Məhkəmə qərarları › İş №2(042)-273/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-273/2021

17.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-273/2021 17.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdeh X11 və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh X13 qarşı vərəsəlik hüququndan məhrumetə tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X13 qarşı X11 mərhum oğlu X6 münasibətdə vərəsəlik hüququndan məhrum edilməsi (ləyaqətsiz vərəsə) tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1993-cü il tarixdə cavabdeh X16 ilə nikah bağlamışdır. Cavabdehlə X16 ilə birlikdə yaşadıqları dövrdə yəni, xx.xx.1995-ci il tarixdə övladları X14 doğulmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, aliment təyin edilmişdir. Oğlu Elmarı o böyütmüşdür. Cavabdeh X16 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün heç bir köməklik göstərməmişdir. X22 Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüş əməliyyatı zamanı xx.xx.2020-ci il tarixdə şəhid olmuş, Gədəbəy rayonunun Novivanovka kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən şəhid ailələrinə bir dəfəlik olaraq 11 000 min manat konpensiyasiya və hər ay 500 manat olmaqla müavinət verilməsi qeyd edilmişdir. O, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə Gədəbəy rayonu Notarat kontoruna müraciət edən zaman sabiq həyat yoldaşı X11 vərəsə olaraq razılıq ərizəsinin olması tələb edilmişdir. O, həmin vaxt cavabdeh X7 notarat kontoruna gələrək ərizə veməsini xahiş etsə də o, gəlməkdən imtina etmiş və ərizə verməyəcəyini bildirmişdir. Bu barədə Gədəbəy Rayon Notarat Ofisi tərəfindən xx.xx.2021ci il tarixdə 21 saylı imtina məktubu verilmişdir. Hazırda cavabdehin özünü vərəsə hesab etməyə haqqı yoxdur. O, Elmarı heç bir maddi və mənəvi dəstək olmamış və eyni zamanda onun necə yaşaması və necə böyüməsi barədə heç zaman maraqlanmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X16 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, 1992-ci il tarixdən hərbi xidmətə çağırılmış, hərbi xidmətdə olduğu zaman 1996-cı il tarixdə iddiaçı məhkəməyə müraciət etmiş və aralarında olan nikah pozulmuşdur. İddiaçı ilə nikah pozulduqdan sonra azyaşlı uşağı o saxlamışdır. Lakin 1997-ci il tarixdə iddiaçı azyaşlı uşağını zorla ondan almış və uşağı ona göstərməmişdir. Hazırda mərhum oğlunun müharibədə şəhid olması ilə əlaqədar ona verilən sığorta pulu və digər imtiyazlar ona lazım deyil. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X11 vəkili X8 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki tərəflər 1993-cü il tarixdə rəsmi nikah bağlamışlar. Cavabdeh X16 ilə birlikdə yaşadıqları dövrdə, yəni, xx.xx.1995-ci il tarixdə övladları X14 doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Bundan sonra Elmarı İddiaçı böyütmüşdür. Cavabdeh Elmarı saxlamamış və ona ata qayğısı göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 və X9 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Arayışdan görünür ki, xx.xx.1995-ci il tarixdə doğulmuş X14 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İşdə olan Çıxarışın surətindən görünür ki, X16 və X4 arasında olan nikah pozulmuşdur. İşdə olan X3 surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyat nəticəsində odlu silahla zədələnmələr nəticəsində ölmüşdür. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X16 ilə X4 arasında mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsi vermək mümkün deyil. İşdə olan X1 surətindən görünür ki, X14 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Xalq Məhkəməsinin 2-97/1996-cı il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, tərəflər 1993-cü il tarixdə nikah bağlamışlar. Onların ailə münasibətlərindən xx.xx.1995-ci il tarixdə X14 doğulmuşdur. Gədəbəy rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Bundan sonra X10 İddiaçı böyütmüş, cavabdehvalideyn kimiuşağı saxlamaq öhdəliyini və valideynlik vəzifələrini yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, X16 mərhum oğlu X6 münasibətdə vərəsəlik hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. X16 mərhum oğlu X6 münasibətdə vərəsəlik hüququndan məhrum edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi X7 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar