Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-28/2024 01.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Ərizəçi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı xx.xx.2005ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində doğulmuş, hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Ərizədən görünür ki, X8 Ərizəçi oğludur. O, anadangəlmə psixi qüsurludur, öz hərəkətlərinin mənasını anlamır və özünü idarə edə bilmir. O, birinci dərəcəli əlildir. Onun bütün işlərində yaxından kömək etmək üçün ona qəyyum təyin edilməlidir. Ona görə də ərizəsinin təmin edilməsini haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısına məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətindən görünür ki, X9 ilə X4 birgə ailə münasibətlərindən 01 yanvar 2005-ci il tarixdə X8 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Mərkəzi X6 X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 “F 72.1 Ağır dərəcəli gerililik” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X14 X10 Şöbəsindən verilmiş Rəydən görünür ki, X1 Pozuntuları ilə müşayət olunan X15 Gerilik XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2005-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində doğulmuş, hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olan və yaşayan X8 ərizəçinin övladıdır. X8 anadangəlmə psixi qüsurludur və birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X14 X10 Şöbəsindən keçirilmiş məhkəmə psixiatrik ekspertizasının Rəyindən görünür ki, X1 Pozuntuları ilə müşayət olunan X15 Gerilik XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, xx.xx.2005-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində doğulmuş və hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində qeyddiyatda olmaqla yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində doğulmuş, hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olan və yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-28/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-28/2024
01.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver