Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-338/2021 21.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin yanında ƏMDK-nin 11 Saylı Şəmkir Ərazi İdarəsində qarşı sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin yanında ƏMDK-nin 11 Saylı Şəmkir Ərazi İdarəsində qarşı sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirmişdir ki, həmin işdən onun xəbəri yoxdur. Ərizəni o imzalamamışdır. Ona görə də müvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.3-cü maddələrinin tələblərinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0, 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxs DƏDRX-nin yanında ƏMDK-nin 11 Saylı Şəmkir Ərazi İdarəsində qarşı sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-338/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-338/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver