Məhkəmə qərarları › İş №2(042)-32/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-32/2021

11.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-32/2021 11.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ARDNŞ “İddiaçı” İB-nin cаvаbdеh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ЕТDİ: İddiаçı ARDNŞ “İddiaçı” İB cаvаbdеh Cavabdeh qarşı Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan Dy 108 mm-lik paylayıcı qaz kəmərinin üzərində inşa edilmiş tikilinin əvəzi ödənilmədən cavabdehin hesabına sökülərək mühafizə zonasının boşaldılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən Şəmkir RQİİ-nin balansında və istismarında olan Dy 108 mm-lik paylayıcı qaz kəmərinin üzərində və mühafizə zonasında inşaat işləri aparılaraq, fərdi yaşayış evi inşa edilmişdir. Hazırda qaz kəmərinə xidmət göstərilməsi mümkün deyil. Cavabdehə dəfələrlə fərdi yaşayış evinin sökülməsi haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh fərdi yaşayış evinin tikintisini başa çatdırmış və hazırda həmin evdə yaşayır. Yaşayış evində hər an təhlükə baş verə bilər. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı ARDNŞ “İddiaçı” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, həmin qaz kəməri 1990-cı illərdə Gədəbəy şəhərinin mərkəzindən başlayaraq yolun sağ və sol hissələri ilə Gədəbəy Rayon İcra Hakimiyyəti istiqamətində çəkilmişdir. Həmin vaxt qaz kəməri bəzi yerlərdə hava xətti ilə hündürdən çəkilmiş, bəzi yerlərdə isə ayrı-ayrı şəxslərin həyətinə yaxud obyektlərinə yol olduğuna görə yeraltı çəkilmiş və üzəri qapadılmışdır. Qaz xətti ona məxsus olan yaşayış evi və alt mərtəbəsində yerləşən avtomobil təmiri sexinin də qurtaracağında səkinin altından yeraltı çəkilmişdir. Avtomobil təmiri sexinin arxasında isə onun evi yerləşir. Qaz kəmərinin üzəri piyada yolu olduğuna görə müxtəlif vaxtlarda rayonda abadlıq işləri aparılan zaman Rayon İcra Hakimiyyəti tərəfindən tamet daşlarla örtülmüşdür. Həmçinin ona məxsus olan yaşayış evi və alt mərtəbəsində yerləşən avtomobil təmiri sexinin ilkin tikinti üçün icazə layihəsi və digər sənədləri vardır və maddi imkanının pis olması səbəbindən rüsum ödəyib çıxarış ala bilməmişdir. Qaz kəmərinin 1990-cı illərdə çəkildiyini, həmçinin qaz kəmərinin yeraltı olması səbəbindən qaz sızması ola biləcəyindən ehtiyat edərək, bu barədə qaz kəmərinin hava xətti ilə çəkilməsi barədə Qaz İdarəsinə və Energetika Nazirliyinə müraciətlər etmişdir. Ona görə də iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılaraq, iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.6-2 X1 Layihələndirmə Normalarının tələbləri pozularaq Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Cavabdeh tərəfindən 108 mm-lik qaz kəmərinin mühafizə zonasında fərdi yaşayış evi inşa etmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasında yerləşir, fərdi yaşayış evi qaz kəmərindən 0.28 m və 0.43 m məsafədə yerləşir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Rəydən görünür ki, Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində 108 mm-lik orta təzyiqli qaz xətti 1990-ci illərdə çəkilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evinə dair xx xxxxxx 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********88-10301 olan texniki pasportda qeyd olunan tikinti qaraj-anbar kimi qeyd olunmuş və tikilmə tarixi 1993-cü il göstərilmişdir. M.Ə.Rəsulzadə küçəsində yerləşən Cavabdeh məxsus tikilinin istismara verilməsi üçün xx xxxx 2013-cü ildə tərtib olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı” Gədəbəy Qaz istismarı sahəsinin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bu isə obyektin həmin ərazidən keçən qaz xəttinin mühafizə zonasında yerləşmədiyini təsdiq edir. M.Ə.Rəsulzadə küçəsinə çəkilmiş 108 mm-lik orta təzyiqli qaz xətti fərdi yaşayış evlərinin qabaq hissəsindən “arko” şəklində keçir. Həmin qaz xətti Cavabdeh məxsus qaraj-anbar tikintisinin istinad divarına bitişik səki daşlarının alt hissəsindən keçirilmişdir. Həmçinin qeyd olunan hissədə qaz xəttinin digər fərdi yaşayış evlərində olduğu kimi “arko” şəklində keçirilməsi məqsədəmüvafıq hesab edilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, xx xxxxxx 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********88-10301 olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan Aktın surətindən görünür ki, Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən obyektin istismarına xx.xx.2013-cü il tarixdə Gədəbəy Rayon İcra hakimiyyəti Başçısı tərəfindən icazə verilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiy hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə cavabdehin izаhаtını və işdə olan sənədləri tədqiq edərək, hеsаb еdir ki, iddiа ərizəsi təmin еdilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində 108 mm-lik orta təzyiqli qaz xətti 1990-ci illərdə çəkilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evinə dair xx xxxxxx 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********88-10301 olan texniki pasportda qeyd olunan tikinti qaraj-anbar kimi qeyd olunmuş və tikilmə tarixi 1993-cü il göstərilmişdir. M.Ə.Rəsulzadə küçəsində yerləşən Cavabdeh məxsus tikilinin istismara verilməsi üçün xx xxxx 2013-cü ildə tərtib olunmuş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı” Gədəbəy Qaz istismarı sahəsinin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Yəni, cavabdeh fərdi yaşayış evini və obyektini qanuni əsaslarla əldə etmişdir. Cavabdehin fərdi yaşayış evində və obyektində qazın istehlakı ilə əlaqədar baş verə biləcək hər hansı təhlükənin qarşısının alınması vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 95.23 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Q Ə T Е T D İ: İddiа tələbləri təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 95.23 manat iddiaçı ARDNŞ “İddiaçı” İB-dən tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar