Məhkəmə qərarları › İş №2(042)-355/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-355/2022

26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-355/2022 26.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03.01.2020-ci il tarixli, 10 nömrəli qərarı əsasında JN- 065E KOD 50502038 saylı və JN 065H KOD 50502038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03.01.2020-ci il tarixli, 10 nömrəli qərarı əsasında JN-065E KOD 50502038 saylı və JN 065H KOD 50502038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələr əsasında ona və ailə üzvlərinə iki hissədən ibarət olmaqla cəmi, 0.26 ha torpaq sahəsi verilmişdir. Həmin sənədlərdə onun ata adı səhvən Misir kimi, oğlu Sahirin adı Samir kimi və qızının adı səhvən Nuranə kimi yazılmışdır. Onlar həmin sənədlərdə olan yanlışlıqlar barədə müvafiq orqanlara müraciət etsələr də onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsinə əsasən, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03.01.2020-ci il tarixli, 10 nömrəli qərarı əsasında JN-065E KOD 50502038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X4, X7, Ərizəçi1 Misir qızına, X8, X2, X9 və X3 0.13 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03.01.2020-ci il tarixli, 10 nömrəli qərarı əsasında JN-065H KOD 50502038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X4, X7, Ərizəçi1 Misir qızına, X8, X2, X9 və X3 0.13 ha torpaq sahəsi verilmişdir. İşdə olan X1 surətindən görünür ki, X10 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. İşdə olan X1 surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İşdə olan X1 surətindən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonunun Nağılar kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 Gədəbəy rayonunun Cəfərli kəndində doğulmuş və həmin kənddə yaşayır. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Bağırov X12 rayonunun Nağılar kəndində doğulmuş və həmin kənddə yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçilərin və nümayəndənin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03.01.2020-ci il tarixli, 10 nömrəli qərarı əsasında JN-065E KOD 50502038 saylı və JN 065H KOD 50502038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 və onların digər ailə üzvlərinə məxsus olması faktı təsdiq edilmişdir və bu fakt ərizəçilərin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçilərin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03.01.2020-ci il tarixli, 10 nömrəli qərarı əsasında JN-065E KOD 50502038 saylı və JN 065H KOD 50502038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar