Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-269/2022 11.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.01.2001-ci il tarixli, JN-135 KOD 50532028 saylı Torpağın Mülkiyyətə X1ra məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.01.2001-ci il tarixli qərarı ilə tərtib edilmiş JN-135 KOD 50532028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən ona, digər Ərizəçi2 və başqa ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verilmişdir. Həmin sənəddə onun ata adı səhvən Ərizəçi1 Nazim oğlu, digər ərizəçinin ata adı isə X2 yazılmışdır. O, həmin torpaq sənədinə Çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, ərizənin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun qohumudur. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.01.2001-ci il tarixli qərarı ilə tərtib edilmiş JN-135 KOD 50532028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən ərizəçilərə və digər ailə üzvlərinə 0.06 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin sənəddə ərizəçilərin ata adı səhvən Nazim kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.01.2001-ci il tarixli, JN- 135 KOD 50532028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, digər ailə üzvləri ilə birlikdə X6 və Ərizəçi1 Nazim oğluna 0.06 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsgərov X13 rayonunun Qaradağ kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəsulova X12 rayonunun Gərgər kəndində yaşayır. İşdə olan X3 surətindən görünür ki, Ərizəçi1 xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonunun Qaradağ kəndində doğulmuşdur. İşdə olan X3 surətindən görünür ki, X9 xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonunun Arıqdam kəndində doğulmuşdur. İşdə olan X4 surətindən görünür ki, X8 və X11 nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Rəsulova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.01.2001-ci il tarixli qərarı ilə verilmiş, JN-135 KOD 50532028 saylı Torpağın Mülkiyyətə Verilməsinə X7 Elşən Kazım oğlu, Ərizəçi2 və digər ailə üzvlərinə məxsus olması faktı təsdiq edilmişdir və bu fakt ərizəçilərin mülkiyyət hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçilərin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15.01.2001-ci il tarixli qərarı ilə verilmiş, JN-135 KOD 50532028 50526018 saylı Torpağın Mülkiyyətə Verilməsinə X7 Elşən Kazım oğlu, Ərizəçi2 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-269/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-269/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver