Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-343/2022 12.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı vərəsəlik payının müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum atası X2 miras qalmış, ünvan 1 ünvanında yerləşən, JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən; ünvan 2 ünvanında) həmin 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən, ikimərtəbəli fərdi yaşayış evi, evin yardımçı sahələri kimi, quyu, tövlə və həmin evdən ayrıca olan bir otaqdan ibarət əl damından və Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzrlü hesab edilərək uzadılması, həmin mirasdan vərəsəlik payının müəyyən edilməsi və mirasın qəbul edilməsi; mərhum anası X1 qalmış, ünvan 1 ünvanında yerləşən, JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən və Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktı əsasında ümumi birgə mülkiyyətdə olan 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzrlü hesab edilərək uzadılması, həmin mirasdan vərəsəlik payımın müəyyən edilməsi və mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum atası X9 ilə mərhum anası X7 1960-cı ildə qeyri-rəsmi ailə qurmuş, 07.02.1961-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 4 övladı olmuşdur. Atası ailə qurduqdan sonra Gədəbəy rayonu, Qumlu kəndində fərdi yaşayış evi tikmişdir. O, 1969-cu ildə həmin evdə doğulmuşdur. Digər bacısı və qardaşları da həmin evdə böyümüşlər. O, 1991-ci ildə ailə qurmuş və Gəncə şəhərinə gəlin köçümüşdür. Həyat yoldaşı Həbibov Vidadi ilə aralarında rəsmi nikah olmamışdır. 1992-ci ildə onun qız övladı doğulmuşdur. O, 1993-cü ildə həyat yoldaşından ayrılmış və həmin vaxtdan atasına məxsus fərdi yaşayış evinə qayıtmışdır. Ata və anasının sağlığında Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində mərhum atası X4, mərhum anası X3, onun və qızı X5 ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmçinin, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində mərhum atası X4, mərhum anası X3, onun və qızı X5 ümumi birgə mülkiyyətinə 0.80 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Onların böyüdükləri ata-anasınaa məxsus olan fərdi yaşayış evi JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mülkiyyətimizə verilmiş həmin 0.25 ha həyətyanı torpaq sahəsində yerləşir. Ev ikimərtəbəli olmaqla, birinci mərtəbə üçotaqlı zirzəmidən, ikinci mərtəbə isə dörd otaqdan ibarətdir. Bundan başqa evdən ayrıca yerləşən bir otaqdan ibarət əl damı, tövlə və quyu mövcuddur. O, həyat yoldaşından ayrıldıqdan sonra 2019-cu ilin sentyabr ayınadək həmin evdə yaşamışdır. 2019-cu ilin sentyabr ayının 28-də qardaşı Cavabdeh1 və anası X7 onu evdən zorla çıxarmışlar. Həmin vaxtdan hazırki tarixədək müxtəlif şəxslərin evində yaşamışdır. Mərhum atası X9 05.12.2020-ci il tarixdə, Mərhum anası X7 23.07.2021-ci ildə vəfat etmişdir. O, məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixl qətnaməsinə əsasən, o, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, mərhum atası X2 miras qalmış ikimərtəbəli fərdi yaşayış evindən ayrıca olan, əl damı kimi istifadə edilən otağa köçürülməsi, evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilməsinə və onun həmin otağa köçürülməsinə baxmayaraq, qardaşı Cavabdeh1 ona həmin evdə rahat yaşamağa imkan vermir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi həyətyanı torpaq sahəsi həqiqətən ümumi birgə mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsində mərhum atası tərəfindən birotaqlı fərdi yaşayış evi tikilmiş, onlar həmin evdə yaşamışlar. Lakin atasının ölümündən sonra atasından qalmış birotaqlı fərdi yaşayış evini sökmüş və daha böyük ev tikmişdir. Həmçinin kənd məhsullarının saxlanılması üçün quyu inşa etmişdir. O, həmin quyunu iddiaçıya verməyəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, bildirmişdir ki, həqiqətən ata və anasından torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Atasından miras qalmış fərdi yaşayış evi köhnə olmuş, digər qardaşı Rasim hələ valideynlərinin sağlığında həmin evi yeniləmişdir. İddiaçı uzun müddət həmin evdə yaşamış, valideynlərinin ölümündən sonra mieası qəbul etmək iradəsini ifadə etmiş, lakin digər cavabdeh ona miras qalmış evdə yaşamaq imkanını verməmişdir. O, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X9, X7, İddiaçı və X5 ümumi birgə mülkiyyətinə 0.80 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-196A KOD 50501004 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamənin” surətindən görünür ki, X9, X7, İddiaçı və X5 ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X11 görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunun Qumlu kəndində doğulmuş, atası qrafasında X9, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan Nikah Haqqında çıxarışdan görünür ki, X9 və X6 07.02.1961-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlndıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İşdə olan X14 görünür ki, X9 15.12.2020-ci il tarixdə ölmüşdür. İşdə olan X14 görünür ki, X7 23.07.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(042)745/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, mərhum atası X2 miras qalmış iki mərtəbəli fərdi yaşayış evindən ayrıca olan, əl damı kimi istifadə edilən otağına köçürülməsi, evin yardımçı sahələrindən, həmçinin evin kommunal xidmətlərindən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Avropa Məhkəməsi “X12rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X12rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, iddiaçının mərhum atası X9 ilə mərhum anası X7 1960-cı ildə qeyri-rəsmi ailə qurmuş, 07.02.1961-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 4 övladları olmuşdur. İddiaçının atası ailə qurduqdan sonra Gədəbəy rayonu, Qumlu kəndindəyerləşən 0, 25 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. İddiaçı 1991-ci ildə nikah bağlamış, 1993-cü ildə həyat yoldaşından ayrılmış və həmin vaxtdan atasına məxsus fərdi yaşayış evində yaşamışdır. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində olan fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum atası X4, mərhum anası X3, onun və qızı X5 ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmçinin, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində iddiaçının mərhum atası X4, mərhum anası X3, onun və qızı X5 ümumi birgə mülkiyyətinə 0.80 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi verilmiş və bu barədə JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçının atası X9 05 dekabr 2020-ci il tarixdə, anası X7 23 iyul 2021-ci ildə vəfat etmişdir. İddiaçı mirasın qəbulu üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin ona imtina verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında dindirilmiş cavabdehlərdən Cavabdeh2 iddiaçının iddia tələblərində göstərdiyi xüsusatları təsdiq etmişdir. Ona görə də iddia tələbləri təmin edilməli, Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında yerləşən, JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsində iddiaçının mərhum atası X9 və mərhum anası X1 miras qalmış hissəsi, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində mərhum atası X9 və mərhum anası X1 miras qalmış hissələrdən, habelə, Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında olan 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evi, evin yardımçı sahələrdən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddətin ötürülməsi üzrlü hesab edilərək uzadılmalı, mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, onun Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında yerləşən, JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsində, həmiçinin, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktı əsasında ümumi birgə mülkiyyətdə olan 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində mərhum atası X2 miras qalmış hissəsində ¼ və mərhum anası X1 miras qalmış hissəsində ¼ hissələrdə, Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında olan 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evi, evin yardımçı sahələrinə ¼ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında yerləşən, JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsində X9 və X1 miras qalmış hissəsi, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində X9 və X1 miras qalmış hissələrdən, habelə, Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında olan 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evi, evin yardımçı sahələrdən ibarət miras əmlakın İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddətin ötürülməsi üzrlü hesab edilərək uzadılsın və mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Onun Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında yerləşən, JN-196A KOD 50501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.25 ha həyətyanı torpaq sahəsində, həmiçinin, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-280 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət Aktı əsasında ümumi birgə mülkiyyətdə olan 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində X2 miras qalmış hissəsində ¼ və mərhum anası X1 miras qalmış hissəsində ¼ hissələrdə, Gədəbəy şəhəri, Q.Əhmədli küçəsi, ev 14 ünvanında olan 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evi, evin yardımçı sahələrinə ¼ hissədə payı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-343/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-343/2022
12.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver