Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-281/2024 29.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X14, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi, Cavabdeh4 və Cavabdeh3 qarşı Çıxarışların, X34 və Ölçü sənədinin,Texniki Pasportun ləğvi, vərəsə kimi tanınma, vərəsəli hüququnun bərpası, mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi tələbləri haqqında iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi, Cavabdeh4 və Cavabdeh3 qarşı nənələri X7 və həyat yoldaşı babaları Mustafayev Bəşirin qanuni istifadələrində olmuş Gədəbəy rayonunun İsalı kəndində yerləşən fərdi yaşayış evi, 0,25 ha həyətyanı torpaq sahəsi və çöldəki pay torpaq sahəsi ilə bağlı Gədəbəy Rayon Notariat Ofisində açılmış miras işinin bütün icraatının, o cümlədən, həmin əmlaklarla bağlı verilmiş mülkiyyət hüququ haqqında Şəhadətnamələrin və Çıxarışların ləğv edilməsi və həmin daşınmaz əmlaklarla bağlı qanuni vərəsələrin hamısının iştirakı ilə yenidən mirasın açılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələblərini dəqiqləşdirmiş, Gədəbəy rayonunun İsalı kəndində yerləşən fərdi yaşayış evinə və 0,25 ha həyətyanı torpaq sahəsinə nənəsi X6 hüququnu rəsmiləşdirən ********** qeydiyyat saylı Çıxarışın məzmununda qismən dəyişiklik edilərək, nəvəsi X8 adının Çıxarışdan silinməsi, əvəzində hüquq sahibi kimi oğlu atası X9 adının yazılması,eləcə də həmin fərdi yaşayış evinə və 0,25 ha həyətyanı torpaq sahəsinə, kəndin ərazisində atasına və anasına verilmiş çöl pay torpaq sahəsinin atasının payı hissəsində anası Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat sayı olan və DƏDRX-nin 54 saylı reyester kitabının 61-ci vərəqində qeydiyyata alınmış Çıxarışın, həmçinin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin anasıının adına verdiyi xx.xx.2022-ci il tarixli, A№693010 saylı **********54 saylı reyesterdə qeydə alınmış X34 və ölçüsünün, eləcə də həmin fərdi yaşayış evinə və 0,25 ha həyətyanı torpaq sahəsinə,çöl pay torpaq sahəsinin atasının payı hissəsində anası X3 adına verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli,********** qeydiyyat saylı, DƏDRX-nin reyesterində **********54 sayda qeydə alınmış digər Çıxarışın, eləcə də qardaşı Ülfətin oğlu Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat saylı və DƏDRX-nin 28 saylı kitabının 44-cü səhifəsində qeydə alınmış Çıxarışın, həmçinin həmin fərdi yaşayış evinə və 0,25 ha həyətyanı torpaq sahəsinə, çöl pay torpağının atasının payı hissəsinə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin Cavabdeh3 adına verdiyi xx.xx.2022-ci il qeydiyyat tarixli,**********50-10301 saylı reyesterdə qeydə alınmış Texniki pasportun ləğv edilməsi, eləcə də atasının həyat yoldaşı kimi 1. anası Cavabdeh4 və övladları- 2. İddiaçı,3. X10,4. X4 və 5. X8 atasının qanuni vərəsələri kimi tanınması və onun İsalı kəndində yerləşən daşınmaz əmlakları ilə bağlı digər qanuni vərəsələrinin, o cümlədən, onun cavabdehlər tərəfindən pozulmuş vərəsəlik hüququnun bərpası və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq, mirasın qəbulu müddətinin qanunvericiliyə uyğun uzadılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə anadan olduğu Gədəbəy rayonunun İsalı kəndinə anası Cavabdeh4 baş çəkməyə getmişdir. Söhbət zamanı anasının ona verdiyi hüquqi sənədlərdən ona məlum olmuşdur ki, ki,nənəsi,yəni, atasının anası X5 Gədəbəy rayonu, İsalı kəndində qalmış və hazırda anasının yaşadığı fərdi yaşayış evi və istifadə etdiyi 0,25 ha həyətyanı torpaq sahəsi,eləcə də çöldəki pay torpaq sahəsi 09 fevral 2022ci il tarixdə qanuni vərəsəlik yolu ilə mərhum qardaşı Ülfətin oğlu Cavabdeh3 verilmişdir. İsalı kəndində babası Bəşirlə nənəsi Gilasa məxsus olmuş fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən nənəsi X6 adına 30.12. 2021-ci il tarixdə Texniki Pasport verilmişdir. xx.xx.2021-ci il tarixdə isə həmin fərdi yaşayış evinə və 0,25 ha həyətyanı torpaq sahəsinə nənəsi X6 hüququnu rəsmləşdirən Çıxarış verilmişdir.Həmin Çıxarışda hüquq sahibi kimi X15 və X20 qeyd edilmişdir. Həmin evə və torpaq sahəsinə yenə xx.xx.2021-ci il tarixdə digər Çıxarışla Cavabdeh4 mülkiyyət hüququ qeydə alınmışdır. Daha sonra yenə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci ildə həmin fərdi yaşayş evinə və torpaq sahəsinə anası Cavabdeh4 adına X34 və Ölçüsü sənədi verilmişdir. Həmin sənədlərin tərtibinə əsas kimi Gədəbəy Rayon Notariat X41 X24 xx.xx.2022-ci il tarixli Şəhadətnaməsi olmuşdur. Həmin evə və torpaq sahəsinə Qeydiyyat tarixi xx.xx.2022-ci il olan, yeni bir Çıxarışda bir daha hüquq sahibi kimi anası X11 qeyd edilmişdir. Yenə həmin evə və torpaq sahəsinə elə həmin gün, yəni, xx.xx.2022-ci il tarixdə mərhum qardaşı Ülfətin oğlu Cavabdeh3 mülkiyyət hüququ qeydə alınmış və müvafiq Çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin fərdi yaşayış evinə və torpaq sahəsinə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Texniki Pasport verilmişdir. Bu sənədlərdən aydın olur ki, babası Bəşirlə nənəsi Gilasdan qalmış həmin fərdi yaşayış evi və torpaq sahəsi digər vərəsələrdən gizlin olaraq, qanunsuz yolla Cavabdeh3 verilmişdir. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin hamısının Cavabdeh3 verilməsi tamamilə qanunsuz olub,digər vərəsələrin hüquqlarının pozur. Belə ki,Gədəbəy rayonunun İsalı kəndində yerləşən bu fərdi yaşayış evi və onun 0,25 ha həyətyanı torpaq sahəsi nənəsi X15 ilə onun həyat yoldaşı babası Bəşir Mustafayevin məxsus olmuşdur. X27 06 iyul 2003-cü il tarixdə vəfat etmişdir. Nənəsi və babasının dörd övladı olmuşdur. Atası Eyvaz babası ilə nənəsinin sağlığında və onların ölümündən sonra sonra həmin evdə yaşamış, digər qardaşları və bacısı başqa yerlərdə yaşamışlar. Atası 02 may 2021-ci il tarixdə vəfat edənə qədər bu evdə yaşamış, təsərrüfatı idarə etmiş,torpaq sahələrindən istifadə etmişdir. Çöl torpaq sahələri də anası ilə atasına verilmişdir. Göründüyü kimi babası ilə nənəsinin ölümlərindən sonra da atası Mustafayev Eyvaz bu evdə yaşamaqla və torpaq sahələrindən istifadə etməklə mirası qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməmişlər. Atasının ondan başqa daha üç övladı olmuşdur. Onlardan Mədinə və Ülfət də vəfat etmişlər. Vüsəl isə Ukrayna Respublikasmdə yaşayır. Beləliklə, nənəsi Gilasın qanun üzrə vərəsəsi anası Cavabdeh4 deyil, atası Eyvazdır. Anasının bu əmlaka heç bir hüququ yoxdur. Həqiqi vərəsələr olduğu halda, daşınmaz əmlakın anası Cavabdeh4 adına keçirilməsi qanunsuz olmuşdur. Qanuni istifadədə olan daşınmaz əmlakın nənəsi Gilasın adına özəlləşdirilməsi qanunauyğundur. Ancaq həmin daşınmaz əmlakla bağlı sonrakı əməliyyatlar qanunsuz olmuş və digər qanuni vərəsələrdən gizli aparılmaqla onların hüquqlarını pozmuşdur. Nənəsi Gilasın adına Çıxarış tərtib edildikdən sonra ondan miras qalmış əmlak atasına keçməli, atası vəfat etdikdən sonra isə onun dörd övladına keçməli idi. Amma cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmlak Cavabdeh3 mülkiyyətinə keçmişdir. Çünki Cavabdeh4 Gilas Mustafayevanın vərəsəi olmamışdır. Nənəsi Cavabdeh4 bu əmlakı nə hədiyyə etmiş, nə də vəsiyyət etmişdir. Gədəbəy Rayon Notariat Ofisinin notariusu Telli İsmayılovanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Ərazi İdarəsinə göndərdiyi məktublardan aydın olur ki, İsalı kəndində yerləşən həmin fərdi yaşayış evinə,0,25 ha həyətyanı torpaq sahəsinə və çöl torpağına X24 şəhadətnamələri o,vermişdir. Həmin məktublardan görünür ki, Cavabdeh4 mərhum əri X9 qanun üzrə vərəsəsidir.Ondan miras qalmış Gədəbəy rayonu, İsalı kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və çöl torpaq sahəsinə dair qanun üzrə X24 şəhadətnamə almaq üçün ərizə ilə notariat ofisinə müraciət etmişdir.Onun təqdim etdiyi sənədlərə əsasən notariat ofisinin notariusu Telli İsmayılova Cavabdeh4 əri X9 qanun üzrə vərəsəsi olduğunu müəyyən etdiyini qeyd edir. Lakin digər vərəsələr barədə heç bir məlumat yoxdur. Həmin məktublardan o da görünür ki, Cavabdeh3 Gədəbəy rayonu, İsalı kəndində yerləşən həmin əmlaka dair qanun üzrə X24 şəhadətnamə almaq üçün xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət etmişdir.Onun təqdim etdiyi sənədlərdən miras qoyan atası X8 qanuni vərəsəsi olduğunu müəyyən edilmişdir. Onun təqdim etdiyi sənədlərdən nənəsi X6 qanun üzrə vərəsəsi olduğunu müəyyən edilmişdir. Bu məktublardan o da məlum olur ki, eyni zamanda atası,anası Gilas və oğlu Ülfət həmin əmlakın mülkiyyətçiləridirlər. Yəni, cavabdelər qeyd olunan daşınmaz əmlakla bağlı qanunsuzluğa yol vermiş, bir tərəfin xeyrinə digər qanuni vərəsələrdən gizlin Gədəbəy Rayon Notariat Ofisində və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsində qanunsuz əməliyyatlar aparılmaqla Cavabdeh3 həmin daşınmaz əmlaka qanuni vərəsəlik hüququ haqda şəhadətnamə və Çıxarış verilmişdir. Vərəsəliyin açılması elan olunmamış, yeri və vaxtı barəsində də digər vərəsələr qanuni qaydada məlumatlandırılmamışlar. 24 sentyabr 2021-ci il tarixdə isə anası Gədəbəy rayonu,İsalı kəndində yerləşən həmin daşınmaz əmlakı nəvəsi Cavabdeh3 verilməsi ilə bağlı vəsiyyətnamə vermişdir və bu vəsiyyətnaməni Gədəbəy Rayon Notariat Ofisinin notariusu X26 möhürü və imzası ilə təsdiqləmişdir. Bu qanunsuz hərəkətlərdə Gədəbəy rayonunun Mor-Mor kənd sakini X16 təsiri olmuşdur. Belə ki, atası vəfat edəndən 2-3 gün sonra o, İsalı kəndində yerləşən evi və həyətyanı torpaq sahəsini evə gətirdiyi qohumu olan iki qadına satmağı təklif etmiş, lakin ona etiraz etmişlər. 23 sentyabr 2023-cü il tarixdə o, kənddə olarkən Ərəstun ona demişdir ki, bəzi sənədlərdə atasının və anasının adı düz yazılmayıb. Atasının təqaüdü daha çox olduğundan,anası o təqaüdü almalıdır. Bunun üçün isə sənədləşmə işləri görülməlidir. Bu işləri görməsi üçün ona etibarnamə vermişdir. Sənədlərdən aydın olur ki,ondan bir gün əvvəl Cavabdeh3 də ona aidiyyəti qurumlarda təmsil etməsi üçün etibarnamə vermişdir.Ondan bir gün sonra anası Cavabdeh4 da Ərəstuna belə bir etibarnamə vermişdir. Əgər Gədəbəy Notariat Ofisində İsalı kəndindəki fərdi yaşayış evi və toıpaq sahələri ilə bağlı vərəsəlik işlərində hamısının nümayəndəsi kimi Ərəstunun onları təmsil etməsi müəyyən olunarsa,onda bu işlər edildiyi vaxtdan etibarsız sayılmalıdır.Çünki Ərəstun eyni zamanda maraqları üst-üstə düşməyən şəxsləri eyni iş üzrə təmsil edə bilməz. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxpışı iclasında İddiaçı nümayəndəsi X14 iddia tələblərini müdafiə etmiş, eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı onun bibisidir. O da iddiaçı da sənədləşdirilmə aparılması üçün könüllü olaraq, Ərəstun adlı şəxsə etibarnamələr vermişlər. İddiaçı və digər vərəsələr miras əmlakı qəbul etməmişlər. Onun tərəfindən miras qalımış əmlakın sənədləşdirilməsi ilə əlaqədar heç bir qanunsuz hərəkətlər edilməmişdir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Мəhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi və Cavabdeh4 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5. və 185.6-cı mаddələrinə əsasən işə cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi və Cavabdeh4 işтirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikasının MPM-nin 76.1 və 76.2-ci maddələrə əsasən işdə iştirak edən şəxslərin izahatlarında göstərilən məlumatlar sübutların bir növüdür. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan X13 surətindən görünür ki, X15 06 iyul 2003-cü il tarixdə ölmüşdür. İşdə olan X13 surətindən görünür ki, X21 03 fevral 2021-ci il tarixdə ölmüşdür. İşdə olan X13 surətindən görünür ki, X20 13 avqust 2012-ci il tarixdə ölmüşdür. İşdə olan X28 Şəhadətnamənin surətindən görünür ki, X21 və X17 28 iyun 1993-cü il tarixdə nikah bağlamış, arvad Mustafayeva soyadını götürmüşdür. İşdə olan Arayışın surətindən görünür ki, X21 və Cavabdeh4 nikah münasibətlərindən 19 fevral 1976-cı il tarixdə X20 doğulmuşdur. İşdə olan X12 surətindən görünür ki, Cavabdeh3 X8 övladıdır. İşdə olan X34 və Ölçüsü sənədindən görünür ki, Cavabdeh4 Gədəbəy rayonu, İsalı kəndində xüsusi mülkiyyətində olan 0.25 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalarına aid olan torpaq sahəsi ilə əlaqədar 09 fevarl 2022-ci il tarixdə tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, 29 dekabr 2021-ci il tarixdə Gədəbəy rayonu, İsalı kəndində olan 0,25 ha ölçüdə həyətyanı torpaq sahəsinə X8 və həmin torpaq sahəsinin üzərində yerləşən 213 kvm ölçüdə fərdi yaşayış evinə X6 mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, 29 dekabr 2021-ci il tarixdə Gədəbəy rayonu, İsalı kəndində olan 0,25 ha ölçüdə həyətyanı torpaq sahəsinə Cavabdeh4 və X9 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, 09 fevral 2022-ci il tarixdə Gədəbəy rayonu, İsalı kəndində olan 0,25 ha ölçüdə həyətyanı torpaq sahəsinə Cavabdeh4 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, 09 fevral 2022-ci il tarixdə Gədəbəy rayonu, İsalı kəndində olan 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində olan 213 kvm fərdi yaşayış evinə Cavabdeh3 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan 13 yanvar 2022-ci il tarixli X40 Haqqında Şəhadətnamənin surətiindən görünür ki, X6 vərəsəsi Cavabdeh3 olmuş və o,X6 Gədəbəy rayonu, İsalı kəndində yerləşən ümumi sahəsi 213 kvm olan fərdi yaşayış evini miras kimi qəbul etmişdir. İşdə olan 13 yanvar 2022-ci iol tarixli X40 Haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 vərəsəsi Cavabdeh4 olmuş və o, X9 Gədəbəy rayonu, İsalı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin onun payına düşən hissəsini miras kimi qəbul etmişdir. İşdə olan 13 yanvar 2022-ci il tarixli X40 Haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 vərəsəsi Cavabdeh3 olmuş və o,X8 Gədəbəy rayonu, İsalı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini miras kimi qəbul etmişdir. İşdə olan Gədəbəy RİHB-nın İsalı Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Arayışdan görünür ki, mərhum X18 və mərhum X1 Emil Ülfət oğlunun ailə üzvləri olmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsinə əsаsən Аzərbаycаn Rеspublikаsındа mülkiyyət tохunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən хüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək hüquqlаrındаn ibаrətdir. Hеç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən mаnеəsiz istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyеktin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.1-ci mаddəsinə əsаsən mülkiyyətçinin mülkiyyət hüququnun tаnınmаsını tələb еtmək hüquq vаrdır. Məcəllənin 139-1.1ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, X24, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən X40 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən X40 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1 və 1159.1.1-1159.1.3-cü maddələrinə əsasən X40 zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar X40 zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölэüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа эörə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə эörə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. İddiaçı qanun üzrə X24 şəhadətnamələrin etibarsız hesab edilməsi tələb etmiş və bu tələbini şəhadətnamələr verilərkən notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən edilməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmənin qənaətinə görə notariat orqanı tərəfindən mirasın qanunla müəyyən edilmiş qəbuletmə müddətinin keçməsi nəzərə alınmaqla mirası qəbul etmək niyyətini ifadə edən vərəsəyə şəhadətnamələr verilməsi qanun pozuntusu kimi qiymətləndirlməməli və bu əsaslara görə şəhadətnamələr etibarsız hesab edilməməlidirlər. Eyni zamanda, məhkəmə nəzərə alır ki, iddia ərizəsi məhkəməyə 08 yanvar 2024-cü il tarixdə, yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı çıxarıldıqdan sonra daxil olmuşdur və mübahisə münasibətlər yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə uyğun olaraq həll edilməli, iddiaçı tərəfindən mirasın qəbul edilməsi halının da sübut edilmədiyi nəzərə alınmalıdır. İddiaçı bu şəhadətnamələr əsasında verilmiş hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların da ləğv edilməsini və dəyişdirilməsini tələb etmişdir. Lakin məhkəmə nəzərə alır ki, Qanun üzrə X2 etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün onların əsasında edilmiş qeydlər də ləğv edilməməli və ya dəyişdirilməmlidirlər. İddiaçı tərəfindən mirasın qəbuletmə müddətinin uzadılması üçün əsas ola biləcək hallar da göstərilməmiş, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçının digər vərəsələrlə əlaqədar iddia tələbi ilə müraciət etmək hüququ da yoxdur. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı çöl torpağı, yəni, kənd təsərrüfatı təyinatlı torpaq sahəs ilə əlaqədar verilmiş Çıxarışların, yəni, qeydlərin də ləğv edilməsi haqqında tələblə müraciət etmiş, lakin məhkəmə araşdırması zamanı belə qeydlərin olması barədə sübutlar təqdim etməmiş, bu halları təsdiq edən Çıxarışlar müəyyən edilməmişdir. Bundan başqa, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin iddiaçının anasının adına verdiyi xx.xx.2022-ci il tarixli A№693010 saylı **********54 saylı reyesterdə qeydə alınmış X34 və Ölçüsünün, fərdi yaşayış evinə və 0,25 ha həyətyanı torpaq sahəsinə, çöl pay torpağının atasının payı hissəsinə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin Cavabdeh3 adına verdiyi xx.xx.2022-ci il qeydiyyat tarixli **********50-10301 saylı reyesterdə qeydə alınmış Texniki Pasportun ləğv edilməsi tələblərinə məhkəmədə mülki icraat qaydasında baxıla bilməz və bu tələblər üzrə icraata xitam verilməlidir. İddia tələbləri təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid eilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:izuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-281/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-281/2024
29.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver