Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-31/2022 03.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və miras əmlaklara payın müəyyən edilməsi” tələbinə dair ilk iddiası və qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 qarşılıqlı cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “miras əmlakdan məcburi payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli 2V-549 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin X5 qalmış Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən miras əmlaka tam olaraq onun payının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, qardaşları Yusubov Müsəllim və Yusubov Arifin məcburi payların da onun xeyrinə hesablanmaqla, X2ndan miras qalmış Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən fərdi yaşayış evindən məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən fərdi yaşayış evi məhrum X2na məxsus olmuşdur. X2 01 may 2013-cü il tarixində vəfat etmişdir. X6 isə 05 aprel 1994-cü il tarixində vəfat etmişdi. Valideynlərinin sağlığında və onlar vəfat etdikdən sonra sözügedən mülkdə yalnız o yaşamaqla mülkü idarə edərək mirası faktiki olaraq qəbul etmişdir. Lakin atası vəfat etdikdən 5 il sonra Cavabdeh1 Bakıda yaşamasına baxmayaraq, məhkəməyə guya bu mülkdə onunla birlikdə yaşadığı barədə saxta arayış təqdim edərək mirasın onun tərəfindən qəbul edilməsinə dair iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(042)-641/2018 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh1 mərhum X5 miras qalmış Gədəbəy rayonu, Çobankənd İƏD üzrə nümayəndəliyinin Qızılqaya kəndində yerləşən birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, hər mərtəbəsi 130 kvm olan fərdi yaşayış evindən ibarət əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilmiş, Gədəbəy rayonunun Qızılqaya kəndində yerləşən mərhum X5 miras qalmış birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən 1/4 hissə və ya ümumi torpaq sahəsindən 1/8 hissə, həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, hər mərtəbəsi 130 kvm olan fərdi yaşayış evindən 1/4 hissə olmaqla onun məcburi payı müəyyən edilmiş, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin ondan alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Həmin qətnamədən xəbər tutduqdan sonra o, apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2(104)-3569/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin 02.08.2018-ci il tarixli, 2(042)-641/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçıma qarşı “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı Cavabdeh1 kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(102)- 4386/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3569/2019 saylı iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh Yusubov X16 Rayon Məhkəməsiniz qətnaməsi çıxarıldıqdan dərhal sonra qətnaməni Gədəbəy rayon notariat kontoruna təqdim etmiş və həmin qətnamə əsasında Gədəbəy rayon notariat kontoru tərəfindən Cavabdeh1 19 noyabr 2018-ci il tarixli 2V-549 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra isə Cavabdeh1 sözügedən qətnamə əsasında verilmiş şəhadətnaməni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim etmiş və ona 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, Gədəbəy Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(042)-641 /2018 saylı qətnaməsi ləğv olunmuşdur və bu səbəbdən həmin qətnamə əsasında verilmiş 19 noyabr 2018-ci il tarixli 2V-549 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Buna baxmayaraq, həmin sənədlər hazırda Cavabdeh1 adına qalmaqdadır. Bu isə sözügedən miras əmlaka dair hüquqlarını həyata keçirməyə maneçilik törədir. Ona gərə də Gədəbəy rayon notariat kontoru tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli, 2V-549 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən də hesab edir ki, Cavabdeh1 Gədəbəy rayon notariat kontoru tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli 2V- 549 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin atam X5 qalmış Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən miras əmlaklara tam olaraq onun payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi qanunun müddəalarına tam müvafiqdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh (qarşılıqlı üzrə iddiaçı) Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan ilk iddia tələbini etiraf etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı cavabdeh ona qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və miras əmlaklara payın müəyyən edilməsinə” tələbinə dair iddia ərizəsi ilə 29.03.2021-ci il tarixdə poçt vasitəsilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsi Gədəbəy rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Miras qoyan atası X7 vəsiyyətnamə üzrə vərəsəsi o olmuşdur. Lakin mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti gecikdirdiyi üçün “Vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” iddia tələbinə dair və "mirasın qəbul edilməsi üçün gecikdirilmiş müddətin uzadılması”tələbinə dair ərizə ilə Gədəbəy rayon Məhkəməsi tərəfindən rədd edilmişdir. X1 yeddi övladı vardır. X22 və Yusubov Arif atalarından miras qalmış əmlakdan paylarına düşən hissədən onun xeyrinə imtina etmişlər. Odur ki, miras əmlakdan məcburi payının müəyyən edilməsini istəyir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Cavabdeh3nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X18, anası qrafasında X26 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 aprel 2019-cu il tarixli arayışdan görünür ki, X18 01.05.2013-cü il tarixdə Gədəbəy rayonu Yenikənd kəndində qocalıq səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 № ilə qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 aprel 2019-cu il tarixli arayışdan görünür ki, X26 06.04.1994-cü il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(042)-641/2018ci il saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 mərhum X5 miras qalmış Gədəbəy rayonu, Çobankənd kənd İƏD üzrə nümayəndəliyin Qızılqaya kəndində yerləşən birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınsın və onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilməsi və Gədəbəy rayonunun Qızılqaya kəndində yerləşən mərhum X5 miras qalmış birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən 1/4 hissə və ya ümumi torpaq sahəsindən 1/8 hissə, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m olan fərdi yaşayış evindən 1/4 hissə olmaqla cavabdeh İddiaçı məcburi payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən ümumi sahəsi 109.3 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.28 ha torpaq sahəsi Cavabdeh1 adına paylı mülkiyyət kimi qeydə alınmışdır. Onun payı evdən 3/4 hissə, torpaq sahəsindən 4/8 hissədir. İddiaçı payı torpaq sahəsindən 4/8 hissədədir. Fərdi yaşayış evinin 1/4 hissəsi, torpaq sahəsinin isə 1/8 hissə açıq saxlanmışdır. İşdə olan reyestrdə 2V-549 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 01.05.2013-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi oğlu X19 miras əmlakdan ¾ hissədə pay almalıdır. İşdə olan Gədəbəy RİHB-nın Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış 13 dekabr 2019-cu il tarixli, 80 saylı məktubunun surətindən görünür ki, mərhum X18 nümayəndəliyə məxsus olan 2011-2015ci illəri əhatə edən 06 nömrəli təsərrüfatbaşına kitabın 444 nömrəli şəxsi hesabında qızı X13 ilə qeydiyyatda olmuşdur. X18 vəfat etdikdən sonra həmin təsərrüfat X3 adına keçmişdir. 2016-2020-ci illəri əhatə edən 06 nömrəli təsərrüfatbaşına kitabın 495 nömrəli şəxsi hesabında X14 13 dekabr 2019-cu il tarixə kimi həmin təsərrüfatda tənha olmuşdur. Gədəbəy rayon məhkəməsinin 2(042)-641/2018 nömrəli qətnaməsinə və DƏDRX-nin RX- 1418797 nömrəli çıxarışına əsasən X19 həmin təsərrüfata 13 dekabr 2018-ci il tarixdə qeydə alınmışdır. X20 mərhum atasının ona verdiyi vəsiyyətnaməni nümayəndəliyə təqdim etməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(104)- 3569/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(042)-641/2018-ci il saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan məcburi payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10.08.2020-ci il tarixli, 2(102)-4386/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3569/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(042)-289/2021 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh1 maraqlı şəxslər İddiaçı və Cavabdeh3nə qarşı mirasın qəbul edilməsi üçün müddətin bərpası tələbinə dair ərizəsi təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(104)- 3170/2021 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(042)-289/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmədə müəyyən edildi ki, X18 01.05.2013-cü il tarixdə Gədəbəy rayonu Yenikənd kəndində qocalıq səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 № ilə qeyd edilmişdir. X18 ölən günədək onun İddiaçı Nifalı qızı ilə birgə mülkiyyətində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-036D KOD 50528028 saylı Şəhadətnaməyə əsasən 0.28 ha həyətyanı torpaq sahəsi olmuşdur. Gədəbəy rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(042)-641/2018-ci il saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 mərhum X5 miras qalmış Gədəbəy rayonu, Çobankənd kənd İƏD üzrə nümayəndəliyin Qızılqaya kəndində yerləşən birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınsın və onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilməsi və Gədəbəy rayonunun Qızılqaya kəndində yerləşən mərhum X5 miras qalmış birgə mülkiyyətdə olan 0.28 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ¼ hissə və ya ümumi torpaq sahəsindən 1/8 hissə, həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m olan fərdi yaşayış evindən ¼ hissə olmaqla cavabdeh İddiaçı məcburi payının müəyyən edilməsi qət edilmişdir. Qətnamə çıxarıldıqdan sonra, Cavabdeh1 həmin qətnamə əsasında fərdi yaşayış evi və torpaq sahəsi barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarış və reyestrdə 2V-549 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Daha sonra İddiaçı Gədəbəy rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(042)-641/2018-ci il saylı qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(104)-3569/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(042)-641/2018-ci il saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan məcburi payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10.08.2020-ci il tarixli, 2(102)-4386/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 3569/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, Gədəbəy rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(042)-289/2021 saylı qətnaməsi ilə ərizəçi Cavabdeh1 maraqlı şəxslər İddiaçı və Cavabdeh3nə qarşı mirasın qəbul edilməsi üçün müddətin bərpası tələbinə dair ərizəsi təmin edilməmişdir. Belə olan halda, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarış və Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 2V-549 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin qeydiyyata alınması üçün yuxarıda sadalanan əsaslardan biri mövcud olmalıdır. İşin mübahisələndirilməyən faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 sözügedən çıxarış və Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş, reyestrdə 2V-549 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən Gədəbəy rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli, 2(042)-641/2018-ci il saylı qətnaməsi əsas götürülmüşdür. Məhkəmə hesab edir ki, qeyd olunan məhkəmə qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(104)-3569/2019 saylı qətnaməsi ilə ləğv edildiyindən, yəni çıxarışın və şəhadətnamənin verilməsinə əsas olan qətnamə ləğv edildiyindən onun əsasında verilmiş çıxarış və şəhadətnamə də ləğv edilməlidir. Məhkəmə iddia tələbinin payın müəyyən edilməsi hissəsində qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 miras əmlakın qalıbqalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürlməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X8 altı övladı – üç oğlu, üç qızı olmuşdur: Cavabdeh1, İddiaçı Nifalı qızı, X9, X21, X10 və X11. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Gədəbəy rayonunun Yenikənd kəndində Yusifov Niftalı oğlunun və X4 birgə mülkiyyətinə 0.28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-036D KOD 50528028 saylı Şəhadətnamə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, 0.28 ha torpaq sahəsinin 1/2 hissəsinə X8 mülkiyyət hüququ olmuşdur. Odur ki, həmin torpaq sahəsi X8 ölümündən sonra qalmış miras kütləsinə daxil edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, mübahisəli fərdi yaşayış evi X8 ölümündən sonra qalmış miras kütləsinə daxil edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, X5 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(104)-3569/2019 saylı qətnaməsi ilə X5 miras qalmış mülkün Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilməməsi, eləcə də əksinə İddiaçı həmin mirası faktiki olaraq qəbul etməsi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(104)-3569/2019 saylı qətnaməsini ilə müəyyən edilmiş bu faktları mübahisələndirmir və sübut kimi qəbul edir. Belə olan halda Gəncə Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(104)-3569/2019 saylı qətnaməsi ilə İddiaçı mirası qəbul etməsi faktı müəyyən edildiyindən, X8 ölümündən sonra miras qalmış 0.14 ha torpaq sahəsindən o pay tələb etməkdə haqlıdır. Eləcə də, məhkəmə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 X5 miras qalmış Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən fərdi yaşayış evindən məcburi payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasına münasibət bildirərək qeyd edir ki, Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından, mübahisəli əmlak X8 ölümündən sonra qalmış miras kütləsinə daxil edilmədiyindən, eləcə də, Gədəbəy rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(042)-289/2021 saylı qətnaməsi ilə ərizəçi Cavabdeh1 mirasın qəbul edilməsi üçün müddətin bərpası tələbinə dair ərizəsi təmin edilmədiyindən, onun həmin fərdi yaşayış evindən məcburi payı müəyyən edilə bilməz. Odur ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, İlk iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Gədəbəy rayon notariat kontoru tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli 2V-549 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeyd əsassız sayılmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, miras qoyan X8 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən JN-036D KOD 50528028 saylı şəhadətnamə əsasında X8 və X3 birgə mülkiyyətində olan 0.28 ha həyətyanı torpaq sahəsinin 0.14 hissəsindən ibarət miras əmlaka İddiaçı payı müəyyən edilməli, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi tam olaraq rədd edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumunun 5 manatı cavabdehə (qarşılıqlı iddiaçıya) aid, qalan hissəsi isə iddiaçıya (qarşılıqlı cavabdehə) edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Gədəbəy rayon notariat kontoru tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli 2V-549 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeyd əsassız sayılmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Miras qoyan X8 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qızılqaya kəndində yerləşən JN-036D KOD 50528028 saylı şəhadətnamə əsasında X8 və X3 birgə mülkiyyətində olan 0.28 ha həyətyanı torpaq sahəsinin 0.14 hissəsindən ibarət miras əmlaka İddiaçı payı müəyyən edilsin. İlk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi tam olaraq rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun 05 manatı Cavabdeh1 alınaraq İddiaçı verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-31/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-31/2022
03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver