Məhkəmə qərarları › İş №2(042)-240/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-240/2023

08.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-240/2023 08.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Nərimankənd kəndində xx.xx.1971-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabilyyətsiz hesab edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X5 onun doğma dayısı qızıdır. E.Həsənova anadangəlmə ruhi xəstədir və onu bu yaşadək onlar saxlayıb idarə edir. Ema Həsənova özünü idarə etmək iqtidarında deyildir. Özünün idarə etməsini itirmişdir. Bir sözlə özünə aid olan işləri görə bilmir. Özünün hərəkət və davranışlarını bilmir. Bütün işlərində ona yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. O, Ema Həsənovanın bütün işlərini - yemək içməyini əyin başını və digər işlərini həll edir. Bunu yaxın qonşuları və eləcə də Gədəbəy rayonu Nərimankənd kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslər də təstiq edə bilərlər. X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxiatriya xəstəxanasında, eləcə də Gədəbəy rayon Polikilinkasında ruhi-əsəb xəstəliklərin qeydiyyatında durur. Orta dərəcəli əqli gerilik, davamlı davranış pozuntusu xəstəliyi ilə qeydiyyatda durur. Onun qulluğa ehtiyacı var. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 05 iyun 1971-ci ildə anadan olmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 83 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinin 11 nömrəli ev təsərrüfatlarının uçotu kitabınının 76-cı səhihifəsində qeyd edilmişdir. İşdə olan Gəncə Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli stasionar çıxarış vərəqəsindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında "Orta dərəcəli əqli gerilik, davamlı davranış pozuntuları" diaqnozu ilə stasionar müalicədə olmuşdur. İşdə olan TƏBİB “Gədəbəy rayonu Mərkəzi rayon Xəstəxanası” PHŞ Poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 "Orta dərəcəli əqli gerilik, davamlı davranış pozuntuları" diaqnozu ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquq şəxsi X4 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 192 nömrəli rəydən görünür ki, xx.xx.1971-ci il tarixdə doğulmuş X5 orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X5 ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquq şəxsi X4 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 192 nömrəli rəyə əsasən, E.Həsənova orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xroniki xəstəliyindən əziyyət çəkir və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Odur ki, E.Həsənova öz hərəkətlərinin mənasını tam anlayıb, hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1971-ci il təvəllüdlü Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar