Məhkəmə qərarları › İş №2(042)-296/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-296/2021

09.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-296/2021 09.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X33 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras qalan əmlaka məcburi payın müəyyən edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi, miras qalmış əmlakdan məcburi payın müəyyən edilməsi və həmin pay düşən hissəyə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, nənəsi X45 və X3ndan miras qalan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən sahəsi 2497.33 kv.m olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 146 kv.m olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməklə payının müəyyən edilməsi və həmin mülkün vərəsəlik qaydasında payına düşən hissəsində köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinə əlavə və dəyişiklik aparılması barədə məhkəməyə ərizə verərək, nənəsi X45 və X3ndan miras qalan əmlaklara məcburi payın qəbulu üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, onlardan miras qalmış Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən sahəsi 2497.33 kv.m olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş sahəsi 146.0 kv.m olan fərdi yaşayış evindən ibarət mirasa məcburi payın müəyyən edilməsini və onun həmin paya düşən hissəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən ümumi sahəsi 2497.33 kv.m olan torpaq sahəsində yerləşən 146.0 kv.m olan 1956-cı ildə inşa edilmişdir. Həmin evin yerləşdiyi 2497.33 kv.m torpaq sahəsi əvvəllər babası X26 məxsus olmuş və o, ailəsi ilə, yəni arvadı X37, övladları ilə birlikdə orada olan köhnə daxma tipli tikilidə yaşamışlar. X3 1926-cı ildə orada dünyaya gəlmiş, böyüyüb boya-başa çatmışdır. Atası 1956-cı ildə orada olan hazırki 2 mərtəbəli, 4 otaq, bir aynabənd, bir mətbəxdən ibarət evi inşa etmiş, lakin atası həmin vaxtlar polis orqanlarında xidmət etdiyi üçün həmin evi özünün deyil, anası Sultanın və qardaşı Tapdığın adına sənədləşdirmişdir. Daha sonra babası İsmayıl 1947-ci ildə Böyük vətən müharibəsində itkin düşmüşdür. Atası, digər qardaşı və bacıları Tapdıq Sarıyev, Qüdrət Sarıyeva, Səltənət Sarıyeva isə orada yaşamağa davam etmişlər. Bacıları Qüdrət və Səltənət nənəsi ölməmişdən çox əvvəl ailə quraraq başqa təsərrüfatlara köçmüş və öz ayrıca evləri olmuşdur. X62 rayonunda xidmətini davam etməsi ilə bağlı olaraq onlar müvəqqəti Ağdam rayonuna getmişlər. Buna baxmayaraq, atası daimi olaraq baba-nənə yurdu olan həmin evə getmiş, orada qalmış, orada mal-qara saxlamış və həmin evin torpaq sahəsində əkin- biçinlə məşğul olmuşdur. X52 2006-cı ildə ölmüşdür. Əmisi Tapdıq da həmin evdə yaşamışdır. Əmisinin birinci arvadı Solmaz Sarıyeva 2002-ci ildə dünyasını dəyişmişdir. Sonra əmisi Tapdıq iş üzrə Cavabdeh ilə ailə qurmuşdur. 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdükdən sonra atası ata-ana yurduna qayıdaraq orada daimi yaşamış, heyvandarlıq, əkin-biçinlə məşğul olmuşdur. Atası Hüseyn 2009-cu ildə dünyasını dəyişmişdir. O, özü isə 2006-cı ilə qədər həmin evə ata yurdu kimi daim gedibgəlmiş, lakin 2006-cı ildə həbs olunmuş və 2020-ci ilin iyul ayında cəzasını çəkib azadlığa buraxılmışdır. Bu səbəbdən də atasının ölümündən sonra valideynlərindən qalan həmin əmlakla bağlı hər hansı sənədləşdirmə iş görə bilməmişdir. Həbsdən azad olunandan sonra yaşamağa evi olmadığından həmin evdən istifadə etmək, orada yaşamaq üçün getdiyində isə Cavabdeh ona hədə-qorxu gələrək buna imkan verməmişdir. Cavabdeh əmlakın vərəsələr arasında bölünməsinə də razılıq vermir. O da əmlaka dair hər hansı hüquq müəyyənedici sənəd olmadığından notariat orqanına da müraciət edə bilməmişdir. Nənəsi onun adına olan torpaq sahəsini və orada atası tərəfindən tikilmiş,lakin nənəsinin adına olan evi əmisi Tapdıq Sarıyevə vəsiyyət etmişdir. Həmçinin Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən 2497.54 kv.m həyətyanı torpaq sahəsinə dair X9 adına DT və XK-nin Gədəbəy rayon Şöbəsi tərəfindən seriya A143541 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsinə onun heç bir iddiası yoxdur. Əmisi Tapdığın adına olan torpaq sahəsi, mübahisəli olan DT və XK-nin Gədəbəy rayon Şöbəsi tərəfindən seriya A, 143540 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş sahəsi 2497.33 kv metr olan torpaq sahəsindən ayrıdır. Həmin torpaq sahələri arasında yol vardır. Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən 146.0 kv.m, 3 yaşayış otağından ibarət olan fərdi yaşayış evinə dair X21 (payı 1\2 hissə) və X9 (payı 1\2 hissə) adlarına 178 inventar nömrəli 1989-cu il tarixli texniki pasport tərtib edilmişdir. X63 2015-ci ildə, əmisi Tapdıq Sarıyev 2012-ci ildə, bibisi Səltənət Sarıyeva 2009-cu ildə ölmüşdür. Digər bibisi Qüdrət Sarıyeva isə yaşayır. Bibisi Səltənətin övladlarının, Qüdrətin, həmçinin onun qardaşlarının, eyni zamanda əmisi Tapdığın birinci nikahından olan qızı Afər İsgəndərovanın heç birinin həmin əmlakla bağlı hər hansı iddiaları yoxdur. Onlar mülkdəki öz paylarını ona verirlər. Cavabdeh həmin evdən kiməsə pay ayrılmasını istəmir və bundan imtina edir. O, nənəsi Sultan və babası İsmayıldan atasına miras qalan sahəsi 2497.33 kv.m olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində atası tərəfindən tikilmiş və nənəsinə məxsus olmuş sahəsi 146.0 kv.m olan fərdi yaşayış evindən məcburi pay tələb edir. Belə ki, nənəsi Səltənət ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini əmisi Tapdığa vəsiyyət etsə də, atası Hüseyn nənəsi ölməmişdən və öldükdən sonra nənəsindən miras qalmış evdə yaşamış, torpaq sahəsindən istifadə etmiş, lakin məcburi payını rəsmiləşdirmədən ölmüşdür. O, da atasından qalmış məcburi paya qanun üzrə vərəsə hesab edildiyindən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Dəyirmandağ kəndində anadan olmuşdur. O, 2004-cü ildə mərhum Tapdıq Sarıyevlə evlənmişdir. Tapdıq ilə nikahlarını 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Aslanova Sultan bütün əmlakını onun əri Tapdığa vəsiyyət etmişdir. İddiaçının atası həmin evə bir iki dəfə gəlmişdir. İddiaçı şzü isə 2006-cı ildə adam öldürdüyünə görə 14 il müddətində həbs olunmuşdur. Qaynı Hüseyn və qayınanası Sultan rəhmətə gedən vaxtdan iddiaçı evə gəlib-getməmişdir. Qaynı Hüseyn isə o gəlin gəldikdən sonra həmin evə qonaq kimi gəlib-getmişdir. Hüseyn gəlin gəlməmişdən qabaq isə həmin evdə yaşamışdır. İddiaçının evə və torpaq sahəsinə heç bir hüquq yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. X12 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun əmisi X22 nəvəsidir. Cavabdeh əmisi oğlu Tapdığın arvadıdır. O, qohum olmaqla yanaşı, Hüseyngilin qonşusu olmuşdur. Hazırkı Dəstəgül yaşadığı ikimərtəbəli evi İddiaçının atası Hüseyn 1956-cı ildə tikmişdir. Sultan gilin ailəsində imkanı olan Hüseyn olmuşdur. Hüseyn Gədəbəy rayon Polis şöbəsində işləmiş, sonra Ağdam rayonunda xidmət etmişdir. Gədəbəy Polis şöbəsində işləyərkən həmin evi Hüseyn tikmiş, bu evdə yaşamışdır. İddiaçının atası Hüseyn ailədə iki qardaş, iki bacı olmuşlar. Bacıları ailə quraraq köçüb ayrı yaşamışlar. Evdə Sultan və oğlu Tapdıq ailəsi ilə yaşamışdır. Hüseyn də evə gəlib getmiş, həyətlərində heyvan saxlamışlar. 1993cü il tarixdə Hüseyn Ağdam rayonundan məcburi olaraq köçmüş və həmin evdə yenidən yaşamağa başlamışdır. 2002-ci ildə Tapdığın arvadı ölmüş, 2005-ci ildə Dəstəgüllə ailə qurmuşdur. Sultan 2006-cı ildə ölmüşdür. Hüseyn isə 2009-cu ildə xəstəlikdən ölmüşdür. İddiaçı həbs olunana qədər həmin ata yurduna daimi olaraq gedib-gəlmişdir. 2006-cı ildə hələ atası sağlığında Yadigar həbs edilmiş, həbsdən 2020-ci ildə buraxılmışdır. Yadigar dəfələrlə ata-baba yurduna gəlmiş, lakin Dəstəgül onu evə buraxmamışdır. Yadigar məcbur olub qonşularda qalır. X4 məhkəmə iclasında X12 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İşdə olan Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA № 075390 seriyalı Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayonu 1993-cü il tarixdə tərk etmişdir. Hazırda Gəncə şəhərində məskunlaşmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı müddətsiz olaraq ikinci qrup əlildir. İşdə olan AЗ № 116802 seriyalı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X14 xx.xx.1969-cu il tarixdə nikahlarını Gədəbəy rayonu Gər-gər sovetliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sarıyev, arvada Sarıyeva soyadı verilmişdir. İşdə olan AЗ № ******* seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Ağdam rayonunda doğulmuş, atası qrafasında X27, anası qrafasında X14 qeyd edilmişdir. İşdə olan AZ № 339382 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X38 xx xxxxxxxx 2007-ci il tarixdə nikahlarını Tərtər rayon VVADQ şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 228 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Ölüm səbəbi kimi “ağ ciyər ürək çatmamazlığı” göstərilmişdir. İşdə olan Asan xidmətin qeydiyyat orqanı tərəfindən verilmiş doğum haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X29 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X27, anası qrafasında X15 qeyd edilmişdir. İşdə olan vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli çıxarışdan görünür ki, X39 xx xxxxxx 1964-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Bu barədə 1964-cü ildə Ağdam rayon qeydiyyat şöbəsində 69 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası qrafasında X27, anası qrafasında X15 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X23 xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu Qarıkənd kəndində anadan olmuşdur. Anası qrafasında X15 qeyd edilmiş, ata qrafası boş saxlanılmışdır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X10 Gədəbəy rayon Gərgər kənd İcra nümayəndəliyində və Gədəbəy rayon Qeydiyyat şöbəsində Qarıkənd kəndində doğulmasına dair doğum haqqında akt qeydi aşkar edilməmişdir. Yoxlama xx.xx.1943-xx.xx.2009-cu illər doğum akt qeydləri üzrə aparılmışdır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X8 Gədəbəy rayon Gərgər kənd İcra nümayəndəliyində və Gədəbəy rayon Qeydiyyat şöbəsində Qarıkənd kəndində doğulmasına dair doğum haqqında akt qeydi aşkar edilməmişdir. Yoxlama xx.xx.1943-xx.xx.2020-ci illər doğum akt qeydləri üzrə aparılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin lazmi qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində ölmüşdür. Ölüm səbəbi kimi “hiporteniya-xəstəliyi” göstərilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüşdür. Ölüm səbəbi kimi “Mioxardin digenerasiyası” göstərilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazmi qaydada təsdiq edilmiş surətindən görünür ki, X29 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm səbəbi kimi “asfiksiya” göstərilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazmi qaydada təsdiq edilmiş surətindən görünür ki, X30 xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüşdür. Ölüm səbəbi kimi “Mioxardin digenerasiyası” göstərilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X37 xx.xx.2006-cı il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüşdür. Ölüm səbəbi kimi “Mioxardin digenerasiyası” göstərilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X31 65/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq bildiririk ki, Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən 2497.54 kv.m. həyətyanı torpaq sahəsinə dair X9 və Cavabdeh adlarına DT və XK-nın Gədəbəy rayon şöbəsi tərəfindən seriya A, 143541 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən 2497.33 kv.m. həyətyanı torpaq sahəsinə dair X24 adına DT və XK-nın Gədəbəy rayon şöbəsi tərəfindən seriya A, 143540 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən ümumi sahəsi 16.0 kv.m., 1 (bir) yaşayış otağından ibarət fərdi yaşayış evinə dair X5 adına 452 invantar nömrəli texniki pasport tərtib edilmişdir. Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən ümumi sahəsi 146.0 kv.m., 3 (üç) yaşayış otağından ibarət olan fərdi yaşayış evinə dair X21 (payı 14 hissə qeyd edilib) və X9 (payı 14 hissə qeyd edilib) adlarına 178 inventar nömrəli, mart 1989-cu il tarixli texniki pasport tərtib edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu, Qarıkənd kəndi üzrə X22 və X10 adlarına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindin Gədəbəy rayon Notariat kontorunun sorğusuna cavab olaraq verilmiş xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, 1915-ci il təvəllüdlü Qarıkənd kənd sakini Aslanov İsmayıl oğlu xx.xx.1947-ci ildə Böyük Vətən müharibəsində itkin düşmüşdür. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı mərhum atası X1 rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu, Gər-gər kənd XDS-nin 1991-1995-ci illərə dair 05 nömrəli təsərrüfatbaşına kitabın 324 şəxsi hesablı 39-cu səhifəsinə əsasən qeyd olunmuş ailə tərkibi vardır və aşağıdakı məlumatlar qeyd edilmişdir: 1) Ailə başçısı X30 1941; 2) X34 1943; 3) qardaşı X27 1929; 4) yengəsi X14. Ümumi torpaq sahəsi 0.25 ha. İşdə olan xx xxxx 2002-ci il tarixdə X37 tərəfindən verilmiş, Gədəbəy rayon X49 tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X2 rayonu, Qarıkənd kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa hamısını nəvəsi X17 vəsiyyət etmiş. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)- 490/2019 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı ərizəsi təmin edilmiş, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. İşdə olan Gədəbəy RİHB-nın Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 113 saylı arayışından görünür ki, Cavabdeh təsərrüfatlarının uçotu kitabının 31-ci səhifəsinə əsasən Qarıkənd kəndində qeydiyyatdadır və aşağıda adı göstərilən tərkibdə ailə üzvləri var: 1) özü Cavabdeh xx.xx.1963; 2) oğlu X50 xx.xx.1996; 3) qızı X35 xx.xx.2005. İşdə olan AZ № 141214 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X18 xx xxxx 2005-ci il tarixdə nikahlarını Gədəbəy rayon VVADQ şöbəsində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sarıyev, arvada Sarıyeva soyadı verilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş, X55 kitabında 120 nömrə ilə uçota alınmış A № 143541 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 Gədəbəy rayonu, Qarıkənd kəndində həyətyanı 2497.54 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş, X55 kitabında uçota alınmış A № 143540 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X32 Gədəbəy rayonu, Qarıkənd kəndində həyətyanı 2497.33 kv.m torpaq sahəsi verilmişdir. Mübahisəli əraziyə yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi və ev Gədəbəy rayonu Qarıkənd kəndində yerləşir. X9 adına olan torpaq sahəsi ilə X32 adına olan torpaq sahəsi yanaşıdır və həmin torpaq sahələrinin arasından təxminən 2-3 metr enində yol keçir. İddiaçı yolun sol tərəfində yerləşən X9 adına olan torpaq sahəsini mübahisələndirmir və həmin torpaq sahəsinə dair heç bir tələbi yoxdur. O, yolun sağ tərəfində yerləşən nənəsi X32 adına olan torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş evdən pay müəyyən olunmasını istəyir. İddiaçının X32 məxsus olduğunu bildirdiyi torpaq sahəsi üzərində fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evi iki mərtəbəli, köhnə tikilidir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X19 miras əmlak qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, iddiaçının miras əmlakdan məcburi payının olub-olmamasının və həcminin aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilir ki, Gədəbəy rayonu Qarıkənd kəndində miras qoyan X32 məxsus 2497.33 kv m sahəsi olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə dair Sultan Sarıyevanın adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsə də, onun adına X55 kitabında uçota alınmış A № 143540 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, fərdi yaşayış evinə dair isə 1989-cu il tarixli texniki pasport tərtib edilmişdir. Həmin daşınmaz əmlaklarla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhum X32 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi barəsində X24 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə xx xxx 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X6rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair mərhum X24 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlaklar onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X24 ölümündən sonra adına Gədəbəy rayonu, Qarıkənd kəndində həyətyanı 2497.33 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi və 2497.33 kv.m torpaq sahəsi X19 qalmış miras kütləsinə daxil edilməlidir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 rayonu, Qarıkənd kəndində yerləşən evini, ev əşyalarını və adına nə varsa hamısını nəvəsi X17 vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İddiaçı iddia qaldıraraq həmin miras əmlaklardan X3na düşən məcburi payın müəyyən edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası MM-in 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan Sultan Sarıyevanın dörd övladı olmuş, həmin uşaqlardan Qüdrət Sarıyeva və Səltənət Sarıyeva hələ miras qoyanın sağlığında gəlin köçüb başqa təsərrüfatda yaşamışlar. Onun ölümündan sonra isə miras əmlak təşkil edən torpaq sahəsindən qanun üzrə vərəsələri Sarıyev Tapdıq və Sarıyev Hüseyn istifadə etmiş, miras qalmış fərdi yaşayış evində yaşamışlar. Miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğundan Hüseyn Sarıyevin miras kütləsinə daxil olan torpaq sahəsinin və fərdi yaşayış evinin ¼ hissəsinə məcburi pay hüququ olmuş, həmin hissədə payı faktiki qəbul etsə də, rəsmiləşdirməmiş 2009-cu ildə ölmüşdür. Azərbaycan Respublikası MM-in 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Aydın olur ki, məcburi payı tələb etmək hüququ da vərəsəlik üzrə keçir. Belə ki, mirasda məcburi pay almaq hüququ olan şəxs, bu payı almadan ölərsə, onun bu hüququ qanun üzrə onun vərəsələrinə keçir. Mirasdan məcburi pay almaq hüququ olan şəxsin bu hüququ MM-nin 1159-cu maddəsi ilə müəyyən edilmiş, növbəlik qaydasında onun vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, İddiaçı mərhum H.Sarıyevin oğlu olduğundan onun birinci növbədə vərəsəsidir. İddiaçı tərəfindən atasından qalmış məcburi payın qəbul edilib edilməməsi, eləcə də müddətin buraxılıb-buraxılmaması məsələsini, buraxılmışdırsa səbəblərin üzürlü olub-olmaması məsələsini müzakirə edərək məhkəmə aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün müəyyən edilmiş müddət gecikdirilməsi səbəbi üzrlü sayıldıqda, qalan vərəsələrin razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında uzadıla bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmədə müəyyən edildi ki, Sarıyev Hüseyn 2009-cu ildə ölmüşdür. İddiaçı isə hələ onun ölümündən əvvəl, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2020-ci ilin iyul ayında cəzasını çəkib qurtarmışdır. Miras açıldığı vaxt iddiaçı cəza çəkmiş, cəza çəkdiyi müddətdə X61dən vərəsəlik üzrə qalmış məcburi payın onun tərəfindən qəbulu çətinlik yaratdığındən onun qəbulu üçün buraxılmış müddət üzürlü hesab edilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, İddiaçı nənəsi X19 miras qalmış əmlaklardan X3na qalan məcburi payın vərəsəlik üzrə qəbulu üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməli, X24 ölümündən sonra miras qalmış Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə və A № 143540 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında verilmiş 2497.33 kv.m həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¼ (dörddə bir) hissədə qanun üzrə vərəsəsi X20 qalmış məcburi paya İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Həmçinin məhkəmə iddiaçının vərəsəlik üzrə hüququ olan Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən X11 miras qalmış fərdi yaşayış evinə köçürülmə barədə tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. X24 ölümündən sonra miras qalmış Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə və A № 143540 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında verilmiş 2497.33 kv.m həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¼ (dörddə bir) hissədə qanun üzrə vərəsəsi X20 qalmış məcburi paya İddiaçı vərəsəlik hüququ tanındığından, o həmin əmlaklarin özünə aid hissədən mülkiyyət hüququ ilə sahiblik və istifadəni həyata keçirə bilər. Odur ki, iddia tələbi evə köçürülmə hissəsində təmin edilməli İddiaçı ¼ hissədə məcburi pay hüququ olan X24 ölümündən sonra miras qalmış Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı nənəsi X19 miras qalmış əmlaklardan X3na qalan məcburi payın vərəsəlik üzrə qəbulu üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilsin. X24 ölümündən sonra miras qalmış Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə və A № 143540 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi əsasında verilmiş 2497.33 kv.m həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¼ (dörddə bir) hissədə qanun üzrə vərəsəsi X20 qalmış məcburi paya İddiaçı vərəsəlik hüququ tanınsın. X27 ¼ hissədə məcburi pay hüququ olan X24 ölümündən sonra miras qalmış Gədəbəy rayonu Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar