Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-312/2021 18.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə aralarında olan 18.06.2016-cı il tarixdə Gədəbəy RİHB-nın Şahdağ kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikahın pozulması, 23.07.2015-ci il tarixdə doğulmuş X2 onun himayəsində saxlanılmaqla hər ay sabit pul məbləğində 200 manat miqdarında alimentin alınıb ona verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 2014-cü il tarixdə evlənmiş, 18.06.2016-cı il tarixdə Gədəbəy RİHB-nın Şahdağ kənd İƏD üzrə Nümayəndəlikdə nikah bağlamışlar. Birgə nikahlarından 23.07.2015-ci il tarixdə X6 doğulmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən ayrılmışlar. Azyaşlı uşaq onun himayəsindədir. Cavabdehlə aralarında olan nikah formal xarakter daşıyır. Ona görə də aralarında olan nikahın pozulmasını, azyaşlı uşağın onun himayəsində qalmasını və uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, ailəsinin dağılmasını istəmir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İşdə olan X4 görünür ki, Cavabdeh X1 ilə nikahlarını 18.06.2016-cı il tarixdə Gədəbəy RİHB-nın Şahdağ kənd İƏD üzrə Nümayəndəlikdə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İşdə olan X5 surətindən görünür ki, tərəflərin birgə nikahından 23.07.2015-ci il tarixdə X6 doğulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(042)-312/2021 saylı qərardadının surətindən görünür ki, mülki işə baxılıb yekun nəticə verilənədək Cavabdeh 23.07.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2021-ci il tarixdən başlayaraq 150 manat sabit pul məbləğində aliment İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinə əsasən ər- arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məcəllənin 22.2.1, 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1 -ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Beləliklə, tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, lakin bu müddət ərzində onlar barışmamışlar. 18.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı təkidlə cavabdehlə aralarında olan nikahın pozulmasını istəmişdir. Ona görə də İddiaçı ilə Cavabdeh arasında 18.06.2016-cı il tarixdə Gədəbəy RİHB-nın Şahdağ kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikah pozulmalıdır. Azyaşlı uşaq iddiaçının himayəsindədir və cavabdeh bu halı mübahisələndirməmişdir. Gədəbəy Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(042)-312/2021 saylı qərardadı ilə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müvəqqəti aliment təyin edilmiş, tərəflər bu halı da mübahisələndirməmişlər. Ona görə 23.07.2015-ci il tarixdə doğulmuş X6 anası İddiaçı himayəsinə verilməli, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 manat miqdarında aliment alınaraq, İddiaçı verilməlidir. Gədəbəy Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(042)-312/2021 saylı qərardadı ilə təyin edilmiş müvəqqəti aliment yeni verilən icra sənədinə hesablanmalı və həmin icra sənədinə xitam verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 18.06.2016-cı il tarixdə Gədəbəy RİHB-nın Şahdağ kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından 23.07.2015-ci il tarixdə doğulmuş X6 anası İddiaçı himayəsində saxlanılsın. 23.07.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.02.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 manat miqdarında aliment alınaraq, İddiaçı verilsin. Aliment tutulmasının əvvəli 16.02.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Gədəbəy Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(042)-312/2021 saylı qərardadı ilə təyin edilmiş müvəqqəti aliment yeni verilən icra sənədinə hesablansın və həmin icra sənədinə xitam verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-312/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-312/2021
18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver