bu barədə “Qaz sayğacının çxıarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Həmin vaxt cavabdeh təşkilatın əməkdaşları köhnə sayğacda hər hansı müdaxilə olduğunu bildirməmişlər və həmin sayğacı aparıb getmişlər. Yəni sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə onun iştirakı və xəbəri olmadan xx.xx.2023-cü il tarixdə götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 1619.87 manat borc yazılmışdır. Həmin aktda istehlakçının nümayəndəsinin guya aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır. Eləcə də, sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması faktı aşkar edilməmişdir. Belə olan halda hesab edir ki, Cavabdeh tərəfindən ona 1619.87 manat borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edir ki, ünvan 3 ünvanında yerləşən evə görə ona əsassız olaraq yazılmış 1619.87 manatın X2 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, o və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Müdaxilənin məhz o və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yaşayan İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına-sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşilərək üzərinin yapışqan maddə ilə örtülməklə müdaxilə olunması aşkarlanmışdır. Müdaxilə faktı barədə Gədəbəy XS-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) 29.03,2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən müdaxilə edilməklə istismara yararsız hala salınmış qaz sayğacının dəyəri 64.67 manat və itirilmiş 12960 m3 qaz sərfinə görə 1555.20 manat Şəmkir RQİİ-nə dəymiş ziyan müəyyənləşdirilmişdir. Bu barədə idarənin rəhbərliyi tərəfindən həmin vətəndaşa qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada “Xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdeh hal-hazıra qədər həmin məbləği ödəməmişdir. İddiaçı ilk iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia tələbi üzrə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, İddiaçı iddia tələbi əsaslı, Cavabdeh iddia tələbi isə əsassızdır. Belə ki, işdə olan paylayıcı X5 İstismarı İdarəsi ilə fiziki şəxs olan istehlakçı İddiaçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. İşdə olan qaz sayğacının çıxarılması, quraşıdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sifarişçi İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir. İşdə olan təbbi qazdan istifadə qaydalarının pozulması haqqında 29 mart 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı adına olan G-4 **********2 nömrəli qaz sayğacına müdaxilə edildiyi qeyd edilmiş, dəymiş ziyanın hesablanması və dəyərinin abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İşdə olan abonent İddiaçı adına olan abonent saldosundan görünür ki, akt üzrə İddiaçı 1555.20 manat borc hesablanmışdır. İşdə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 06 dekbar 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 1555.20 manat məbləğində ziyanın və sonuncunun sayğacı yarasız hala salması nəticəsində 64.67 manat məbləğində debitor borcunun ödənilməsi tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 27 mart 2023-cü il tarixli 14-2-2/3-5-572-1 №-li Aktına əsasən G-4 markalı **********2 N-li sayğaca baxış keçirildi. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib və üzəri yapışqan maddə ilə örtülüb. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması, elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərar alınmışdır. İşdə olan 27 mart 2023-cü il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, G-4 markalı **********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacdan qa keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib və üzərində yapışqan maddə ilə örtülmüşdür. Sayğac istismara yarasızdır. Məhkəmədə müəyyən edildi ki, X5 İstismarı İdarəsi ilə istehlakçı İddiaçı arasında Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. xx.xx.2023-cü il tarixdə sifarişçi İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Bundan sonra 29 mart 2023-cü il tarixli akta əsasən İddiaçı təbii qazdan istifadə qaydalarını pozması müəyyən edilmiş və ona 1555.20 manat borc hesablanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablandığını iddia etmiş və həmin borcun silinməsini tələb etmişdir. Cavabdeh isə iddia qaldıraraq, İddiaçı tərəfindən qaz sayğacına müdaxilə nəticəsində 1555.20 manat məbləğində ziyan dəydiyini və sonuncunun sayğacı yarasız hala salması nəticəsində 64.67 manat məbləğində debitor borcunun yarandığını iddia etmiş və vurulmuş ziyanın və debitor borcunun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı dəyişdirilməsi üçün götürülmüş, bununla əlaqədar aktda sayğacda hər hansı qüsürün olması qeyd edilməmiş, qaz sayğacının laboratoriyada yoxlanılıb-yoxlanılmaması barədə iddiaçıya hər hansı məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, yalnız bir neçə ay sonra iddiaçıya borc hesablanmışdır. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul (borc) hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi 5 ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı adına xx.xx.2023-cü il tarixli akt üzrə 1555.20 manat məbləğində borc hesablanmış və istismara yararsız hala salınmış qaz sayğacının dəyəri 64.67 manat məbləğində müəyyən edilmişdir. Lakin, həqiqətin müəyyən edilməsi üçün qaz sayğacına baxış keçirmiş əməkdaşların məhkəmə iclasında iştirakı təmin edilməmiş, qeyd edilən borcun hansı əsasla hesablanması, iddiaçının qaz sayğacına hər hansı qanunsuz müdaxiləsinin olması və ya iddiaçının təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində həmin borcun yaranmasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İlk iddia tələbi üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə də İddiaçı təqsirli hərəkətləri nəticəsində Cavabdehnə 1555.20 manat məbləğində ziyan dəyməsi öz tədiqini tapmır. Həmçinin ilk iddia tələbi üzrə iddiaçının sayğaca qanunusuz müdaxiləsi öz təsdiqini tapmadığından yarasız hala salınmış sayğacın dəyərinin də ondan tələb edilməsi əsassızdır. Belə olan halda isə iddiaçıya heç bir əsas olmadan 1555.20 manat borcun hesablanması və yarasız hala salınmış sayğacın dəyəri olan 64.67 manat pulun ona debitor borcu kimi hesablanması ilk iddia tələbi üzrə iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də məhkəmə ilk iddia tələbinin təmin edilməsi, iddia tələbinin isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı saylı akt üzrə İddiaçı hesablanmış 1555.20 manat məbləğində borc və sayğacın yarasız hala salınmasına görə hesablanmış 64.67 manat məbləğində borc silinməli, iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı saylı akt üzrə İddiaçı hesablanmış 1555.20 manat məbləğində borc və sayğacın yarasız hala salınmasına görə hesablanmış 64.67 manat məbləğində borc silinsin. Cavabdeh İddiaçı qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh iddiası üzrə ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar