Məhkəmə qərarları › İş №2(042)-353/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-353/2024

20.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-353/2024 20.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçi X2 və maraqlı şəxs Gədəbəy RİHB-nın nümayəndəsi X5 iştirakları ilə ərizəçi X1 Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : X2 maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı xx.xx.2005-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində doğulmuş, hazırda Gədəbəy rayonunun Çobankənd kənddə qeydiyyatda olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X6 oğludur. Oğlu anadangəlmə ruhi əsəb xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını anlamır, hərəkətlərini idarə edə bilmir. X14 birinci dərəcəli əlildir. Ona ağır dərəcəli əqli gerilik var. Ona bütün işlərində yaxından kömək etmək üçün qəyyum təyin edilməlidir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X11 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X7 Surətindən görünür ki, X4 ilə X3 ailə münasibətlərindən 08 noyabr 2005ci il tarixdə X14 doğulmuşdur. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının Arayışından gorünür ki, X13 anadangəlmə kəmağıllıq,nitq qüsuru ilə nəzərəçarpan davamlı davranış pozuntuları diqanozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X19 X15 Şöbəsindən verilmiş Rəydən görünür ki, X8 hal-hazırda X16, Davranış Pozuntuları ilə, XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 müəyyən edilir. Bununla əlaqədar olaraq, X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2005-c ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində doğulmuş, hazırda Gədəbəy rayonunun Çobankənd kəndində yaşayan X14 ərizəçinin oğludur.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X19 X15 Şöbəsindən keçirilmiş məhkəmə psixiatrik ekspertizasının Rəyindən görünür ki, X10 hazırda X16, Davranış Pozuntuları ilə, XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 müəyyən edilir. Xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, xx.xx.2005-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində doğulmuş, hazırda Gədəbəy rayonunun Çobankənd kəndində yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində doğulmuş, hazırda Gədəby rayonu, Çobankənd kəndində qeydiyyatda olan və yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar