Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-317/2022 06.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 nümayəndəsi Alıyev İkram oğlunun iştirakları ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı 28.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.06.1998-ci il tarixli, 22 nömrəli qərarı ilə qaynatası X5 və onun ailə üzvləri - X6, X12, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Gədəbəy rayonu, Alnabat kəndində 0.4351 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi ayrılmış, bu barədə qaynatası X4 adına keçmiş DTXK Gədəbəy rayon şöbəsi tərəfindən X10 kitabında 28.06.2009-cu il tarixdə 308 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həyat yoldaşı X12 həmin torpaq sahəsinə hüquq müəyyənedici sənəd olan daşınmaz əmlakın dövlət reyestrindən **********71 reyestr nömrəli çıxarış almışdır. Lakin həmin çıxarışda onun soyadı səhvən “Alıyev”, ata adı “Ənvər oğlu” kimi yazılmışdır. Həmçinin, o, X12 ilə qeyri-rəsmi ailə qurmuş və aralarında rəsmi nikah olmadığından onun soyadına keçməmiş, öz qızlıq soyadı olan Məmmədova soyadında qalmışdır. Digər ərizəçilər onun övladlarıdır. Həmin çıxarışda onların soyadları Alıyev kimi yazılmış, lakin onların soyadları Alızadədir. Onlar Çıxarışda olan yanlışlıqlar barədə müvafiq orqanlara müraciət etsələr də onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi3 və Ərizəçi2 nümayəndəsi Alıyev İkram oğlu eyniməzmunlu izahatlar verərək, ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsinə əsasən, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0.4351 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X3, X13, X7, X6, X8 və X1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 01.07.1973-cü il tarixdə Gədəbəy rayonunun Əli İsmayıl kəndində doğulmuş və Gədəbəy rayonunun Alnabat kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.2001-ci il tarixdə Gədəbəy rayonunun Əli İsmayıl kəndində doğulmuş və Gədəbəy rayonunun Alnabat kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 26.02.2003-ci il tarixdə Gədəbəy rayonunun Əli İsmayıl kəndində doğulmuş və Gədəbəy rayonunun Alnabat kəndində yaşayır. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi1 01.07.1973-cü il tarixdə Gədəbəy rayonunun Əli İsmayıl kəndində doğulmuşdur. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi2 xx.xx.2001-ci il tarixdə Gədəbəy rayonunun Əli İsmayıl kəndində doğulmuşdur. İşdə olan X2 surətindən görünür ki, Ərizəçi3 26.02.2003-ci il tarixdə Gədəbəy rayonunun Əli İsmayıl kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçilərin və nümayəndənin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 və onların digər ailə üzvlərinə məxsus olması faktı təsdiq edilmişdir və bu fakt ərizəçilərin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçilərin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-317/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-317/2022
06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver